Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və memarlıqda yeni baxış” mövzusunda toplantı keçirilib

27 oktyabr 2026 | 16:12
“Şəhərsalma və memarlıqda yeni baxış” mövzusunda toplantı keçirilib.
27 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və memarlıqda yeni baxış” mövzusunda toplantı keçirilib. Tədbirin əsas məqsədi şəhərsalma və memarlıq sahəsində müasir yanaşmaların, innovativ həllərin, şəhər mühitinin inkişafının və memarlıq irsinin qorunmasının əhəmiyyətinin müzakirəsi olub.Toplantıda İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov və Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, eləcə də digər iştirakçılar çıxış ediblər. Çıxışlar zamanı şəhərsalma və memarlıq sahəsində yeni yanaşmaların formalaşdırılması, müasir şəhər mühitinin tələbləri və bu istiqamətdə qarşıda duran vəzifələr barədə fikirlər səsləndirilib. Şəhərlərin planlaşdırılmasında müasir yanaşmaların tətbiqi, memarlıq həllərinin şəhər mühitinə təsiri, eləcə də dayanıqlı və funksional məkanların yaradılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Digər çıxış edən iştirakçılar da mövzu ilə bağlı fikir və təkliflərini bölüşərək şəhərsalma və memarlıq sahəsində müasir yanaşmaların tətbiqi, şəhər mühitinin daha da təkmilləşdirilməsi və gələcək inkişaf perspektivləri barədə müzakirələrə qoşulublar. Müzakirələr çərçivəsində şəhərsalma və memarlıq sahəsində innovativ ideyaların təşviqi, mövcud imkanların dəyərləndirilməsi və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Toplantı iştirakçıların fəal müzakirələri və qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.
Keçidlər