Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd şəhidləri

     Tağıyev Elzamin Eyvaz oğlu - 11.08.1992-ci ildə Xocavənd rayon Qaradağlı kəndində doğulmuşdur. 1999-cu ildə Beyləqan rayon Şəfəq qəsəbəsində təhsil həyatına başlamışdır. 2010-cı ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbindən məzun olmuşdur. Həmin il hərbi xidmətə yollanmış, 2012-ci ildə N saylı hərbi hissədən tərxis olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Qiyabi təhsil aldığı müddətdə rayonun ictimai-siyasi mühitində aktiv iştirak etmiş, 2015-ci ildən Xocavənd rayon Mərkəzi Kitabxana sistemində şöbə müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda bir çox idman yarışlarının iştirakçısı olmuşdur. Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai şurasının üzvü idi.

   8 sentyabr 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmışdır. Tağıyev Elzamin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılmış, 11 oktyabrda şiddətli döyüşlər zamanı yaralanmış, 27 oktyabr tarixinə kimi hərbi hospitalda müalicə almışdır.
   27 oktyabrdan yenidən ordu sıralarına qatılan Elzamin Qubadlı istiqamətində gedən döyüşlərə qatılmışdır. 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
   Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”. “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Subay idi.

 

 

 

 

       Şəhid Quliyev Şirxan İsmixan oğlu - 2 sentyabır 1995-ci il tarixdə Xocavənd rayonunu Muğanlı kəndindən anadan olmuşdur.

2002- ci ildə Xocavənd rayon Muğanlı 2 saylı orta məktəbin birinci sinfinə getmiş, orta təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbində başa vurduqdan sonra Şirxan 2013-cü ildə hərbi xidmətəgetmiş. 2015-ci ildə hərbi xidməti başa vurmuş, elə həmin il müddətdən artıq hərbi qulluqçu kimi N saylı hərbi hissədə  xidmətə başlamışdır. 2016-cı ilin aprel döyüşlərində özünü qorxmaz döyüşçü kimi təsdiq edən Şirxan sonrakı xidmət dövründə hərbçilər arasında atıcılıq üzrə keçirilən yarışların dəfələrlə qalibi olmuşdur.. 44 günlük Vətən müharibəsində ilk gündən ən qaynar yerlərdə şücaətlə döyüşən Şirxan 6 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz subay idi.
    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Quliyev Şirxan İsmixan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, ”İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları  ilə təltif olunmuşdur.

 

 

 

 

 

 

      Şəhid Abdullayev Tural Bəylər oğlu- 1993-cü il fevral ayının ikisində Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur.Xocavənd Rayon Salakətin kənd tam orta məktəbində orta təhsilini başa vuran Tural 2012-2014-cü illərdə Sərhəd Qoşunlarında hərbi xidmətdə olmuşdur. 22 aprel 2014-cü il tarixdən N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. Xidmət müddətində intizamı və nümunəvi davranışı ilə seçilmişdir. Azərbaycan Ordusunun kiçik giziri Tural Abdullayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində  Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə aktiv iştirak etmişdir. Oktyabrın 24-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi iki övladı yadigar qalmışdır.

   Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Abdullayev Tural Bəylər oğluölümündən sonra “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən Uğrunda” medalları  ilə təltif olunmuşdur.

     

 

 

 

 

 

 

     Şəhid Namazov Xəyal Xudaverdi oğlu- 23.05.1986-cı ildə Füzuli rayonunda doğulmuşdur. Təhsil həyatına İsmayıllı rayon Aşıqbayramlı kənd orta məktəbində başlamışdır. Səkkizinci sinfə kimi  Tuğ  tam orta məktəbində təhsil almış,  on birinci sinfi Xocavənd rayon 4-saylı tam orta məktəbində bitirmişdir. 2005-ci ildə  Beynəlxalq univerisitetin “Neft-qaz fakültəsinə qəbul olmuşdur. 2006-cı ilin iyulunda ali təhsilini dayandıraraq Dövlət Sərhəd Ximdətində hərbi xidmətə başlamışdır. Hərbi xidmətini Xudat sərhəd dəstəsinin sərhəd məntəqəsində 2008-ci ilin yanvar ayında tamamlamışdır. 2011-ci ildə ali təhsilini başa vurmuşdur. Bir müddət fərdi əməklə məşğul olmuşdur. 2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, AQS21 silahı üzrə manqa komandiri vəzifəsini icra etmişdir. 2016-ci il Aprel döyüşlərinin iştirakçısıdır. Bu döyüşlərdə aktiv iştirak etdiyi üçün bir çox fəxri fərmanlarla mükafatlandırılmış, rütbəsi artırılmışdır.

