Şriftin ölçüsü :

Saytın rəngi :

Nigar Mövsümlü Xocavənd rayonunun tarixində bir ilkə imza ataraq ABŞ-n Harvard Universitetinə magistr dərəcəsinə daxil olub.

11 dekabr 2019 | 16:00

            Xocavənd rayon Muğanlı kənd sakini Mövsümlü Nigar İlyas qızı ABŞ-nın Harvard Universitetinə magistr dərəcəsinə daxil olub. Mövsümlü Nigar 10 avqust 1993-ü ildə anadan olmuşdur. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisas üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirmişdir. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən hal-hazıra kimi Unilever istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə ölkə müdir müavini vəzifəsində çalışır. Nigar Mövsümli həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.

          Fəxrimiz olan Nigar xanımı bütün xocavəndlilər adından təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

 

Keçidlər