Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaqların nağıl dünyası" adlı tədbir keçirilib.

04 iyun 2019 | 16:00

           320 ailəlik qəsəbədə yeni fəaliyyətə başlamış Xocavənd uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Uşaqların nağıl dünyası" adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.Ulu Öndər Heydər Əliyev uşaqlara dövlər səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı.Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir. Bu uşaq bağçasının fəaliyyətə başlaması da uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsidir.
           Tədbirdə istedadlı uşaqların ifasında rəqslər nümayiş etdirildi, şeirlər, mahnılar ifa olundu.

Keçidlər