Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid uşaqları bayramlarını atalarının məzarlarını ziyarətlə qeyd etdilər.

01 iyun 2022 | 16:44
   Şəhid uşaqları bayramlarını atalarının məzarlarını ziyarətlə qeyd etdilər.
   01 iyun 2022-ci il tarixdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 44 günlük Vətən müharibəsi şəhidlərinin övladları bağça yoldaşları ilə birlikdə Xocavənd qəsəbəsindəki "Şəhidlər" Memorial Abidə Kompleksini ziyarət etmiş, Şəhidlərin məzarı üstünə gül dəstələri qoymuşlar. Bu əlamətdar gündə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov uşaqları tək qoymamış , onlarla birlikdə Şəhidlərin xatirəsini yad etmişdir. Başçı əlamətdar gün münasibətilə uşaqları təbrik edib, şəhidlərimizin əmanətlərinə hər zaman yanlarında olduğumuzu bildirib. Eyvaz Hüseynov deyib ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa çatdırdı. Bu Zəfərin qazanılmasında Vətənimizin igid oğulları şəhid oldu. Bu gün biz ərazi bütövlüyümüzün bərpasına görə şəhidlərimizə borcluyuq”
  Ziyarət zamanı Şəhid uşaqları atalarına həsr olunmuş şeirlər söyləmişlər. Sonda xatirə şəkilləri çəkilib.
Keçidlər