   Namazov Xəyal 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılmış, Qaraxanbəyli, Seyidəhmədli kəndlərinin azad olunmasında qəhramanlıq göstərmişdir. 03.10.2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.

   

 

 

 

 

     Şəhid Mirzəyev Elmin Əvəz oğlu - 20 fevral 1995-ci ildə Xocavənd rayonu Əmirallar  kəndində anadan olmuş, orta təhsilini Salakətin kənd tam orta məktəbində başa vurmuşdur. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildən 181 saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Elmin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində  aktiv iştirak etmiş,son döyüşü 2 oktyabr 2020-ci il tarixdə olmuşdur. O, Füzuli istiqamətində gedən ağır döyüşdə  qəhrəmancasına Şəhid olmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" “Cəbrayılın azad olunmasına görə” “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ailəli idi iki övladı yadigar qalmışdır

 

 

 

 

 

 

 

     Şəhid Fərəcov Zülfüqar Museyib oğlu  - 27 Aprel 1977-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 1983-1992-ci illərdə orta təhsil almış,1995-1998-ci illərdə isə həqiqi hərbi xidmətdə olmuşdur. Bir müddət “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətində sonralar isə  Xocavənd rayon suvarma sistemləri idarəsində işləmişdir. 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, 2016-ci ilin Aprel döyüşlərində aktiv iştirak etmişdir. O, "İstiqlal" sanyper silahından  ustalıqla istifadə etməyi bacarırdı. Fərəcov Zülfüqar N saylı hərbi hissənin, həmlə taborunun tərkibində Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda canlı qüvvəsini  məhv etmiş, post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 28 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.

   Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunması” “Vətən Uğrunda” və “Cəsur döyüşçü” medalları  ilə təltif olunmuşdur. Şəhidin bir oğul yadigarı bizlərə əmanətdir.

 

 

 

 

 

 

       Şəhid Balakişiyev Qara Əmirxan oğlu- 11iyul 1994-cü il tarixdə Xocavənd rayon  Əmirallar kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Xocavənd rayon 4 saylı orta məktəbdə təhsil almış, 2012-ci ildə isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra elə həmin il müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına geri dönür. 2016-cı ildə Azərbaycan ordusunun parlaq qələbəsi ilə bitən, tarixə “Aprel döyüşləri” adı ilə yazılan döyüşlərdə aktiv iştirak edir.Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 27 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.Ailəli idi iki övladı yadigar qalmışdır

    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra     “Füzulinin azad olunmasına görə”  İgidliyə görə” və “Vətən Uğrunda” medalları  ilə təltiv olunmuşdur.    Şəhidin məzarı Xocavənd qəsəbəsində “Şəhidlər” məzarlığındadır.

 

 

 

 

 

 

     Şəhid Huseynov Sahil Habil oglu -Xocavənd rayonunun Muğanlı kənd sakini olan Sahil 12 iyun 2001-ci ildə dünyaya göz açmışdır. Ağcabədi rayonunun Xocavənd kəndində yerləşən 1 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildə orta məktəbi bitirən Sahil elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmışdır. 27 senytabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun əsgəri kimi döyüşlərə atılmış, düşmənin dayaq nöqtələrinin  məhv edilməsində fəal iştirak etmişdir.Sahil Hüseynov 09 noyabr 2020-ci il tarixdə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən ağır döyüşlərdə şəhid olmuşdur. 11 noyabr 2020-ci il tarixdə məskunlaşdığı ərazidə- Ağcabədi rayonu Xocavənd kəndində  dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.
    

 

 

 

 

 

 

 

   Şəhid - Sənan Qeyrət oğlu Quliyev 1991-ci ilin may ayının 3-də Xocavənd rayonun Qaradağlı kəndində anadan olmuşdur. 1998-ci ildə birinci sinfə daxil olmuşdur. 2008-ci ildə Xocavənd rayon 4 saylı tam orta məktəbi bitirmişdir. 2008-2009-cu illər ərzində Beyləqan rayonunda yerləşən zalların birində karate idman növü ilə məşğul olmuşdur. 2009-2011-ci illər ərzində Qusar rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Əsgərlik xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi Ağdam rayonunun N saylı hərbi hissəsində hərbi qulluqçu kimi  qulluq etməyə başlamışdır 2014-cü il avqust ayının 1-də gecə düşmən təxribatının qarşısının alarkən şəhidlik zirvəsinə ucalmışdır.Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif  edilmişdir.

