Şriftin ölçüsü :

Saytın rəngi :

ABİDƏLƏRİMİZ

       Xocavənd rayonu Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıq olan Xocavənd rayonu Dəniz səviyyəsindən təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədər hündürlükdə yerləşir.
          1930-cu ildə yaradılan və 1991-ci ilə kimi “Martuni” adlandırılan Xocavənd rayonunun ərazisi alçaq dağlıq və düzənlikdən ibarətdir. Rayonunun ümumi sahəsi 1458 kvadrat kilometrdir. Rayon 2 şəhər tipli qəsəbə və 83 kənddən ibarətdir. Xocavənd və Qırmızıbazar qəsəbələri, Qaradağlı, Əmirallar, Muğanlı, Kuropatkin, Tuğ, Axullu, Salakətin, Günəşli, Xətai və başqaları rayonun iri yaşayış məntəqələrindəndir.
          Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir.
        Xocavənd  2 oktyabr 1992-ci il erməni silahlı birləşmələri tərəfindən işğal olunub. İşğal olunmuş Xocavənd rayonunda onlarla milli tarixi-dini abidəmiz düşmən tərəfindən mənəvi genosidə məruz qalmışdır.

Tarixi-dini abidələri
Alban məbədi (1170-ci il) - Hadrut qəsəbəsi (İNV № 224)
Alban məbədi (1147-ci il) – Məmmədzar kəndi (İNV № 225)
Alban məbədi (1197-ci il) – Tuğ kəndi (İNV № 226)
Qırmızı məbəd (1000-ci il) – Tuğ kəndi (İNV № 227)
Alban məbədi (1094-cü il) – Traktik kəndi (İNV № 228)
Alban məbədi (900-cü il) – Vəng kəndi (İNV № 229)
Alban məbədi (1131-ci il) – Sakuri kəndi (İNV № 230)
Alban məbədi (IV-VI əsrlər) – Süsənlik kəndi (İNV № 231)
Alban məbədi– Süsənlik kəndi (İNV № 232)
Alban məbədi (1635-ci il) – Tağaser kəndi (İNV № 234)
Dini kompleks (XIII əsr) – Sur kəndi (İNV № 235)
Alban məbədi (1241-ci il) – Mestağlar kəndi (İNV № 237)
Alban məbədi (1236-cı il) – Güneyçartar kəndi (İNV № 238)
Alban məbədi (995-ci il) – Qavaxan kəndi (İNV № 239)
Alban məbədi (IV əsr) – Sos kəndi (İNV № 240)
İki Alban məbədi (701-ci il) – Qatsi kəndi (İNV № 241)
Alban məbədi (VIII əsr) – Qatsi kəndi (İNV № 242)
Alban məbədi (V əsr) – Qatsi kəndi (İNV № 243)
Kilsə (1270-ci il) -  Qatsi kəndi (İNV № 244)
Kilsə (XII əsr) -  Qatsi kəndi (İNV № 245)
Amaras monastırı (IV əsr) – Maçqalaşen kəndi (İNV № 246)
Alban məbədi (XII əsr) – Sitoraşen kəndi (İNV № 247)
Alban məbədi (675-ci il) – Tağavard kəndi (İNV № 248)
Bağır xan məbədi (XII əsr) – Niki kəndi (İNV № 250)
Alban kilsəsi (IV-V əsr) – Axullu kəndi
Məbəd (XIV əsr) – Dolanlar kəndi (İNV № 4315)
Məbəd – Ataqud kəndi (İNV № 4316)
Kilsə (XVII əsr) –Tağavard kəndi (İNV № 4318)
Məbəd (XVIII əsr) – Hadrut qəsəbəsi (İNV № 4319)
Məbəd (XIII əsr) – Tuğ kəndi (İNV № 4320)
Məbəd (1747-ci il) – Tuğ kəndi (İNV № 4321)
Ağ kilsə (XVII əsr) – Vəng kəndi (İNV № 4323)
Məbəd (1664-cü il) – Gəngər kəndi (İNV № 4324)
Məbəd (XVII əsr) – Sakuri kəndi (İNV № 4325)
Məbəd (XVII əsr) – Sur kəndi (İNV № 4326)
Məbəd – Xsaberd kəndi (İNV № 4328)
Məbəd – Tağaser kəndi (İNV № 4329)
Kilsə (XX əsr) – Arakül kəndi (İNV № 4330)
Məbəd (XVIII əsr) – Domi kəndi (İNV № 4331)
Məbəd (XIX əsr) – Şaqah kəndi (İNV № 4332)
Məbəd (1896-cı il) – Noraşen kəndi (İNV № 4333)
Məbəd – Banazur kəndi (İNV № 4334)
Məbəd (XIX əsr) – Kermaçuk kəndi (İNV № 4335)
Məbəd (XIX əsr) – Qoçbəy kəndi (İNV № 4336)
Məbəd – Çıraquz kəndi (İNV № 4337)
Məbəd –Xırmançıq kəndi (İNV № 4338)
Məbəd – Anaku kəndi (İNV № 4339)
Məbəd (1698-ci il) – Ağcakənd kəndi (İNV № 4340)
Məbəd (XVII əsr) – Zamzur kəndi (İNV № 4341)
Məbəd – Məlikcanlı kəndi (İNV № 4342)
Məbəd – Bulutan kəndi (İNV № 4343)
Məbəd – Edilli kəndi (İNV № 4344)
Məbəd – Düdükçü kəndi (İNV № 4345)
Məbəd – Ağbulaq kəndi (İNV № 4346)
Məbəd – Tək kəndi (İNV № 4347)
Məbəd (XVII əsr) – Azıx kəndi (İNV № 4348)
Məbəd (XIX əsr) – Bünyadlı kəndi (İNV № 4349)
Məbəd – Daşbaşı kəndi (İNV № 4350)
Məbəd (XIII əsr) – Dolanlar kəndi (İNV № 4351)
Albanberd kilsəsi – Qarakənd kəndi (İNV № 4353)
Məscid – Muğanlı kəndi
Alban kilsəsi – Üçoğlan kəndi
Albanberd kilsəsi – Qarakənd kəndi
Alban kilsəsi – Qızılqaya ərazisi
Məbəd (XIX əsr) - Saqallı kəndi

