Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənova Xəyalə: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi.

29 iyun 2020 | 16:00

    Həsənova Xəyalə: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi.

  Bütün dünyada yayılmış COVİD-19 pandemiyası bizim ölkədən də yan keçmədi.Pandemiyanın başladığı ilk gündən ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizə aparmaq məqsədilə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi və gücləndirilməsi təşəbbüsləri irəli sürüldü. Pandemiya dünyəvi problem olduğu üçün bütün dünyada insanların həyatını təhlükəyə atmaqla yanaşı, dünya iqtisadiyyatına da mənfi təsirlərini göstərmiş oldu. İnsanların həyatını təhlükəyə atan pandemiya bütün dünya əhalisinin sağlamlığına ciddi təhlükələr yaratdı. Bu pandemiyanın fəsadları görünür ki, uzun müddət insanların həyatında o cümlədən ölkə iqtisadiyyatında hiss olunacaqdır.
  Bütün bu fəsad və problemləri aradan qaldırmaq üçün dünyanın qlobal həmrəyliyə ehtiyacı vardır. Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) könüllü olaraq ianələr ayırmışdır. Dövlətimiz tərəfindən 30-dan artıq dövlətə humanitar yardımlar edilmişdir.
  Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi dünyanı bürümüş pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsi ilə xüsusi sessiyanın keçirilməsi təklifi və təşəbbüsü ilə çıxış etmişdir.Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir.BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimad və inamın göstəricisidir. Ölkəmizin bu təşəbbüsünü dəstəkləyən bütün ölkələrə ölkə əhalisi adından təşəkkür edirik.
  Mən də bir ölkə vətəndaşı olaraq Cənab Prezidentimizə bu çətin günlərdə xalqımızın yanında olduğu üçün ona dərin ehtiram və təşəkkürümü bildirirəm.Əlbəttə ki, bu çətin günləri xalq olaraq geridə qoyacağıq.Bunun üçün həmrəylik göstərməli, dövlətin verdiyi bütün tapşırıqlara, qayda-qanunlara əməl etməliyik.Dövlətimiz bu problemdən az itkisiz ötüşmək üçün bütün bacarıq və səylərindən istifadə edir, xalqa lazımi dəstəklərini verir.Mən hər bir ölkə vətəndaşını bu pandemiya şəraitində həmrəy olmağa, dövlətimizə dəstək olmağa səsləyirəm. Çünki BİZBİRlİKDƏ GÜCLÜYÜK!
 

 

Keçidlər