Şriftin ölçüsü :

Saytın rəngi :

QARABAĞ AZƏRBAYCANDIR!

16 oktyabr 2019 | 16:00

         15 oktyabr 2019-cu il tarixdə Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyi tərəfindən Qaradağlı kənd tam orta məktəbində “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyət, o cümlədən məktəblilər arasında vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi və bu istiqamətdə maarifləndirmə işinin həyata keçirilməsidir.Tədbirdə çıxış edən Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyinin sədri Müşviq Hüseynov bildirmişdir ki,Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının Soçidə keçirilən plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən Zirvə görüşündəki çıxışı ilə Dağlıq Qarabağ məsələsinə öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Qeyd olundu ki, bu mövqe hər bir azərbaycanlının mövqeyidir. Dövlətimizin başçısının mötəbər tribunalardan düşmənin işğalçılıq, terrorizmlə bağlı siyasətini kəskin tənqid etdiyi cəsarətli çıxışları ilə hər bir azərbaycanlı qürur duyur. Tədbirdə çıxış edən müharibə iştirakçıları, veteranlar və Qarabağ qaziləri məktəblərdə təşkil olunmuş bu görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulamışlar. Digər çıxış edənlər bildirmişdir ki, Prezident İlham Əliyevin erməniləri ifşa edən fikirləri hər bir vətəndaşımız üçün əsl örnək və nümunədir. Ermənilərin saxta iddialarla təxribat xarakterli bəyanatlarına həmişə belə kəskin cavablar verilməli, onlar susdurulmalıdır.Tədbirdə məktəb şagirdlərinin vətənpərvərliklə bağlı hazırladıqları şeir parçaları səsləndirilmişdir.

Keçidlər