Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni təcavüzü: Xocavənd rayon əhalisinin məruz qaldığı zərər və itkilər

       Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa əsasən DQMV ləğv edilərək keçmiş Martuni (Xocavənd) və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu şimalda Ağdam, Ağcabədi, şərqdə Füzuli, cənubda Cəbrayıl, cənub-qərbdə Qubadlı, Laçın rayonları, qərbdə Şuşa, şimal-qərbdə isə Xankəndi şəhəri və Xocalı rayonları ilə həmsərhəddir. 2 oktyabr 1992-ci il tarixdə işğal olunmuş bu rayonun ərazisi 1 458 km-dir.
     Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Xocavənd rayonunun şəhər, qəsəbə və kəndlər üzrə inzibati əraziləri aşağıdakı itki və tələfatlara məruz qalmışdır.
-3 365 ha bağ, 4 030ha biçənək, 12 428 kv, metr əkin, 14 747 ha yaylaq və 8 619 ha meşə sahəsi;
-tikinti və sənaye müəssisələri üzrə sahəsi 221 910 kv. metr olan 19 ədəd inzibati bina, 283 ədəd maşın və mexanizmlər;
-rayon üzrə təhsil müəssisələrinin sahəsi 29 630 kv. metr olan 24 məktəb, uşaq bağçası, təhsildən kənar müəssisə və s. tipli binalar;
-rayon üz\rə sahəsi 14 912 kv. metr olan xəstəxana, aptek, ambulatoriya və s. tipli 14 səhiyyə müəssisəsi; 
-rayon üzrə sahəsi 10 920 kv. metr olan kub, kitabxana, muzey və s. Tipli 40 mədəniyyət müəssisəsi;
-rayon üzrə sahəsi 6 070 kv. metr olan restoran, kafe, mağaza və s. tipli 50 sosial obyekt;
-kolxoz və sovxozlar üzrə baş hesabı ilə 38 542 baş mal-qara, o cümlədən 30 973 baş xırda buynuzlu, 509 ədəd maşın və mexanizm, sahəsi 74 415  kv. metr olan 75 ədəd ictimai bina;
-sənaye və digər istehsal müəssisələri üzrə sahəsi 508 764 kv. metr olan 58 ictimai bina, 681 ədəd avadanlıq, 205 ədəd maşın və mexanizm;
-şəhər, qəsəbə və kəndlər üzrə 16 qəbiristanlıq və 2 871 qəbir.
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Xocavənd rayonu inzibati yaşayış mərkəzləri üzrə mülki əhaliyə 22 il ərzində dəyən zərərin ilkin hesablamalara görə miqdarı aşağıdaki kimidir;

 

 

S/s Zərərlərin növü Zərərin miqdarı , AZN-lə
1. Fərdi şəxslərin ev heyvanlarına və
təsərrüfatlarına dəymiş zərər
 8 250 530
2. Yaşayış evlərinə dəymiş zərər  68 702 200
3. Yardımçı tikintilərə dəymiş zərər  10920701
4. Arı ailələrinə görə dəymiş zərər  -
  Cəmi: 87 873 431


       
 

Keçidlər