 

 

 

 

 

 

 

 

Quliyev İdris İsmayıl  oğlu 1915-ci ildə Xocavənd  rayonunun  Axullu kəndində kolxozçu ailəsində anadan olmuşdur.Ərgünəş dağının yaşıl meşələrinin havasından, buz bulaqların suyundan içərək, kəndin gözəlliklərini duya-duya gələcəyin şəhid müəllimi yetişirdi. Kəndin cox gözəl baş bilən, yolgöstərən, əsl məsləhət , sirdaş yeri olan ağsaqqalları, ağbirçəkləri olubdur. Onlardan biri də şəhid İdris Quliyevdir. İdris müəllim ixtisasca azərbaycan dili və ədəbiyyatı müəllimi idi. O, ali təhsil aldıqdan sonra Edilli kənd tam orta məktəbində gənc nəslin təlim-tərbiyəsində fəal iştirak etmiş, onların gələcəkdə bir şəxsiyyət kimi yetişməsində əzmlə çalışırdı. Həqiqətdir, faktdır ki, həmin məktəbi bitirən yüzlərlə şagird hazırda respublikamızda nüfuz qazanıblar, tanınıblar. Onların hər birinin təhsilində, uğurlarında İdris müəllimin əməyi az olmayıb. Birinci növbədə o, şagirdləri oxumağa, geniş məlumat toplamağa, idmanı sevməyə, sağlamlıqlarının qorumağa çalışırdı. Dərs dediyi, təlim tərbiyələri ilə məşğul olduğu şagirdləri arzu muradlarına yetişəndə, inanın sanki, o quş olub uçmaq istəyirdi.İdris müəllim insani keyfiyyətlərə malik olan bir müəllim bir ziyali idi. İnsanın həyatında, tərbiyyəsində kamil insana çevirilməsində təkcə valideyn  deyil , həm də müəllimdə  rol oynayır.
          1988-ci ildə məlum hadisələr başlayanda İdris müəllim ömrünün ahıl çağlarını yaşayırdı. Həmin dövürdə respublikada gərgin ictimai –siyasi proseslər cərəyan edirdi. Bir sıra qüvvələr Azərbaycanın taleyi ilə bağlı olaraq müxtəlif istiqamətlərdə işlər aparır, öz məqsədlərinə çatmaq üçün xüsusən gənclərdən istifadə etmək istəyirdilər.Bu çətin vəziyyətdə İdris müəllim millətə, dövlətə sadiq qalmağımızı və milli  ləyaqətimizi itirməməyə çağırıdı.Yaşlı olmasına baxmayaraq kəndə qurulan postlara bir-bir baş çəkir, gənclərə, döyüşçülərə öz tövsüyələrini verirdi.Bu keyfiyyəti İdris müəllimin xidmətində, pedoqoji fəaliyyətində ,insani dəyərlərində görüb,çox şahidi olmuşuq.O, ermənilərin törətdiyi qarşıdurma zamanı şəhid olanların dərdini , kədərini ürəyində çəkirdi. O, 12 yanvar  1990-cı ildə Qarabağ hadisələri zamanı   Füzuli şəhərində  şəhid olmuşdur.

 

 

 

 

 

HÜSEYNOV MƏHİYƏDDİN QİYAS oğlu


1975-ci ildə Hadrut rayonunun Quşçular kəndində anadan olub. İlk təhsilini həmin kəndin məktəbində alır. Daha sonra orta məktəbi bitirdikdən sonra  Hadrut rayon hərbi komissarlıqdan hərbi xidmətə çağırılır. Ordu sıralarına qoşulan Məhiyəddinin hərbi  xidməti Qarabağ müharibəsinin qızğın vaxtına təsadüf edir. Cəbrayıl rayonunda hərbi xidmət vaxtı mənfur düşmənlə döyüşdə çox ağır yaralanır. Bildiyimiz kimi  Cəbrayıl rayonu İran İslam Respublikası ilə həmsərhəd olan rayonlarımızdan biridir.   Döyüşün çətin vaxtları   döyüşdə ağır yaralanan   Hüseynov Məhiyəddini İrana aparırlar. Burada az bir müddətdən sonra  ağır yaraların verdiyi fəsadlar nəticəsində dünyasını dəyişir.
Məhiyəddin hələ subay idi.

 

 

 

 

 

 

 

 

