Şriftin ölçüsü :

Saytın rəngi :

İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilmişdir.

20 iyun 2019 | 16:00

      YAP Xocavənd rayon təşkilatında Azərbaycan ədəbiyyatında ictimai- fəlsəfi şerləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilmişdir.
     YAP Xocavənd rayon təşkilatının keçirdiyi bədii qiraət müsabiqəsi rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş və müsabiqədə Nəsiminin şerləri ifa olunmuşdur.
       Gərgin keçən bədii qiraət müsabiqəsində münsiflər heyətinin yekdil qərarına əsasən Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin X sinif şagirdi Quliyeva Sənəm I, Tuğ kənd tam orta məktəbin IX sinif şagirdi İsmayılova Samilə II, Salakətin kənd tam orta məktəbin XI sinif şagirdi Məmmədov Yaşar III yerə layiq görülmüşlər.
        Müsabiqənin qaliblərinə hədiyyələrlə mükafatlandırılmış və Respublika müsabiqəsində iştirak hüququ qazanmışlar.

Keçidlər