Şriftin ölçüsü :

Saytın rəngi :

"Fövqəladə hallarla bağlı davranış qaydaları" başlıqlı tədbir keçirildi

16 iyul 2019 | 16:00

         16 iyul 2019-cu il tarixdə Rayon Təhsil şöbəsinin akt zalında Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan "Xocavənd" ictimai-siyasi qəzeti və Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" başlıqlı tədbir keçirildi. Tədbirdə çıxış edən "Xocavənd" ictimai-siyasi qəzetinin baş redaktoru Ruslan Şirinov çıxış edərək qonaqları salamlamlayaraq, onlara xoş arzularını bildirdi. Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin daim Xocavənd ictimaiyyəti ilə sıx əməkdaşlıq etdiyini bildirən Ruslan Şirinov təşkil edilən tədbirlərə və Xocavənd rayonuna göstərilən xüsusi diqqətə görə mərkəzin rəhbərliyinə dərin təşəkkürünü ifadə etdi. Daha sonra tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin maarifləndirmə sektorunun müdiri Ruslan Zeynalov səmimi qəbula görə Xocavənd Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, eyni zamanda rayon, idarə, müəssisə, təşkilat əməkdaşlarına “Xocavənd" ictimai-siyasi qəzetinin baş redaktoruna minnətdarlığını bildirdi. R.Zeynalov Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verərək bildirdi ki, mərkəzin yerləşdiyi ərazilərin böyük hissəsinin düşmənlə təmas xəttində yerləşməsinə baxmayaraq, həmin ərazilərdə xidmətin yüksək səviyyədə təşkili təmin olunur. Gələcəkdə Xocavənd rayonu ərazisində hər hansı fövqəladə hadisənin baş verməməsi üçün Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzi ilə əməkdaşlığın vacibliyini vurğulayan R.Zeynalov bu istiqamətdə hər bir rayon sakinini onlarla aktiv əməkdaşlıq etməyə dəvət etdi.

Keçidlər