Şriftin ölçüsü :

Saytın rəngi :

Yeddi qapı məbədi

Yeddi qapı məbədi – Xocavənd rayonunun Süsənlik kəndi ərazisində yerləşən erkən orta əsrlərə aid alban məbədidir. Məbəd kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarət olmuşdur ki, onlardan da dövrümüzə əsas   kilsə binası qismən yaxşı vəziyyətdə çatmışdır. Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi (Süsənlik  kəndinin keçmiş adına uyğun olaraq) kimi tanınan bu məbəd qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir.

Kompleksin əsas kilsə binasının quruluşuna görə Cənubi Qafqaz ölkələrinin memarlığında anoloqu yoxdur. Plana görə kilsə tetrakonx olsa da, mərkəzi günbəzaltı kvadrat və ona hər tərəfdən birləşən konxalı apsidaya malik sadə tetrakonxlardan fərqli olaraq, Möhrənis kilsəsi kvadratın künclərində birləşən əlavə dörd kiçik apsidaya malikdir.

Əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Monastırın adının etimologiyası yeddi qardaşın adı və kilsənin yeddi apsidası (qapı yerləşən apsida nəzərə alınmamaqla) ilə əlaqəlidir.

ABİDƏNİN PASPORTU

Ad: Alban məbədi
Abidənin növü: Memarlıq abidələri
Əhəmiyyəti: Ölkə əhəmiyyətli
Nömrə:№ 232.
Şəhər: Xocavənd şəhəri
Ünvan: Süsənlik kəndi
Sistem kodu: AJA000247

 

Keçidlər