Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abdullayev Turalın xatirəsi yad edilib.

29 oktyabr 2022 | 15:13
  Şəhid Abdullayev Turalın xatirəsi yad edilib.
 29 oktyabr 2022-ci il tarixdə Xocavənd qəsəbəsində "Şəhidlər" Memorial Abidə Kompleksində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Natiq qeyd etmişdir ki, Vətən müharibəsində Xocavənd rayon sakinləri də fəal iştirak etmiş, 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışlar. E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Abdullayev Tural Bəylər oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətradflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. Tədbirdə çıxış edən şəhidin anası Adilə xanım övladının qəhrəmanlığı ilə fəxr etdiyini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Bəxtiyar Hümbətov, Şəhid anası Maya xanım, Şəhidin döyüş yoldaşları çıxış edərək 44 günlük Zəfər tariximizdən geniş söhbət açmış , Şəhidlərimizin canı, qanı hesabına qazandığımız qələbənin Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi dəyərləndirmişlər. Çşxış edənlər Tural Abdullayevin məktəb və hərbidə xidmət etdiyi illərdən söz açaraq onun mehiriban, güləriz, ailəcanlı və sədaqətli gənc olduğunu bildirmişlər. Natiqlər Şəhidlərin keçdikləri şərəfli ömür yolunun daim təbliğ olunmasını və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulamışlar.
  Sonda Salakətin kənd tam orta məktəbinin sagirdləri şeirlər səsləndirmişlər.
Keçidlər