YUSUBOV AMİL ƏVƏZ oğlu

19 sentyabr 1969-cu ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1976-cı ildə Bakı şəhəri Nərimanov rayo¬nu 36 saylı orta məktəbinin birinci sinfinə getmiş Amil 1977-ci ildə ailəsinin Tuğ kəndinə köçməsi ilə əlaqədar olaraq orta təhsilini burada başa vurmuşdur. 1987-ci ildə həqiqi hərbi xidmətə çağrılmış, 1989-cu ildə SSRİ Silahlı Qüvvələrindən tərxis olunmuşdur. Elə həmin ildə Füzuli rayon sürücülük məktəbinə daxil olaraq "Sürücü” peşəsinə yiyələnmiş və əmək fəaliyyətinə başlamışdır.
Həmin dövrdə respublika rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətində günü-gündən kəskinləşən müna¬qişələri tənzimləmək əvəzinə burada tikinti-quraşdırma və abadlaşdırma işlərin daha çox diqqət yetirirdi. Füzuli-Tuğ avtomobil yolu asvalt örtüklə örtülür,Tuğ kəndinə qaz kəməri çəkilirdi. Kənddə yaşayış evlərinin tikintisi və sənaye obyektlərinin inşaası ilə əlaqədar sürətli inşaat işləri gedirdi. Hansı ki, həmin vaxt rəhbərlik daha çox kəndin strateji müdafiə məsələləri ilə məşğul olmalı idi. Amil həmin tikintilərdə çalışırdı, eyni zamanda kəndinmüdafiəçiləri cərgəsindən əksilmirdı. U, torpağına, eı- obasına bağlı olan vətənpərvər bir insan kimi öz üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirirdi.
23 iyul 1991-ci il Amil yaxın qonşusu olan milis əməkdaşı Oqtayla birlikdə avtomobildə gedərkən erməni quldurları tərəfindən atəşə tutularaq qətlə yetirildi. Onu Tuğ kəndindəki qəbirstanlıqda dəfn etdilər.
Amil hələ subay idi. Müharibənin bitməsini gözləyirdi ki, ailə qursun. Ancaq düşmənlər onun bu arzusunu ürəyində qoydular

 

 

 

 

 

VƏLİYEV İSLAM ALLAHVERDİ oğlu
1964-cü ildə sentyabr ayının 19-da Xocavənd rayo¬nunun Böyük Tağlar kəndin¬də anadan olmuşdur. 1982-ci ildə Ağdam şəhər 1 saylı ax¬şam orta məktəbinin sək¬kizinci sinfini bitirib, Ağdam rayon 136 saylı Texniki Peşə Məktəbinə daxil olur. 1983-cü ildə həmin məktəbi başa vurub hərbi xidmətə yollanır. 1985-ci ildə xidmət borcunu ödəyərək vətəninə qayıdır və bir müddət kənd təsərrüfatı işləri ilə məşğul olur. Sonradan o, Füzuli rayonundakı sürücülük məktəbində "təlimçi usta" kimi fəaliyyətə başlayır. Lakin iş yerini yenə də dəyişməli olur. Məlum Dağlıq Qarabağ münaqişələri başlayandan sonra yaradılmış Tuğ Ərazi Partiya Komitəsi katibinin sürücüsü işləməyə başlayan İslam vəzifə borcunu layiqincə yerinə yetirirdi. O, həm də kənd özünümüdafiə dəstəsinin fəal üzvlərindən biri idi. Həmişə qaynar nöqtələrdə olan İslam Allah verdi oğlu Vəliyev növbəti erməni terrorunun qurbam oldu. O, 1 may 1991-ci ildə Haramıdan Tuğ kəndinə gələn zaman erməni quldurlarının yolun tən ortasında qurduqları minanın partlaması nəticəsində əmisi oğlu Ələmşadla birlikdə həlak oldu və Tuğ qəbirstanlığında torpağa tapşırıldı.
Şəhidin bir oğlan və bir qız övladı yadigar qalıb.
Allah rəhmət eləsin!

 

 

 

 

 

 

VƏLİYEV ƏLƏMŞAD ELDAR oğlu
26 oktyabr 1973-cü ildə Xocavənd rayonunun Tuğ kəndində dünyaya göz açmışdır. 1980-ci ildə Tuğkənd orta məktəbinin birinci sinfinə getmiş Ələmşad, məktəbdə oxuduğu müddətdə yaxşı davranışı, yüksək əxlaqi keyfiyyəti və əla oxumağı ilə məktəbin müəllim və şagird kollektivi arasında xüsusi hörmət qazanmıdır. Münaqişələr başlanan zaman Ələmşad səkkizinci sinifdə oxuyurdu. Yaşının az olmasına baxmayaraq Ələmşad böyüklərlə birlikdə kəndin keşiyində dayanırdı. Axşamlar o, postlara can atır (baxmayaraq ki, böyüklər uşaqlara bunu qadağan etmişdilər), kəndin müdafiəsində əlindən gələni etməyə çalışırdı. Erməni təxribatçıları azərbay¬canlıları daima təşviş içərisində saxlamaq, burada yaşayan sadə ermənilərlə azərbaycanlılar arasında nifaq yaratmaq üçün müxtəlif üsullara əl atırdılar. Yollara mina t basdırır, gecələr evlərə həmlələr edir və başqa pozuculuq işləri ilə məşğul olurdular.
1991-ci il may ayının 1-i idi. Haramıdan Tuğ kəndinə gələn avtomobil kəndə 3 km qalmış şosse yolunun işlək hissəsinə daşlann düzüldüyünü görüb dayanır. Ələmşad və İslam maşından düşərək daşlan təmizləməyə başlayırlar. Elə bu vaxt daşlann arasında gizlədilmiş mina qurğusu dəhşətli partlayış yaradır. Nəticədə Ələmşad Eldar oğlu Vəliyev, əmisi oğlu İslam Vəliyevlə birlikdə həlak olur. Onlar Tuğ kəndindəki qəbirstanhqda dəfn olunurlar.
Hələ subay olan Ələmşad arzularının çiçək açdığı bir vaxtda, ömrünün 18-ci baharında bu həyatla vidalaşdı.

