Şriftin ölçüsü :

Saytın rəngi :

İdman

       

Xocavənd Rayon Gənclər və İdman İdarəsinin 2020-ci il ərzində həyata keçirdiyi tədbirlər barədə hesabatı 2020-ci il

 

      Xocavənd Rayon Gənclər və İdman İdarəsi 2019-cu ilin 9 ayı ərzində rayon idmançılarının, yeniyetmə və gənclərin bir sıra respublika və zona səviyyəli tədbirlərdə iştirakını təmin etmişdir. Belə ki, Şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışları, 2 fevral Azərbaycan gəncləri günü münasibəti ilə Azərbaycan Gənclərinin Ümumrespublika Toplantısı, “2 Fevral - Azərbayacan Gəncləri Günü”nə həsr edilmiş yeniyetmə və gənclər arasında voleybol idman növü üzrə zona birinciliyi, Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında zona yarışı, Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan güllə atıcılığı üzrə zona yarışı, Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş idman növü üzrə 2004-2005-ci (2006-cı il həkim arayışı ilə) il təvəllüdlü  idmançılar arasında zona yarışı, Gənclər arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə XI Azərbaycan Çempionatının zona mərhələsi, Yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü (4 növçülük) üzrə ölkə çempionatının zona yarışı, Orta məktəblərin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyununun zona birinciliyi, Yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü (5 növçülük) üzrə ölkə çempionatının final yarışı, Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş idman növü üzrə 2004-2005-ci (2006-cı il həkim arayışı ilə) il təvəllüdlü  idmançılar arasında final yarışı, Orta məktəblərin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyununun respublika final yarışı, Şahmat üzrə 8, 10, 12, 14, 16 və 18 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyi, Gənclər arasında kompyuter oyunları üzrə XIII Azərbaycan Milli Çempionatının zona mərhələsi, VKC idman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı və birinciliyi, 16 yaşadək gənclərin şəxsi-komanda hesabında Respublika Şahmat Olimpiadası, 8-14 yaşlı uşaq və gənclər üçün yay-istirahət düşərgəsində Xocavənd rayonu layiqincə təmsil olunmuşdur.
          24 yanvar - 03 fevral 2019-cu il tarixlərdə Astara şəhəridə keçirilən Şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışlarında Xocavənd rayonunu təmsil edən bir nəfər idmançı 14 yaşlı qızlar arasında 3-cü yeri tutmuşdur.
04-06 fevral 2019-cu il tarixlərdə Saatlı rayonunda keçirilən “02 Fevral - Azərbyacan Gəncləri Günü”nə həsr edilmiş yeniyetmə və gənclər arasında voleybol idman növü üzrə zona birinciliyində Xocavənd rayon komandası 2-ci yeri əldə etmişdir.
           03-06 aprel 2019-cu il tarixlərdə Cəlilabad rayonunda keçirilən Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş idman növü üzrə 2004-2005-ci (2006-cı il həkim arayışı ilə) il təvəllüdlü idmançılar arasında zona yarışında Xocavənd rayonunu təmsil edən 2 nəfər idmançı 1-ci yeri, 1 nəfər idmançı isə 3-cü yeri tutaraq finala vəsiqə qazanmışdır.
          17-21 aprel 2019-cu il tarixlərdə Cəlilabad rayonunda keçirilən yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü (4 növçülük) üzrə ölkə çempionatının zona yarışında Xocavənd rayon komandası 3-cü yeri tutaraq finala vəsiqə qazanmışdır.
          19-20 aprel 2019-cu il tarixlərdə Füzuli rayonunun Horadiz şəhərində keçirilən Orta məktəblərin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyununun zona birinciliyidə Xocavənd rayon komandası 2-ci yeri tutaraq finala vəsiqə qazanmışdır.
            26-30 aprel 2019-cu il tarixlərdə Baləkən rayonunda keçirilən Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş idman növü üzrə 2004-2005-ci (2006-cı il həkim arayışı ilə) il təvəllüdlü idmançılar arasında final yarışında Xocavənd rayonunu təmsil edən 1 nəfər idmançı 3-cü yeri tutmuşdur.
           07-09 iyun 2019-cu il tarixlərdə Bakı şəhərində keçirilən Gənclər arasında kompyuter oyunları üzrə XIII Azərbaycan Milli Çempionatının zona mərhələsində Xocavənd rayonunu təmsil edən oyunçular “Tekken 7” fərdi oyunu üzrə 2-ci yeri, “FİFA 19” fərdi oyunu üzrə 3-cü yeri, “Counter Strike: Qlobal Offensive” komanda oyunu üzrə üçüncü yeri əldə etmişdir.
            2019-cu ilin 15-16 iyun tarixlərində İsmayıllı rayonunda keçirilən VKC idman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı və birinciliyində Xocavənd rayonunu təmsil edən 1 nəfər idmançı karate-do kumite iriqumi-cyu qaydası üzrə 1-ci yerə, karate-do kumite iriqumi-cyu qaydası üzrə daha 1 nəfər idmançı isə yerə 3-cü yerə layiq görülmüşdür.

