Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd şəhidləri

       Kiçik çavuş Əhmədov Yusif Ələsgər oğlu –22 dekabr 1989-cu ildə Xocavənd rayonu Günəşli kəndində anadan olmuşdur. 1997-ci ildə Azər Quliyev adına tam orta məktəbdə birinci sinifə getmiş, 2008-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il hərbi xidmətə yollanmış, 2010-cu ildə xidmətini başa vuraraq ehtiyata buraxılmışdır. 2017-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıtmış, N nömrəli  hərbi hissədə - həmlə taborunda  baş atıcı kimi xidmətə başlamışdır. 26.01.2018 – 17.09.2018- ci ildən N saylı hərbi hissədə motoatıcı manqanın komandiri, 17.09.2018- 14.12.2019-cu ildə həmin hərbi hissədə kəşfiyyat manqasının kəşfiyyatçısı, 14.12.2019 – cu ildən isə N saylı hərbi hissənin kəşfiyyat manqasının kəşfiyyatçısı olmuşdur.

      44 Günlük Vətən müharibəsində həmin hərbi hissənin tərkibində uğurlu döyüş yolu keçmiş,Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi igidlik nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq  Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

      - Kiçik çavuş Əhmədov Yusif Ələsgər oğlu 19 sentyabr 2023 –cü il tarixdə Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərilə bağlı keçirilən əməliyyatlar zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.

      Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Kiçik çavuş Əhmədov Yusif Ələsgər oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni ilə təltiv olunmuşdur.

      Şəhidin 4 övladı bizə əmanətdir.

 

 

    Əsgər Tağıyev Elzamin Eyvaz oğlu - 11.08.1992-ci ildə Xocavənd rayon Qaradağlı kəndində doğulmuşdur. 1999-cu ildə Beyləqan rayon Şəfəq qəsəbəsində təhsil həyatına başlamışdır. 2010-cı ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbindən məzun olmuşdur. Həmin il hərbi xidmətə yollanmış, 2012-ci ildə N saylı hərbi hissədən tərxis olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Qiyabi təhsil aldığı müddətdə rayonun ictimai-siyasi mühitində aktiv iştirak etmiş, 2015-ci ildən Xocavənd rayon Mərkəzi Kitabxana sistemində şöbə müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda bir çox idman yarışlarının iştirakçısı olmuşdur. Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai şurasının üzvü idi.

   8 sentyabr 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmışdır. Tağıyev Elzamin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılmış, 11 oktyabrda şiddətli döyüşlər zamanı yaralanmış, 27 oktyabr tarixinə kimi hərbi hospitalda müalicə almışdır.
   27 oktyabrdan yenidən ordu sıralarına qatılan Elzamin Qubadlı istiqamətində gedən döyüşlərə qatılmışdır. 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
   Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”. “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Subay idi.

 

 

 

 

     Kiçik çavuş Quliyev Şirxan İsmixan oğlu - 2 sentyabır 1995-ci il tarixdə Xocavənd rayonunu Muğanlı kəndindən anadan olmuşdur.

2002- ci ildə Xocavənd rayon Muğanlı 2 saylı orta məktəbin birinci sinfinə getmiş, orta təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbində başa vurduqdan sonra Şirxan 2013-cü ildə hərbi xidmətəgetmiş. 2015-ci ildə hərbi xidməti başa vurmuş, elə həmin il müddətdən artıq hərbi qulluqçu kimi N saylı hərbi hissədə  xidmətə başlamışdır. 2016-cı ilin aprel döyüşlərində özünü qorxmaz döyüşçü kimi təsdiq edən Şirxan sonrakı xidmət dövründə hərbçilər arasında atıcılıq üzrə keçirilən yarışların dəfələrlə qalibi olmuşdur.. 44 günlük Vətən müharibəsində ilk gündən ən qaynar yerlərdə şücaətlə döyüşən Şirxan 6 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz subay idi.
    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Quliyev Şirxan İsmixan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, ”İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları  ilə təltif olunmuşdur.

 

 

 

 

 

   Kiçik gizir Abdullayev Tural Bəylər oğlu- 1993-cü il fevral ayının doqquzunda Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur.Xocavənd Rayon Salakətin kənd tam orta məktəbində orta təhsilini başa vuran Tural 2012-2014-cü illərdə Sərhəd Qoşunlarında hərbi xidmətdə olmuşdur. 22 aprel 2014-cü il tarixdən N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. Xidmət müddətində intizamı və nümunəvi davranışı ilə seçilmişdir. Azərbaycan Ordusunun kiçik giziri Tural Abdullayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində  Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə aktiv iştirak etmişdir. Oktyabrın 24-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi iki övladı yadigar qalmışdır.

   Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Abdullayev Tural Bəylər oğluölümündən sonra “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü", “Vətən Uğrunda”  medalları və "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

     

 

 

 

 

 

 

   Çavuş Namazov Xəyal Xudaverdi oğlu- 23.05.1986-cı ildə Füzuli rayonunda doğulmuşdur. Təhsil həyatına İsmayıllı rayon Aşıqbayramlı kənd orta məktəbində başlamışdır. Səkkizinci sinfə kimi  Tuğ  tam orta məktəbində təhsil almış,  on birinci sinfi Xocavənd rayon 4-saylı tam orta məktəbində bitirmişdir. 2005-ci ildə  Beynəlxalq univerisitetin “Neft-qaz fakültəsinə qəbul olmuşdur. 2006-cı ilin iyulunda ali təhsilini dayandıraraq Dövlət Sərhəd Ximdətində hərbi xidmətə başlamışdır. Hərbi xidmətini Xudat sərhəd dəstəsinin sərhəd məntəqəsində 2008-ci ilin yanvar ayında tamamlamışdır. 2011-ci ildə ali təhsilini başa vurmuşdur. Bir müddət fərdi əməklə məşğul olmuşdur. 2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, AQS21 silahı üzrə manqa komandiri vəzifəsini icra etmişdir. 2016-ci il Aprel döyüşlərinin iştirakçısıdır. Bu döyüşlərdə aktiv iştirak etdiyi üçün bir çox fəxri fərmanlarla mükafatlandırılmış, rütbəsi artırılmışdır.

   Namazov Xəyal 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılmış, Qaraxanbəyli, Seyidəhmədli kəndlərinin azad olunmasında qəhramanlıq göstərmişdir. 03.10.2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.

   

 

 

 

 

   Çavuş Mirzəyev Elmin Əvəz oğlu - 20 fevral 1995-ci ildə Xocavənd rayonu Əmirallar  kəndində anadan olmuş, orta təhsilini Salakətin kənd tam orta məktəbində başa vurmuşdur. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildən 181 saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Elmin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində  aktiv iştirak etmiş,son döyüşü 2 oktyabr 2020-ci il tarixdə olmuşdur. O, Füzuli istiqamətində gedən ağır döyüşdə  qəhrəmancasına Şəhid olmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ailəli idi iki övladı yadigar qalmışdır.

 

 

 

 

 

 

 

   Kiçik çavuş Fərəcov Zülfüqar Museyib oğlu  - 27 Aprel 1977-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 1983-1992-ci illərdə orta təhsil almış,1995-1998-ci illərdə isə həqiqi hərbi xidmətdə olmuşdur. Bir müddət “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətində sonralar isə  Xocavənd rayon suvarma sistemləri idarəsində işləmişdir. 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, 2016-ci ilin Aprel döyüşlərində aktiv iştirak etmişdir. O, "İstiqlal" sanyper silahından  ustalıqla istifadə etməyi bacarırdı. Fərəcov Zülfüqar N saylı hərbi hissənin, həmlə taborunun tərkibində Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda canlı qüvvəsini  məhv etmiş, post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 28 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.

   Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunması” “Vətən Uğrunda” və “Cəsur döyüşçü” medalları  ilə təltif olunmuşdur. Şəhidin bir oğul yadigarı bizlərə əmanətdir.

 

 

 

 

 

 

     Kiçik çavuş Balakişiyev Qara Əmirxan oğlu- 11iyul 1994-cü il tarixdə Xocavənd rayon  Əmirallar kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Xocavənd rayon 4 saylı orta məktəbdə təhsil almış, 2012-ci ildə isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra elə həmin il müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına geri dönür. 2016-cı ildə Azərbaycan ordusunun parlaq qələbəsi ilə bitən, tarixə “Aprel döyüşləri” adı ilə yazılan döyüşlərdə aktiv iştirak edir.Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 27 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.Ailəli idi iki övladı yadigar qalmışdır

    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra     “Füzulinin azad olunmasına görə”  İgidliyə görə” və “Vətən Uğrunda” medalları  ilə təltiv olunmuşdur.    Şəhidin məzarı Xocavənd qəsəbəsində “Şəhidlər” məzarlığındadır.

 

 

 

 

 

 

    Əsgər Huseynov Sahil Habil oglu -Xocavənd rayonunun Muğanlı kənd sakini olan Sahil 12 iyun 2001-ci ildə dünyaya göz açmışdır. Ağcabədi rayonunun Xocavənd kəndində yerləşən 1 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildə orta məktəbi bitirən Sahil elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmışdır. 27 senytabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun əsgəri kimi döyüşlərə atılmış, düşmənin dayaq nöqtələrinin  məhv edilməsində fəal iştirak etmişdir.Sahil Hüseynov 09 noyabr 2020-ci il tarixdə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən ağır döyüşlərdə şəhid olmuşdur. 11 noyabr 2020-ci il tarixdə məskunlaşdığı ərazidə- Ağcabədi rayonu Xocavənd kəndində  dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.
    

 

 

 

 

 

Keçidlər