Şriftin ölçüsü :

Saytın rəngi :

#Dəstəkolaq aksiyasına "Rüzgar-Babək" MMC də qoşulub

21 aprel 2020 | 16:00

        COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Cənab Prezidentin #BizBirlikdəGüclüyük çağırışına Xocavəndin vətənpərvər övladları tərəfindən dəstək hər gün artmaqda davam edir.Elimizin səxavətli oğulları, iş adamları dayanmadan aztəminatlı ailələrə yardım kampaniyasına qoşulmaqda davam edirlər.

"Rüzgar-Babək" MMC -nin təsisçisi Xocavənd rayon Kuropatkin kənd sakini Quliyev Babək Ələddin oğlu tərəfindən 100 aztəminatlı ailəyə un paylanılıb.

Keçidlər