 

              2018-ci il ərzində rayon idmançılarının, yeniyetmə və gənclərin bir sıra respublika və zona səviyyəli tədbirlərdə iştirakını təmin etmişdir. Belə ki, “02  Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr edilmiş uşaqlar,  yeniyemələr və gənclər arasında Sərbəst güləş idman növü üzrə zona birinciliyi yarışı, Şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışları, Azərbaycan Gənclərinin Ümumrespublika toplantısı, Taekvondo idman növü üzrə gənclər və böyüklər arasında Respublika birinciliyi  və  çempionatı, VKC idman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı və birinciliyi, Orta məktəblərin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyununun zona birinciliyi, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü (4 növçülük) üzrə ölkə çempionatının zona yarışı, Gənclər arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə X Azərbaycan Çempionatının zona mərhələsi, Gənclər arasında Kompüter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının zona və final mərhələləri, 16 yaşadək gənclərin şəxsi-komanda hesabında Respublika Şahmat Olimpiadası, Azərbaycan Gənclərinin VIII Forumunun  zona  toplantısı, İstedadlı  və Yaradıcı Gənclərin III Respublika toplantısı, Payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə (4 növçülük) ölkə çempionatının zona yarışı, Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə VI Azərbaycan Çempionatının zona mərhələsi, "Cümhuriyyətin varisləri- Azərbaycanın gələcəyi" devizi altında Azərbaycan Gənclərinin VIII Forumu, Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə VI Azərbaycan Çempionatının final mərhələsində Xocavənd rayonu layiqincə təmsil olunmuşdur.
           2018-ci ilin 01-03 mart tarixlərində Bakı şəhərində keçirilən VKC idman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı və birinciliyində karate-do kumite iriqumi-cyu qaydası üzrə Xocavənd rayonunu təmsil edən 1 nəfər idmançı 1-ci yerə, 2 nəfər idmançı isə yeri 2-ci yerə layiq görülmüşdür.
04-06 may tarixdə Bakı şəhərində keçirilən Gənclər arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə X Azərbaycan Çempionatının zona mərhələsində Xocavənd rayon komandası 3-cü yeri əldə etmişdir.
             12-14 may tarixdə Bakı şəhərində keçirilən Gənclər arasında Kompüter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının Yuxarı Qarabağ və Kəlbəcər-Laçın zona mərhələsində Tekken 7 və HearthStone fərdi oyunları üzrə Xocavənd rayonunu təmsil edən gənclər birinci yerləri tutaraq oyunun final mərhələsinə vəsiqə qazanmışdır. Counter Strike: Qlobal Offensive komanda oyunu üzrə isə Xocavənd rayon komandası üçüncü yeri əldə etmişdir. 25-27 may tarixdə Bakı şəhərində keçirilən Gənclər arasında Kompüter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının final mərhələsində də rayon gəncləri bacarıqlı oyun nümayiş etdirmişdir.
08-18 iyul 2018-ci il tarixlərdə Qusar şəhərində keçirilən 16 yaşadək gənclərin şəxsi-komanda hesabında Respublika Şahmat Olimpiadasında Xocavənd rayonunu təmsil edən 1 nəfər şahmatçı 14 yaşlı qızlar arasında ikinci yeri tutmuşdur.   
         09-11 noyabr 2018-ci il tarixdə Bakı şəhərində keçirilən Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə VI Azərbaycan Çempionatının zona mərhələsində Xocavənd rayon komandası birinci yeri əldə edərək oyunun final mərhələsinə vəsiqə qazanmışdır.

