Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri bayram münasibətilə ziyarət edilib.

30 dekabr 2022 | 16:54
Şəhid ailələri bayram münasibətilə ziyarət edilib.
Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri və müharibə veteranları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələniblər. Şəhidlərimizin və qazilərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, gündəlik qayğılarının həlli ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilər daim diqqət mərkəzində saxlanılır. Onlar mütəmadi şəkildə ziyarət olunur, görüşlər təşkil edilir, onlarla birlikdə vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər keçirilir.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Xocavənd Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları şəhid ailələrini ziyarət edib, ailə üzvləri və yaxınları ilə görüşüb, onların problem və qayğıları ilə yaxından maraqlanıblar. Görüş zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)Yeni il sovqatları da şəhid ailələri və qazilərə çatdırılıb.
Keçidlər