Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin fevral ayının 24-də döyüş tapşırığını yerinə yetirərkən şəhid olan hərbiçilərinin xatirəsinə daşqaldırma üzrə ordu birinciliyi keçirilib.

19 fevral 2020 | 16:00

         2017-ci ilin fevral ayının 24-də döyüş tapşırığını yerinə yetirərkən şəhid olan hərbiçilər mayor Aqşin Abdullayev, baş leytenant Şahlar Nəzərov, baş leytenant Tural Həşimli, baş çavuş Zülfü Qədimov və əsgər Zakir Cəfərovun xatirəsinə daşqaldırma üzrə ordu birinciliyi uğrunda yarış keçirilib.

         Qarabağ bürosu xəbər verir ki, açılış mərasimində ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

         Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Müdafiə Nazirliyinin birləşmə komandiri general-mayor Mayis Bərxudarov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Müdafiə Nazirliyinin zabiti polkovnik Sadiq Paşayev çıxış ediblər.

         Daha sonra birincilik uğrunda mübarizəyə start verilib. Birdənqaldırma və təkanla qaldırma üzrə 6 çəki dərəcəsində 80 nəfər hərbiçi mübarizəyə qatılıb. Azərbaycan Ordusunun müxtəlif birləşmə və qoşun növlərini, hərbi təhsil müəssisələrini, eləcə də digər bölmələrini 14 komanda təmsil edir.

Keçidlər