 


             2017-ci ilin birinci yarımili ərzində  bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsi təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Belə ki, 9 aprel 2017-ci il tarixdə  Xocavənd Rayon İcra Hakimiyyəti və   VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə “Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş VKC-növləri üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında Azərbaycan Kuboku” keçirilmişdir. Tədbir iştirakçıları öncə Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin əziz xatirəsini yad etmişlər. Xocavənd Rayon İdman Kompleksində davam edən   yarışın açılış mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının prezidenti Nurəddin Quliyev, rayon ictimaiyyəti, idarə və təşkilat rəhbərləri, veteranlar və şəhid ailələri iştirak etmişdir. 24 rayondan 330 idmançının  iştirak etdiyi yarışın qalibləri Rayon İcra Hakimiyyəti  başçısının diplomu, medallar və kubokla təltif edilmişlər. Bundan başqa 18 aprel 2017-ci il tarixdə Xocavənd Rayon İdman Kompleksində “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” nın proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş karate idman növü üzrə Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın və Xocavənd rayonlarının iştirakı ilə zona yarışı keçirilmişdir. Tədbirdə Şotakan karate-do  idman növünün inkişaf etdirilməsi və  ölkəmizin  beynəlxalq aləmdə təmsil və təbliğ olunmasında   əldə etdikləri  nailiyyətlərə görə bir qrup idmançı Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının  “Fəxri Fərman”ı ilə   təltif edilmişdir. Yarışın qalibləri diplom, medal və kubokla təltif edilmişlər.
       Xocavənd rayon Gənclər və İdman idarəsi 2017-cı il ərzində rayon idmançılarının, yeniyetmə və gənclərin respublika və zona səviyyəli bir sıra idman yarışları və gənclərlə bağlı tədbirlərdə iştirakını təmin etmişdir. Belə ki, Taekvondo idman növü üzrə gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatı, Şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışları, VKC növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatında Xocavənd rayonu layiqincə təmsil olunmuşdur.
       2017-ci ilin 16-21 yanvar tarixlərində Bakı şəhərində Taekvondo idman növü üzrə gənclər və böyüklər arasında keçirilən ölkə birinciliyi və çempionatında 1 nəfər idmançı 74 kq çəkidə (kişilər) 3-cü yerə sahib olmuşdur. Yenə də Bakı şəhərində (03-05 mart tarixlərdə) keçirilən VKC növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatında karate-do kumite iriqumi-cyu qaydası üzrə Xocavənd rayonunu təmsil edən 2 nəfər idmançı 1-ci yerə, daha 2 idmançı isə yeri 2-ci yerə çıxmışdır. 04-07 aprel 2017-ci il tarixdə Cəlilabad rayonunda keçirilən Yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə 2002–2004-cü il təvəllüdlü idmançılar arasında zona yarışında Xocavənd rayonunu təmsil edən 1 nəfər güləşçi 42 kq çəki dərəcəsində 1-ci yerə, həmin yarışın final mərhələsində (Balakən rayonunda 27-30 aprel tarixlərdə keçirilmişdir) isə 2-ci yerə çıxmışdır. 16-18 iyun tarixlərdə Xaçmaz rayonunda keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş VKC növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan Çempionatında 2 nəfər idmançı 1-ci yeri, 1 nəfər idmançı isə 2-ci yeri əldə etmişdir.

Keçidlər