Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində gənclər arasında Qol Güləşi üzrə Xocavənd rayon birinciliyi keçirildi.

29 fevral 2020 | 16:00

          29 fevral 2020-ci il tarixdə Xocavənd qəsəbəsində gənclər arasında Qol Güləşi üzrə Xocavənd rayon birinciliyi keçirildi. Qol Güləşi üzrə perspektivli idmançıları aşkar etmək, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, gənclərə sağlam həyat tərzi aşılamaq, rayon çempionunu müəyyən etmək məqsədi ilə keçirilən rayon birinciliyində 51 nəfər iştirak etmişdir. Yarışda 60-65 kq çəkidə birinci yeri Quliyev Samir Qeyrət oğlu, ikinci yeri Məmmədli Mirdamət Fəzail oğlu oğlu, üçüncü yeri Astanlı Samir Həsən oğlu, 80-85 kq çəkidə birinci yeri Həsənov Ramin Mütalib oğlu, ikinci yeri Səfərov Kənan Mübariz oğlu, üçüncü yeri isə Budaqov Azər İsmayıl oğlu əldə etdi. Qaliblər Rayon Gənclər və idman İdarəsi tərəfindən diplomla təltif olundular.

Keçidlər