Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqram”ının icrası 

Xocavənd rayonu üzrə

1.3. Ayrı-ayrı rayonlar üzrə Fin tipli qəsəbələrdə məskunlaşmış 372 ailə 1576 nəfərdən 51 ailə 509 nəfər olmaqla yeni qəsəbələrə köçürülmüşdür. Rayon sakinləri ən çox sayda və kompakt şəkildə Ağcabədi rayonunun “Alman” qəsəbəsində  məskunlaşmışlar. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata əsasən həmin ailələr Ağcabədi rayonunda yeni salınacaq qəsəbədə evlə təmin olunacaqlar.

1.4 Respublikanın müxtəlif regionlarında məktəb binalarında məskunlaşmış 20 ailədən ibarət 79 nəfərdən 10 ailə və ya 40 nəfər 2008-ci ildə tikilib istifadəyə  verilmiş  Xocavənd qəsəbəsinə köçürülmüşdür.

1.5. İnşası 2005-2006-cı illərdə nəzərdə tutulmuş  500 ailəlik qəsəbənin tikintisi 2008-ci ildə başa çatdırılmış və 490 ailə 2103 nəfər  həmin qəsəbəyə köçürülmüşdür.

1.7 maddədə nəzərdə tutulmuş Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdıqları və təmirə daha çox ehtiyacı olan 268 obyektin (yataqxana, ictimai bina, sanatoriya, sağlamlıq düşərgələri, tikintisi yarımçıq qalmış binalar və s.) mövcud vəziyyətinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə öyrənilməsi, infrastrukturunun yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi (su, qaz, elektrik enerjisi, kanalizasiya, dam örtüyü və s) məqsədi ilə Bakı və Sumqayıt şəhərlərində  müvəqqəti olaraq məskunlaşan  218 ailə 974 nəfər rayon sakinlərinin     məskunlaşdıqları yataqxana və digər ictimai binalarda  yerləşən 172 ailənin  mənzillərində QHT tərəfindən təmir işləri aparılmış, 2009-2010-cu illərdə 18  ailə  yeni tikilmiş binalarda mənzillərlə təmin olmuşdurlar.

2.11. 2008-ci ildə yeni salınan Xocavənd qəsəbəsində aparılan tikinti işlərinə 42 nəfər, eyni zamanda “Xocavənd” qəsəbəsində inşa olunan İcra Hakimiyyətinin inzibati binasının tikintisində səriştəli rayon sakinləri işə cəlb edilmişdir.

2.12. Məcburi köçkünlər üçün müxtəlif peşə və ixtisaslar üzrə hazırlıq kurslarının təşkili ilə bağlı bir sıra işlər həyata keçirilmişdir. Belə ki, 2004-2010-cu illər ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 7 peşə kursu təşkil olunmuş, 101 rayon sakininə peşə ixtisası verilmiş və onların əksəriyyəti  ixtisasına uyğun işlə təmin olunmuşlar.

2.13. Yeni salınmış 500 ailəlik Xocavənd qəsəbəsində aparılmış abadlıq işlərində qəsəbədə məskunlaşmış səriştəsi olan məcburi köçkünlərin əməyindən haqqı ödənilməklə istifadə edilmişdir.(Bayraq meydanının yaradılması eyni zamanda ətrafında abadlıq işlərinin aparılması, mini parkın salınması qəsəbə daxili yolların təmiri və qəsəbədaxili küçələrin işıqlandırılması)

2.14. Yeni qəsəbələrə köçürülən məcburi    köçkün ailələrinə həyətyanı, əkin və otlaq  sahələrinin ayrılması, onlara əvəzsiz  maliyyə yardımının verilməsini təmin etmək məqsədilə 2008-ci ildə istifadəyə verilmiş  “Xocavənd” qəsəbəsində məskunlaşmış sakinlərə 0.60 ha torpaq sahəsi paylanmış, əkin və biçin üçün subsidiyalar (dizel yanacağı və motor yağına görə) verilmişdir. Digər maliyyə yardımı olmamışdır.

