Şriftin ölçüsü :

Saytın rəngi :

“9 Noyabr - Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş keçirilmişdir

08 noyabr 2019 | 16:00

           08 noyabr 2019-cu il tarixdə Xocavənd 500 ailəlik qəsəbədə “9 Noyabr - Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd etmək, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, əhalinin asudə vaxtını səmərəli və mənalı təşkil etmək məqsədi ilə təşkil olunmuş yürüşdə 450 nəfər iştirak etmişdir. Gənclər 30 metr uzunluğunda olan üçrəngli bayrağımızı 1.5 kilometr məsafəni qət edərək qəsəbənin giriş hissəsindən Bayraq meydanına qədər çiyinlərində daşımış, bayraqla və vətənpərvərliklə bağlı müxtəlif şüarlar səsləndirmişdir. Tədbir çərçivəsində adət-ənənələrimizi əks etdirən nümunələr nümayiş etdirilmiş, kitablar sərgilənmiş, idmançıların nümunəvi çıxışları iştirakçıların diqqətinə çatdırılmışdır. Təşkil olunmuş musiqili-əyləncəli konsertdə vətənpərvərlik mövzusunda mahnılar və şeirlər, muğamlar ifa olunmuş, milli və müasir rəqslər, rəngarəng çıxışlar edilmişdir.

Keçidlər