 

 

 

 

 

TAHİROV CƏFƏR HEYDƏRQULU oğlu
1 iyul 1951-ci ildə Xoca¬vənd rayonunun Tuğ kəndin¬də dünyaya göz açmışdır. (Tuğ kəndi əvvəllər, 1991-ci ilə kimi mövcud olmuş və həmin tarixdən bir rayon kimi ləğv edilərək kəndləri ilə birlikdə yeni yaradılmış Xocavənd rayonunun tərkibinə daxil edilmiş Hadrut rayonunun kəndlərindən biri idi.) Onun nəsil-nəcabəti Tuğ kəndinə XX əsrin I rübündə cənubi Azərbaycandan köçmüşdülər.
Birinci sinfə Tuğ kənd orta məktəbində getmiş Cəfər atasını erkən itirdiyi üçün çətinliklərlə üzləşdiyindən təhsilini yarımçıq qoyur. 1965-ci ildə altıncı sinfi bitirərək məktəbi tərk edir. 1972-ci ildə SSRİ Silahlı Qüvvələri tərkibində hərbi xidmətə başlayır, 1974-cü ildə xidməti başa vuraraq doğulub böyüdüyü Tuğ kəndinə qayıdır və oktyabr adlı sovxoz maldarlıq fermasında sahə briqadiri işləməyə başlayır. İşlədiyi müddətdə dəfələrlə tərifnamə və mükafatlara layiq görülür. 1978-ci ildə Cəfər Kommunist Partiyası sıralarına daxil olur. O, qardaş və bacılarına atalıq qayğısı göstərərək onların çətinliksiz böyüməsi və təhsil alması üçün durmadan çalışmışdır.
Cəfər Tahirov 1993-cü il yanvarın 5-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilir. Onu Beyləqan rayonunun Talıbxanlı kəndində torpağa tapşırdılar.
Şəhidin dörd qız və bir oğlan övladı var.

 

 

 

 

 

SÜLEYMANOV TEYYUB FƏRRUX oğlu
20 sentyabr 1973-cü ildə Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur.
1981-ci ildə Tuğ kənd orta məktəbinin birinci sinfinə getmişdir. Teyyub oxuduğu illərdə məktəbin müəllim və şagird kollektivinin hörmətini qazanmışdır. Yersiz zarafatları xoşlamayan, ağıllı və qeyri adi gücə malik bir oğlan olan Teyyubun münaqişələr başlayandan eyni məktəbdə oxuduğu erməni uşaqlarına qarşı olan nifrəti dərinləşmişdi. Onları görəndə qanı coşurdu və qeyri- ixtiyari onlarla davaya girişirdi. Dalaşdığı ermənini əzişdirməyincə ondan əl çəkmirdi.
Tuğ kənd orta məktəbi iki bölməyə bölünürdü. Bu bölmələrin birində azərbaycanlılar, digərində isə ermənilər təhsil alırdı. Dağlıq Qarabağda münaqişələr kəskinlə¬şəndən sonra erməni və azərbaycanlı uşaqlar arasında dərin uçurum yaranmışdı. Elə bu səbəbdən bölmələr arasında arakəsmələr qoyulmuşdu. Lakin bu arakəsmələr yalnız dərslərin gedişi zamanı uşaqların bir-birini örməməsi üçün maneə ola bilərdi. Tənəffüs vaxtı yenə dəuşaqlar arasında ünsiyyət yaranırdı. 17 noyabr 1989-cu ildə məktəbdə böyük tənəffüs zamanı Teyyub bir neçə erməni ilə əlbəyaxa döyüşə girdi. O, ermənilərə dalbadal zərbələr endirməyə başladı. Bu vaxt onlardan biri Teyyubun arxa tərəfmə keçərək ona kürək nahiyyəsindən bıçaqla zərbə endirdi. Gücünü itirən Teyyub arxası üstə yıxılaraq gözlərini əbədi olaraq yumdu.
16 yaşı yenicə tamam olmuş məktəbli Teyyub Süleymanov doğulduğu Tuğ kəndində torpağa tapşırıldı.