2.15. 2010-cu ildə Yeni salınmış Xocavənd qəsəbəsində “Finans İnvest” kredit təşkilatı fəaliyyətə başlamış və 2010-cu ildə 380 rayon sakininə 349270 manat kredit verilmişdir. Yaradılmış bu təşkilatda 5 nəfər rayon sakini işlə təmin olunmuşdur. Danimarka Qaçqınlar Şurasının dəstəyi ilə 2 obyekt  ( əzik sexi, avtomobil təmiri və yuyucu sexi) tikilmiş, 8 nəfər işlə təmin edilmişdir.

2.16. Məcburi köçkünlərin kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün 2007-2010-cu illər ərzində  torpaq mülkiyyətçilərinə məhsul istehsalına görə 445156 manat miqdarında subsidiyalar (dizel yanacağı və motor yağına görə) verilmişdir. Yeni yaradılmış Aqroserviz filialı vasitəsi ilə əhali kənd təsərrüfatı texnikaları və dövlət tərəfindən verilmiş güzəştli şərtlə gübrələrlə təmin edilmişdir.

2.18. 2009-cu ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə Sosial Tərəqqi İctimai Birliyi tərəfindən 5 nəfər gənc kompüter, 1 nəfər isə qadın bərbəri kurslarına cəlb edilmiş, 5 ədəd kompüter dəsti kursa cəlb edilmiş gənclərə verilmişdir. Hal-hazırda həmin gəclər Xocavənd qəsəbəsində uşaqlara kompüter kursları keçirlər.

2.19. 2008-ci ildə salınmış Xocavənd qəsəbəsində Səhiyyə, Mədəniyyət, Uşaq baxçası, Suvarma Sistemləri İdarəsi və  Orta məktəb binası tikilib istifadəyə verilmişdir ki, bu müəssisələrdə yaranmış iş yerlərində rayondan olan kadrlar ixtisasına uyğunişlə təmin olunmuşlar. Salakətin kənd orta məktəbində 1, Səhiyyə sahəsində isə 8 ştat vahidi həkim vakant iş yeri   vardır.

2.20. Əmək yarmarkaları vasitəsilə əmək qabiliyyətli qaçqınların və məcburi  köçkünlərin işlərə cəlb edilməsi məqsədilə 2008-ci ildə Beyləqan rayonunda keçirilmiş əmək yarmarkasında 13 nəfər işlə təmin edilmişdir.

2.21 Səhiyyə müəssisələrində məcburi  köçkünlərin pulsuz müayinə, müalicə və dərman preparatları ilə təmin olunması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə 2004-2010-cu illər ərzində rayon sakinlərinə 476941 manat dəyərində pulsuz dərman pereparatlrı çatdırılmış, həmçinin 2008-2010-cu illər ərzində şəkərli diabet xəstələrinə pulsuz olaraq 150 ədəd qlükometr paylanmışdır.

2.22. Təbii qazla təmin olunmamış məntəqələrdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə payız–qış  mövsümündə verilən ağ neft yanacağının aylıq normasının artırılması və ünvanlı çatdırılması məqsədilə müvafiq tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Beyləqan və Ağcabədi  rayonları ərazilərində məskunlaşmış 1427 məcburi köçkün ailəsinə mənzillərin isidilməsi üçün hər ailəyə 40 litr hesabı ilə  neft yanacağı  paylanmışdır.

2.23. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 2008-2009-cu  illər ərzində əhalinin sıx məskunlaşdıqları ərazilərdə 58000 manat dəyərində ərzaq paylanılmış, 128000 manat dəyərində tikinti, abadlıq və sair bu kimi işlərin həyata keçirilməsi təmin edilmişdir.

3.7. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətmiş olduqları soyqırımı aktı ilə bağlı Azərbaycan, Rus və İngilis dillərində “Soyqırım: Qaradağlı” sənədli filmi çəkilmiş, 17 fevral 2011-ci il tarixdə geniş təqdimat mərasimi keçirilmişdir. Filimdə Ermənilərin dinc sakinlərə qarşı törətmiş olduqları vəhşiliklər şahidlərin dilindən və danılmaz faktlarla əks olunur. Filmin çoxaldılaraq KİV-lərə çatdırılması və bir neçə internet saytlarında yerləşdirilməsi təmin olunmuşdur.

