Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavəndlilər bayram əhval-ruhiyyəsi ilə ağacəkmə kampaniyasına qoşulublar

06 dekabr 2019 | 16:00

         06 dekabr 2019-cu il tarixdə Xocavənd rayonunda "Azərbaycanımızı yaşıllaşdıraq" devizli ağacəkmə aksiyası keçirilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsünə qoşulan xocavəndlilər 1400 ağac, eyni zamanda Rayon Polis Şöbəsinin əməkdaşları 100 ağac əkiblər. Kampaniyada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri,YAP Xocavənd Rayon Təşklatının üzvləri, Rayon ictimaiyyəti, idarə , müəssisə, təşkilatların işçiləri, könüllülər, Ölkəmizi tanıyaq tur-aksiyasının məktəbliləri iştirak etmişdir.

        750 nəfərdən çox sakinin iştirak etdiyi aksiya bayram əhval-ruhiyyəli keçmiş, Nəsiminin qəzəllərindən ifalar səsləndirilmişdir.

 

Keçidlər