 

 

 

 

 

NƏCƏFOV VAHİD HÜSƏN oğlu
1940-cı ildə Xocavənd rayonunun Talıbxanlı kəndin¬də (sonralar bu kənd ləğv edilir) anadan olmuşdur, kənd orta məktəbində təhsil bitirib Tuğ kəndində fəaliyyət göstərən sənaye mağazasmda müdir işləməyə başlamışdır.
Dağlıq Qarabağ ixtişaşları başlanan tarixdən Tuğ sakinlərinin rahatlığı pozulmuşdur. Erməni quldurlarının günü-gündən artan özbaşınalıqları, Respublika rəhbərliyinin Dağlıq Qarabağa olan ögey münasibəti və yaranmış vəziyyətə laqeyd yanaşmaları kənd sakinlərinin haqlı narazılıqlarına gətirib çıxarmışdı.Hamı kimi Vahid Nəcəfov da baş verən hadisələrdən narahatlıq keçirirdi. 1989-cu ildə Tuğ kənd orta məktəbinin şagirdi Teyyub Süleymanov ermənilər tərəfindən qətlə yetirildikdə, olanlar barədə Respublika rəhbərliyinə məlumat vermək, bəzi məsələlərdə onlardanməsləhət almaq və kömək istəmək üçün Bakıya yollanan nümayəndə heyətinin üzvlərindən biri də Vahid Nəcəfov idi. Hansı ki, rəhbərlik həmin vaxt verdiyi vədlərin heç birisinə əməl etmədi.
Vahid Tuğ kənd özünümüdafiə dəstələrinin fəal üzvlərindən biri idi. Oğlu Mikayılla birlikdə kəndin erməni quldurlarından müdafiəsində fəal iştirak edirdi. Mikayılı Milis Bölməsi sıralarına yazılmağa atası həvəsləndirmişdi.
Həmişə kəndin ən fəallarım aradan götürmək üçün məqam gözləyən ermənilər 7 sentyabr 1991-d ildə Vahid Nəcəfovu qətlə yetirdilər. O, Tuğ kəndində dəfn edildi.
Onun övladları (2 oğlu və 1 qızı var) başlarım həmişə dik tutmalı və qəhrəman ata ilə fəxr etməlidirlər.

 

 

 

 

NƏSİROV FUAD MƏHƏRRƏM oğlu
29 mart 1971-ci ildə Xoca¬vənd rayonunun Muğanlı kəndində ziyalı ailəsində ana¬dan olmuşdur. Muğanlı kənd səkkiz illik məktəbini bitirən Fuad orta təhsilini Kuropatkin kənd orta məktəbində başa vurmuşdur. O, hər iki məktəbdə şagird yoldaşlarının və müəllimlərinin hörmətini qazanmışdı. Elmə, təhsilə böyük marağı var idi. Orta məktəbdə həmişə "4" və "5" qiymətlər alardı.
1988-ci ildə Fuad Azərbaycan İnşaat Mühəndisdləri İnstitutuna daxil olur. 1993-cüildə həmin İnstitutu bitirib könüllü olaraq Milli Ordu sıralarma yazılır (01.07.1993). Torpaqlarımızın bir qisminin düşmən tapdağı altında olması Fuada pis təsir bağışlayırdı. O, bir dəfə atası ilə görüşdə "mən doğma kəndimizi azad edənlərin sırasında olmaq istəyirəm" söyləmişdi. Bu onun ən böyük arzusu idi.
1994-cü il yanvarın 30-da Ağdərə istiqamətində gedən döyüşlərdə Fuad Nəsirov öz fəallığı ilə seçildi. "PK" markalı pulemyotla silahlanmış bu igid mərdliklə vuruşurdu. "Qlobus" deyilən ərazidə bir-neçə gün davamedən döyüşlərdə düşmənin xeyli hərbi texnikası, yetmişdən çox əsgər və zabiti məhv edildi. Fevral aymm H-də gedən döyüşlərdə Fuadm xidmət etdiyi rota (bölük) yenə də fərqləndi. 1994-cü il aprel aymm 21-nə açılan səhər düşmən qoşununun ehtiyat qüvvəsini öyrənmək tapşırığını yerinə yetirib geriyə qayıdarkən pusquda dayanmış ermənilərlə səkkiz nəfər arasında qeyri-bərabər döyüş başlandı. Bu qanlı döyüşdə kəşfiyyat dəstəsinin yeddi üzvü o cümlədən, Fuad bləsirov qəhrəmancasına həlak oldu. Onu Göyçay rayonundakı "Şəhidlər Xiyabanı"nda dəfn etdilər.
Fuad subay idi. Onun anası Sehrayə xanım min bir əziyyətlə böyütdüyü oğlunun toyunu gözləyirdi. Amma hər kəsin bir alın yazısı var deyiblər.

