Şriftin ölçüsü :

Saytın rəngi :

“Bravo” supermarketlər şəbəkəsi Xocavənddə 500 aztəminatlı ailəyə ərzaq yardımı etdi.

23 aprel 2020 | 16:00

Xocavənd rayonunda növbəti yardım aksiyası «Bravo» marketlər şəbəkəsi tərəfindən həyata keçirilib. Belə ki, Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayon üzrə 500 aztəminatlı ailəyə «Bravo» marketlər şəbəkəsi tərəfindən ərzaq yardımı göstərilib. Xeyirxah aksiyadan Respublikasının müxtəlif şəhər və rayonlarında məskunlaşan tənha, ahıl, aztəminatlı və əilliyi olan vətəndaşlar yararlanıb. Aksiyadan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onlara göstərilən diqqətə gprə minnətdarlıqlarını bildiriblər

Keçidlər