Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunmuşdur.

28 dekabr 2021 | 16:00

   28 dekabr 2021-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Bəhruz Məmməd oğlu Məmmədova və Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ataman Əfqar oğlu Əzizova  “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunmuşdur.
   Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Bəhruz Məmməd oğlu Məmmədovu və Ataman Əfqar oğlu Əzizovu təltif olunması münasibəti ilə təbrik etmiş və medallarını təqdim etmişdir.

 

Keçidlər