Ziyarətgahlar

Türbənin sərdabə hissəsi (XII-XIV əsrlər) – Dolanlar kəndi (İNV № 4352)
Türbə (XVII əsr) – Xocavənd qəsəbəsi (İNV № 4317)
Türbə - Xatek kəndi (İNV № 4354)
Cəfat piri – Məstəqalar kəndi
Şaqax piri – Şaqax kəndi
Mir Mehdi Xəzanın türbəsi – Tuğ kəndi
Cicim ocağı – Xocavənd qəsəbəsi.
Pir – Qaradağlı kəndi
Pir - Xocavənd kəndi
Pir – Salatəkin kəndi
Sitayiş ocağı – Salatəkin kəndi
Bəhrəmli piri – Bəhrəmli ərazisi
Niyyət piri - Bəhrəmli ərazisi
Seyid Rza günbəzi (XIV əsr) – Muğanlı kəndi
Rzaqulubəy günbəzi (XIV əsr) - Axullu kəndi
Seyid Musa günbəzi – Nərgiztəpə ərazisi
Aşıqlı qəbiristanında qoşa günbəz – Xocavənd kəndi

Tarixi memarlıq abidələri
Nərgiztəpə yaşayış yeri (İlk və Orta Tunc dövrü) -  Xocavənd şəhərindən şərqdə (İNV № 1116)
Nekropol (Son Tunc və İlk Dəmir dövrü) – Dolanlar kəndi (İNV № 1117)
Tağlar mağarası (daş dövrü) – Tağlar kəndi (İNV № 1118)
Qala - Sur kəndi (İNV № 236)
Qala (III əsr) – Tağavard kəndi (İNV № 249)
Ərgüşən qalası – Axullu kəndi
Qədim yaşayış məskəni olan Azıx mağarası – Salakətin kəndi
Qala – Çanaxçı kəndi (İNV № 4327)
Körpü (XVIII əsr) - Tuğ kəndi yaxınlığında

Keçidlər