Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

 

     Hörmətli xocavəndlilər!

Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindəki elektron xidmətlər bölməsindəki (/page/29.html) xidmətlər üçün müraciətiniz olarsa, İcra Hakimiyyətinə gəlmədən tələb olunan sənədləri mail@xocavend-ih.gov.az mailina elektron formada göndərə bilərsiniz.

 

Xocavənd Rayon İcra Hakimiyyətində Məişət zorakılığından zərərçəkmiş şəxslər üçün Qaynar xətt yaradılmışdır.

  ELAN

       “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Xocavənd Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında” Xocavənd RİH başçısının 10 fevral 2016-cı il tarixli 14 saylı Sərəncamı ilə Xocavənd Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.
       İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
        Bununla əlaqədar olaraq 24 sentyabr 2020-ci il tarixdən etibarən 20 iş günü müddətində Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 21 oktyabr 2020-ci il tarixində başa çatacaqdır.
         Seçkidə iştirak etmək istəyən şəxslər Xocavənd Rayon İcra Hakimiyyətinə müraciət edə bilər.

 

     10 oktyabr  2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi   Ağcabədi şəhər 556 ailəlik hündürmərtəbəli  yaşayış massivində  vətəndaşları qəbul edəcək.

         10 oktyabr  2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi  Ağcabədi şəhər 556 ailəlik hündürmərtəbəli  yaşayış massivindəvətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da başlayacaq

 

15 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da başlayacaq

 

Könüllü fəaliyyətinə sən də qoşul!
Xocavənd Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Azərbaycan Respublikasının Xocavənd Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. Xocavənd Rayon İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilər. Növbələrin bölgüsü aşağıdakı kimidir:
• 09:30-13:00 – Birinci növbə
• 15:00-18:00– İkinci növbə
Xocavənd Rayon İcra Hakimiyyətində könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Xocavənd Rayon İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 16-29 yaş arası gənclər müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Namizədlər üçün tələblər:
• İntizamlılıq;
• Xoşrəftarlılıq;
• Ünsiyyətcillik;
• Operativlik;
• Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompüter bacarığı;
Müraciət üçün:
Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (tərcumeyi-hal) mail@xocavend-ih.gov.az e-poçtuna göndərə bilər və ya Rayon İcra Hakimiyyətinə öz sənədlərini təqdim edə bilər. Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.

 

Elan
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralı 27-də Füzuli rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Füzuli, Ağcabədi, Beyləqan, Tərtər, Bərdə, Ağdam, Laçın, Xocavənd sakinlərinin iştirakı nəzərdə tutulmuşdur. Qəbulda iştirak etmək istəyən Xocavənd sakinlərindən 26 fevraladək Rayon İcra Hakimiyyətinə müraciət etmələri xahiş olunur

Qəbul saat 10.30-da Füzuli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Keçidlər