Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Balakişiyev Qaranın doğum günü münasibətilə tədbir keçirilib.

08 iyul 2023 | 10:14
   Şəhid Balakişiyev Qaranın doğum günü münasibətilə tədbir keçirilib.
  Vətən müharibəsində düşmənə qarşı son damla qanına qədər vuruşaraq şəhid olan Qara Balakişiyevin doğum günü məzarı yanında qeyd edilib. Şəhidin ailəsi ilə bərabər,Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti, ziyalılar onun xatirəsini ehtiramla anıblar.
  Qara yaşasaydı, 29 yaşını ailəsi və iki övladı ilə birgə qeyd edəcəkdi. İndi isə onun cənnətdəki doğum günü məzarı üzərində qeyd olunur. Anım tədbirində şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbədən söhbət açıblar. Bildirilib ki, Qara və digər qəhrəmanlarımız öz canlarını fəda edərək torpaqlarımızı yağı düşməndən azad etdi və 30 illik həsrətə son qoyuldu.
Keçidlər