Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənddə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı və atəşfəşanlıq təşkil edilmişdir.

10 may 2023 | 17:11
    Xocavənddə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı və atəşfəşanlıq təşkil edilmişdir.
   10 may 2023-cü il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocavənd qəsəbəsi, Bayraq meydanında mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı və atəşfəşanlıq təşkil edilmişdir. Konsert proqramında “Muğam aləmi” (“Space of Mugam”) 6-cı Beynəlxalq Musiqi Festivalının qalibi Daşqın Kürçaylı , 2011-ci il Muğam müsabiqəsinin diplomantı Günay İmamverdiyeva , “Muğam aləmi” (“Space of Mugam”) 5-ci Beynəlxalq Musiqi Festivalının qalibi Nurlan Cəbizadə, Respublika və Beynəlxalq musabiqələr laureatı Şəhriyar Musayev, Fuad Göyüşov və "Tuğ" ansanblının ifasında bəstəkar və xalq mahnıları ifa olunmuşdur.
Keçidlər