Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin fevral Şəhidlərinin xatirəsinə həsr olunmuş güləş yarışı keçirilib.

31 yanvar 2020 | 16:00

          Tədbirdə hərbi qulluqçular, Xocavənd rayon ictimaiyyəti nümayəndələri, müharibə veteranları, şəhid ailələri və rayonun orta məktəblərinin şagirdləri iştirak ediblər. Yarış xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

       Zabit Nemət Rəhimov idman yarışının 27.01.2020-ci il tarixdən start götürdüyünü və bu yarışda ümumilikdə müxtəlif çəki dərəcələrində 110 nəfər hərbi qulluqçunun iştirak etdiyini tədbir iştirakçılarına çatdırmışdır.

      Polkovnik Elşad Əbilov və Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışlarında keçirilən tədbirin gənclərdə vətənpərvərlik hisslərinin artırılmasında və döyüş əzminin yüksəldilməsində mühüm rol oynadığını bildirmişlər.

         Tədbirdə iştirak edən Xocavənd rayon Salakətin kənd orta məktəbinin tarix müəlliməsi, əməkdar müəllimə Telli Alıyeva tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmiş və məktəblilərin bu tədbirə yüksək maraq göstərdiyini bildirmişdir.

          Final mərhələsinin qalibləri diplom və kuboklarla təltif edilmişdir.

          Sonda birlik tərəfindən başladılmış “Şəhidlər unudulmur” layihəsinin davamı olaraq Xocavənd rayon Salakətin orta məktəbənin tədbirdə iştirak edən 5 qabaqcıl sinifinə 2017-ci ilin fevral ayının 25-də şəhid olmuş hərbi qulluqçuların adları verilmiş, layihə çərçivəsində ənənə olaraq üç rəngli bayrağımız və həmin siniflərdə yaradılacaq Şəhid güşələri üçün şəhidlərin portretləri şəhid valideynləri tərəfindən sinif rəhbərlərinə təqdim olunmuşdur.

Keçidlər