 

2007-ci il “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr üzrə

1.1. Ayrı-ayrı rayonlar üzrə Fin tipli qəsəbələrdə məskunlaşmış 372 ailə 1576 nəfərdən 51 ailə 509 nəfər olmaqla yeni qəsəbələrə köçürülmüşdür. Rayon sakinləri ən çox sayda və kompakt şəkildə Ağcabədi rayonunun “Alman” qəsəbəsində  məskunlaşmışlar. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata əsasən həmin ailələr Ağcabədi rayonunda yeni salınacaq qəsəbədə evlə təmin olunacaqlar.

1.2. Respublikanın ayrı-ayrı şəhər və rayonlarında məktəb binalarında məskunlaşmış 20 ailə 79 nəfər olmuşdur ki, bunlardan 14 ailə 57 nəfər olmaqla 2008-ci ildə salınmış Xocavənd qəsəbəsinə köçürülməsi təmin edilmişdir.

1.3. Məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Müdafiə Nazirliyinin hərbi hissələrində məskunlaşmış 9 ailədən 29 nəfərdən ibarət rayon sakinlərinin yeni qəsəbələrə köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə siyahı təqdim edilmişdir.

1.5 Beyləqan rayonu ərazisində 500 ailəlik qəsəbənin tikintisi başa çatdırılmış və 490 ailə 2103 nəfər yeni qəsəbəyə köçürülmüşdür, 04.10.2008-ci ildə qəsəbənin təntənəli açılışı olmuşdur.

1.11.   Bəndinin icrasının təmin edilməsi üçün nəzərdə tutulan işlərdən yalnız torpaq sahəsi ayrılmış və layihə smeta sənədləri hazırlanması işləri aparılır.

May ayında aramsız yağan yağışlar nəticəsində Tuğ kəndində 53 evi su basmış evlərdə yaşayış çətinləşmişdir. Hal-hazırda 6 ev qəzalı vəziyyətdədir. Bu ailələrin yerləşdirilməsi üçün Rayon İcra Hakimiyyəti tədbirlər görür.

1.13. maddədə məcburi köçkünlərin içməli su ilə təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulan 10 subartezian quyusunun  qazılması və istifadəyə verilməsi təmin olunmuşdur.

1.25. Xocavənd rayonunu “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolunun  çəkilməsi ilə əlaqədar  Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları tərəfindən trasa boyunca ilkin layihə ölçü işləri yerinə yetirilmişdir. Dövlət Proqramının icrası ilə bağlı 2008-ci ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə və 14.01.2011-ci il tarixdə Baş nazirin müavini cənab Əli Həsənova tərəfimizdən məktub  ünvanlanmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Baş Nazirin müavini cənab Ə. Həsənova   ünvanlanmış məktubda lahiyə smeta qiymətləndirmə sənədləri hazırlanaraq  təqdim edildikdən sonra obyektin maliyyələşdirilməsi məsələsi növbəti illərin dövlət büdcəsinin investisiya xərclərinin bölgüsü zamanı baxılması təmin ediləcəkdir.  

1.30. Xocavənd rayonu Tuğ kənd orta  məktəbinin 125 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd Rayon İcra Hakimiyyəti ilə birgə 23.04.2010-cu il tarixdə Tuğ kənd orta məktəbinin 125 illik yubileyinin ölkə səviyyəsində qeyd edilməsini təmin etmişdir.

