Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunun işğalının 27-ci ildönümünə həsr olunmuş intellektual yarış keçirilib.

01 oktyabr 2019 | 16:00

            30 sentyabr 2019-cu il tarixdə Xocavənd rayonunun işğalının 27-ci ildönümünə həsr olunmuş intellektual yarış keçirilib. Əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xocavənd rayon ümumtəhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında vətənpərvərlik mövzusunda təşkil olunmuş bilik yarışında hazırlanmış sualları şagirdlər komanda şəklində cavablandırıblar. 7 komandanın iştirakı ilə gərgin mübarizə şəraitində keçən yarışda Salakətin kənd tam orta məktəbinin "Xarı Bülbül" komandası I, Tuğ kənd tam orta məktəbinin "Qarabağ" komandası II, Xocavənd 4 saylı tam orta məktəbin "Qələbə" komandası III yerin qalibi olub.
           Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, Xocavəndlilər 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, qeyri–bərabər döyüşlərdə rayonun uşaqlı–qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid olub, 300-dən çox insan əlilə çevrilib, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49-u əsir və girovluqda erməni terroru və vəhşiliyinin qurbanı olub. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda və ordu quruculuğunda böyük nailiyyətlər əldə olunub. Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir silahlarla təchiz edilmiş, nizam-intizamlı, işğal altındakı torpaqlarımızı azad etməyə qadir ordu formalaşıb.
             Sonda Salakətin kənd tam orta məktəbinin 3-cü sinif şagirdlərinin hazırladığı kompozisiya nümayiş olunub.

Keçidlər