Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin xatirəsi yad edilib.

30 sentyabr 2022 | 10:38
     30 sentyabr 2022-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Məzahir Göyüşov və Ceyhun Nüsrətlinin ölümünün ildönümü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin rəisi Gündüz Əbdülov, QHT-lər, İctimai Şuranın üzvləri, Şəhid ailələri, qazilər, şəhidlərimizin döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak etmişdir.
  Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Eyvaz Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Göyüşov Məzahir Niyaz oğlunun və Nüsrətli Ceyhunn Aqil oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. Başçı Məzahir, Aqil kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır.
   Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Bəxtiyar Hümbətov, Füzuli Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qabil Əliyev, Şəhidin döyüş yoldaşları, müəllimlər çıxış edərək 44 günlük Zəfər tariximizdən geniş söhbət açmış , Şəhidlərimizin canı, qanı hesabına qazandığımız qələbənin Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi dəyərləndirmişlər.
   Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda Tuğ kənd və Füzuli rayon 55 nömrəli tam orta məktəbinin sagirdləri şeirlər səsləndirmişlər.
Keçidlər