 

 

 

 

MƏMMƏDOV İBİŞ PƏSİ oğlu

15 iyul 1938-ci ildə Xoca¬vənd rayonunun Tuğ kəndin¬də anadan olmuşdur. 1947-ci ildə Tuğ kənd orta məktəbinin birinci sinfinə getmiş, 1955-ciildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1958-ci ildə Bakıdakı sürücülük məktəbinə daxil olmuş İbiş məktəbi bitirdikdən sonra doğulub-böyüdüyü Tuğ kəndinə qayıdır. Kolxozda bir il sürücü işlədikdən sonra sərbəst sürücü kimi fəaliyyətə başlayır və ömrünün sonuna qədər bu işlə məşğul olur. O, uca boylu, sağlam bədənli, duzlu-məzəli və yeri gələndə ötkəm danışığı ilə seçilən bir insan idi. Dağlıq Qaradağda baş verən hadisələr onu daPayız fəsli idi. Tuğ kənd "Oktyabr" ayına sovxozun Quruçayın kənarında bostan sahəsi var idi. Kənd sakinləri həmin sahədən bostan məhsulları toplayaraq qışa hazırlıq işləri görürdülər. 07 sentyabr 1991-ci ildə sürücü Məmmədov İbiş kəndliləri məhsul toplamaq üçün öz maşını ilə həmin bostan sahəsinə gətirmişdi. Məhsul toplanaraq maşınlara yığıldıqdan sonra işçilər nahara oturdular. Az bir vaxt keçəndən sonra maşının yanından səs eşidən İbiş ayağa qalxır və səs gələn yerə gedir. Elə bu zaman silahlı erməni qulduru ilə rastlaşır. Düşmən elə həmin an atəş açaraq onu qətlə yetirir.

2 oğlan və 1 qız atası İbiş Məmmədovun böyük oğlu Eytiram atasının ermənilər tərəfindən öldürüldüyünü eşidərək Azərbaycana qayıdır və vətənə xidmət etmək üçün Milli Ordu tərkibində ixtisaslı zabit kimi fəaliyyətə başlayır.

İbiş kişi Tuğ kəndində torpağa tapşırılır.

 

 

 

 

QULİYEV SƏXAVƏT BOSTAN oğlu
17 noyabr 1963-cü ildə Xocavənd rayonunun Mu¬ğanlı kəndində anadan olmuş¬dur. Səxavətin uşaqlıq illəri göz açdığı Muğanlı kəndində
keçmişdir. 1979-cu ildə Muğanlı kənd səkkiz illik məktəbini bitirən Səxavət elə həmin ilin sentyabrında Martuni rayon 125 saylı Orta Texniki Peşə Məktəbinə daxil olur. 1982-ci ildə geniş profilli traktorçu - maşinist peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil alır. Elə həmin il o, hərbi xidmətə çağrılır. Hərbi xidmətini başa vuraraq Sovet Ordusu sıralarından tərxis olunan Səxavət doğulduğu kəndə qayıdır və "Kolinin" adma kolxozda işləməyə başlayır. Çox keçmir ki, Yasəmən xanımla ailə həyatı qurur.
Ermənilərin torpaqlarımıza təcavüzü hər bir qeyrətli Azərbaycan övladı kimi, Səxavəti də silaha sarılıb doğma kəndinin müdafiəsinə qalxmağa vadar etdi. O vaxt Muğanlı kəndində Eyvaz Hüseynovun rəhbərliyi ilə özü¬nümüdafiə dəstəsi yaradılmışdı. Səxavət sonradan Əbülfət Hüseynovun başçılıq etdiyi bu dəstənin fəal üzvlərindən biri idi.
1991-ci ildə Səxavət yeni yaradılmış Muğanlı kənd Milis Bölməsi sıralarına yazıldı. Döyüşlərdə olduğu müddətdə o həmişə öndə getməyə çalışır, igidliklə vuruşurdu.
Səxavətin iştirak etdiyi son döyüş 16 avqust 1992-ci ildə oldu. Həmin gün İbad Hüseynovun rəhbərlik etdiyi kəşfiyyatçılar "Gülmətəpə"də yerləşən erməni postunu ələ keçirmək üçün əməliyyata başladılar. Əməliyyatın planına əsasən İlyas Hüseynovun rəhbərlik etdiyi topçular saat 24:00-a kimi düşmənin həmin mövqeyini atəşə tutmalı, sonra 15 nəfərdən ibarət olan bu dəstə çaşdırılmış ermənilərin üzərinə hücum etməli və oranı ələ keçirməli idilər. Topçular plana uyğun olaraq onlara verilən tapşırığı yerinə yetirdilər. Növbə kəşfiyyatçıların idi. Səxavət İbad və Əbülfətlə birgə digərlərindən 10 metr qabaqda erməni səngərinə doğru irəliləyirdi. Onlar səngərdəki erməniləri gülləyə tutmuşdular. Ermənilərdən birinin ayağa qalxıb onlara tərəf atəş açmağa başlaması Səxavəti güllələrdən yayınmaq üçün yerə uzanmağa məcbur etdi. Sən demə onun uzandığı yerə mina basdırılıbmış. Bu vaxt baş verən dəhşətli partlayış Səxavətin həyatına son qoydu. Onu doğulduğu kənddə torpağa tapşırdılar.
İki övlad atası olan Səxavət hamımız üçün müqəddəs olan torpaq uğrunda şəhid oldu. (Əməliyyatçılar “Gülmətəpə” postunu ələ keçirdilər. Ancaq köməyin gəlməməsi onları tutduqları mövqedən geri çəkilməyə məcbur etdi).

