Şriftin ölçüsü :

Saytın rəngi :

Sərəncamlar

 

                                                 AZƏRBAYCAN RESPUBLİKASI

XOCAVƏND RAYON  İCRA HAKİMİYYƏTİ  BAŞÇISININ

                                                              SƏRƏNCAMI

 

           №14                                                                                  10 fevral  2016-cı il                         

Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin  təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 saylı 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin  6.8-ci bəndlərini rəhbər tutaraq qərara  alıram:

1.     Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.

2.     Seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:

Komissiyanın sədri

Əfsanə Quliyeva

Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Komissiyanın üzvləri

Vaqif Cəfərov

Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Müslüm Allahverdiyev

Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Baris Alışov     

Xocavənd  Rayon İcra Hakimiyyəti başçısının Kuropatkin  kənd  inzibati  ərazi dairəsi üzrə nümayəndəsi

Novruz Quliyev

Xocavənd rayon Ağsaqqallar Şurasının sədri

 

Akif Həsənov

Kamran Babayev

Vətən  Müharibəsi  Veteranlar Birliyinin Xocavənd  rayon  şöbəsinin sədri

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin Xocavənd  rayon  bölməsinin sədri

 

Elxan Namazov                    

Bəhruz Məmmədov

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri

Dövlət  İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar  İttifaqının  Xocavənd  rayon Komitəsinin  sədri

 

 

3.   Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 15 nəfər müəyyən edilsin.

4.  Seçki komissiyasına tapşırılsın ki, Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (www.xocavend-ih.gov.az), “Xocavənd” qəzetində və digər müvafiq yerlərdə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.

5.  Komissiyaya tapşırılsın ki, Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq 20 gün müddətinə başa çatdırsın və seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.

6. Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Müslüm Allahverdiyevə tapşırılsın ki, sərəncamın aidiyyatı üzrə çatdırılmasını təmin etsin.

7.  Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

             Xocavənd Rayonu

             İcra Hakimiyyətinin başçısı                        Eyvaz  Hüseynov

   

Keçidlər