Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib.

15 iyun 2019 | 16:00

          Xocavənd Rayon İcra Hakimiyyəti və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilmişdir. N saylı hərbi hissədə keçirilən tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni ifa olunub. Tədbirdə incəsənət ustalarının ifasında mahnılar səsləndirilib, Xocavənd rayonb Salakətin kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik ruhunda çıxışlar edib, şeirlər, kompozisiyalar ifa ediblər.

 

 

Keçidlər