Şriftin ölçüsü :

Saytın rəngi :

Salakətin kənd tam orta məktəbinin 5 sinfinə 2017-ci ilin Fevral Şəhidlərinin adı verilib

25 fevral 2020 | 16:00

     Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər. Bildirilib ki, Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidlər unudulmur” layihəsi icra olunur. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir.“Şəhidlər unudulmur” layihəsi çərçivəsində Salakətin kənd tam orta məktəbin beş sinfinə 2017-ci ilin fevral ayında şəhid almış 5 Şəhidimizin adı verilib. Tədbir iştirakçıları siniflərlə tanış olmuş, şagirdlər vətənpərvərlik ruhlu çıxışlar etmişlər. Şəhid valideynləri şəhidlərin adları verilmiş siniflərin şagirdləri ilə söhbət edərək, övladlarının məktəb illəri haqqında xatirələrini danışıblar.

Keçidlər