Şriftin ölçüsü :

Saytın rəngi :

Protokol Tərtib Etmək Səlahiyyəti Olan Vəzifəli Şəxslər

     

                 AZƏRBAYCAN  RESPUBLİKASI

XOCAVƏND RAYON  İCRA HAKİMİYYƏTİ  BAŞÇISININ

   SƏRƏNCAMI

 

        №  43                                                                      16 iyun 2017-ci il               

 

  “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə

protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın

təsdiq edilməsi haqqında

 

  “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında  işlər  üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli   1361  nömrəli  Fərmanının 5-ci bəndinin  icrasını təmin etmək məqsədilə qərara  alıram:

 

1.     “Xocavənd Rayon İcra Hakimiyyəti adından “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin  Siyahısı” təsdiq  edilsin  (əlavə olunur).  

 

2.     Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyevaya  tapşırılsın  ki,  “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında  işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin  Siyahısı”nı  Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

3.     Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

4.     Sərəncam imzalandığı gündən qüvvədədir.

 

 

 

                      

  Xocavənd Rayon

                 İcra Hakimiyyəti başçısı                                    Eyvaz  Hüseynov

 

 

 

 

 

 

 

 

 

 

 

  Xocavənd  Rayon  İcra  Hakimiyyəti

                                                                                       başçısının 16 iyun 2017-ci il tarixli

                                                                            43 nömrəli  Sərəncamı ilə

                                                              təsdiq edilmişdir 

 

 

Rayon (şəhər)  məhkəmələrinin  baxdığı  inzibati  xətalar  haqqında  işlər  üzrə  protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin 

 

Siyahısı

 

 

1.    Azər Süleymanov -  Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və

                                                    proqnozlaşdırılması şöbəsinin müdiri

2.    Əfsanə Quliyeva-     Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər

                                                                                          şöbəsinin  müdiri

3.    Təyyar Əliyev-           Hüquq  şöbəsinin müdiri

 

 

Keçidlər