Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidlərinin ailə üzvlərinin işğaldan azad olunmuş ərazilərə ziyarətləri təşkil olunmuşdur.

20 may 2023 | 10:20
   Vətən müharibəsi Şəhidlərinin ailə üzvlərinin işğaldan azad olunmuş ərazilərə ziyarətləri təşkil olunmuşdur.
   20 may 2023- cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocavənd rayonundan olan Vətən müharibəsi Şəhidlərinin ailə üzvlərinin işğaldan azad olunmuş ərazilərə ziyarətləri təşkil olunmuşdur. Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qəhrəman Şəhidlərimizin ailə üzvləri müzəffər ordumuzun əsgər və zabit heyəti tərəfindən böyük təntənə ilə qarşılandılar. Hərbi hissədə təşkil olunan görüşdə əziz şəhidlərimizin döyüş yoldaşları, dostları, və komandirləri öz xatirələrini bölüşdülər elə igid oğullar yetirdikləri üçün Şəhidlərimizin ailə üzvülərinə dərin təşəkkür və ehtiramlarını bildirdilər.
   Daha sonra ziyarət müqəddəs Şəhidlərimizin qanı- canı bahasına azad olunmuş rayonun Hadrut qəsəbəsi, Tuğ kəndi, möhtəşəm Ərgünəş dağı və digər ərazilərdə davam etdirildi.
  Şəhid ailələri tərəfindən bu müqqəddəs torpaqlardan dərilən çiçəklər müqəddəs Şəhidlər xiyabanına gətirilərək qəhrəman Vətən övladlarının məzarları üzərinə düzüldü.
   Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Keçidlər