Xocavənd rayon Mədəniyyət evində "Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması" mövzusunda tədbir keçirilmişdir.
26 noyabr 2024-cü il tarixdə Xocavənd rayon Mədəniyyət evində "Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması" mövzusunda tədbir keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Həsənov tədbirdə çıxış edərək bildirmişdir ki, erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri –müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bu gün qurulan ailələrə etibar edirik. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.
Sonda tədbir iştirakçıları ilə erkən nikahın və qohumlar arasında nikahın səbəbləri təhlil olunmuşdur.