1.35. Əraziləri işğal olunmuş rayonlar üzrə büdcə təşkilatlarında çalışan işçilərə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi məqsədi ilə əlavə vəsaitin ayrılmasını təmin etmək üçün 2008-ci il ərzində büdcə təşkilatlarında çalışan işçilərə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə kompensasiya  ödənişləri tam  başa çatdırılmışdır

2.1. 2008-ci ildə istifadəyə verilmiş  “Xocavənd” qəsəbəsində məskunlaşmış sakinlərə 0.60 ha torpaq sahəsi paylanmışdır. əkin və biçin üçün subsidiyalar (dizel yanacağı və motor yağına görə) verilmişdir. “Regionların inkişafına dəstək” ictimai birliyinin xətti ilə yeniyetmələr tikiş kurslarına cəlb edilmiş və 20 nəfər gəncə kursları bitirdiklərinə görə sertifikatlar verilmişdir. Tikiş və digər sexlərin açılması üçün Azərbaycan Respublikası Sosial İnkişaf Fonduna mikro layihələr  verilmişdir.

2.2. Məcburi köçkün sahibkarlara, fermer  təsərrüfatlarına güzəştli kreditlərin verilməsi məqsədilə 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xocavənd rayonundan olan 8 sahibkara 120.000(yüz iyirmi  min) manat güzəştli kredit verilmişdir.

2.3. Donor ölkələr, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının məcburi köçkünlər üçün iş yerlərinin, istehsal sahələrinin yaradılmasına, onların ehtiyaclarının ödənilməsi məqsədi ilə müxtəlif humanitar və inkişaf layihələrinin həyata keçirilməsinə cəlb olunması və yeni iş yerlərinin açılması məqsədi ilə  “Xocavənd” qəsəbəsində Danimarka Qaçqınlar Şurası tərəfindən maşınların təmiri üçün  2  ədəd təmir müəssisəsi açılmış eyni zamanda 2010-cu ildə “Finans İnvest” kredit təşkilatı fəaliyyətə başlamış və 2010-cu ildə 380 rayon sakininə 349270 manat kredit verilmişdir. Yaradılmış bu təşkilatda 5 nəfər rayon sakini işlə təmin olunmuşdur.

             2011-ci il “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr üzrə

1.1. Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşmış 2 ailə 10 nəfər rayon sakini məcburi köçkünlərin yeni binalara köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən siyahıya alınmışlar

1.3. Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binasında məskunlaşmış 198 nəfərdən ibarət 52 ailə Məcburi köçkünlərin yeni binalara köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən siyahıya alınmışlar

1.4. Başqa vətəndaşlara məxsus mənzillərdə 6 ailə 23 nəfər məskunlaşmışdır ki, onlar məcburi köçkünlərin yeni binalara köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən siyahıya alınmışlar

1.7. Respublika ərazisində yataqxanalarda 200 ailə 725 nəfər məskunlaşmışlar. Rayon sakinləri əsasən  Sabunçu rayonu Neft yataqxanasında və Nizami rayonunun maşınqayırma texnikumunun yataqxanalarında kompakt şəkildə məskunlaşmışlar.               

1.8. bəndə uyğun obyektlərdə rayon üzrə 18 ailə 78 nəfər məskunlaşmışdır. Məcburi köçkünlərin yeni binalara köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən siyahıya alınmışlar. 

Dövlət Proqramından kənar

Rayon İcra hakimiyyəti Aparatı üçün inzibati binanın tikintisinə başlanılmış və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

İstifadəyə verilmiş obyektlərdə cari vəziyyət normaldır.

Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin icrasına cavabdeh qurumlar tərəfindən verilmiş təkliflər yoxdur.

Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin icrasına cavabdeh olan qurumlar qarşısında qaldırılmış məsələ yoxdur.

Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərə dair sahibkarkarlar və iş adamları tərəfindən irəli sürülmüş təkliflər yoxdur.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərdən növbəti illərdə ilk növbədə həll olunması vacib olan məsələ kimi 1.11.   maddədə nəzərdə tutulmuş Xocavənd rayonunun “Yeni Tuğ” qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və digər 200 ailə üçün həmin ərazidə yeni qəsəbənin salınması və 1.25. maddədə Xocavənd rayonunu “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolunun  çəkilməsi məsələsidir.

Keçidlər