 

 

QULİYEV RƏHİM TAPDIQ oğlu
7 noyabr 1936-cı ildə Xocavənd rayonunun Mu¬ğanlı kədində anadan olmuş¬dur. 1950-ci ildə Muğanlı kənd yeddi illik məktəbini
bitirmiş, elə həmin ildə Qaryagin (indiki Füzuli) rayonundakı Pedaqoji Texnikuma daxil olmuşdur. Texnikumu bitirdikdən sonra isə İmişli rayonunda müəllim işləməyə başlayır.
1958-ci ildə Rəhim Azərbaycan Pedaqoji İnstitunun Filologiya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu bitirərək kəndə qayıtmış və ömrünün sonuna qədər Muğanlı məktəbində “Azərbaycan dili” və “Ədəbiyyat” fənlərini tədris etmişdir. Rəhim müəllim istər məktəbdə, istərsə də ictimai vəzifələrdə həmişə vicdanla, yüksək tələbkarhqla işləmişdir. Dəfələrlə fəxri fərman və qiymətli hədiyyələrə layiq görülmüşdür. Rəhim müəllim həmişə çalışırdı ki, dərs dediyi, tərbiyə verdiyi şagirdlər savadh, sağlam ruhlu və xalqım sevən vicdanlı gənclər kimi yetişsin.
Münaqişələr başlanan zaman Muğanlı kəndinin də həyacanlı günləri başlandı. Qaradağlı və Xocalı faciələri baş verəndən sonra kənd camaatı qadınları, uşaqlan və qocaları kənddən çıxarmaq məcburiyyətində qaldılar. Kəndin igid oğullarından ibarət özünümüdafiə dəstəsi isə kəndin müdafiədə inamla dayanmışdır.
Yaxınları Rəhim müəllimə kənddən çıxmağı məsləhət görəndə “mən uzun filərdi ki, şagirdlərimə qəhrəmanlıq dastanlarından danışıram. Onlara vətəni, torpağı dərin məhəbbətlə sevməyi tövsiyyə edirəm. İndi deyirsiniz belə bir ağır gündə vətənimi tərk edib təhlükəsiz yerdə yaşayım? Bunu heç ağlınıza belə gətirməyin!” deyərək onları bu fikirdən daşındırardı.
Həmişə döyüşçülərin yanında olan, onlara ağıllı məsləhətlər verən, onlarda qələbəyə inam yaradan Rəhim müəllim 1992-ci il may aymm 1-dən 2-nə keçən gecə ermənilər Muğanlı kəndini güclü top atəşinə tutduğu zaman ağır yaralanır. Onu Ağdam rayonunun Mahnzlı kəndində yerləşən Hərbi Hospitala götürürlər. Bir neçə gün burada qaldıqdan sonra yaralı Bakıdakı Mərkəzi Hərbi Hospitala köçürülür. Həkimlərin ciddi səy göstər¬mələrinə baxmayaraq Rəhim müəllim may aymm 8-dən 9-na keçən gecə dünyasını dəyişir. Yolların təhlükəli olmasına baxmayaraq onun cənazəsi Muğanlı kəndinə gətirilərək buradakı qəbirstanlıqda torpağa tapşırılır.
Şəhidin 3 övladı var. Onlar atalarını şəhəfli ölümü ilə fəxr edirlər.

 

İSMAYILOVMİRZƏLİ ABDULLA oğlu
1919-cu ildə Qubadlı rayo-nunun Milanlı kəndində ana-dan olmuşdur. 1927-ci ildə Milanlı kənd orta məktəbinin birinci sinfinə getmişdir. Ancaq orta təhsilini tam başa vurmamışdır. 1947-ci ildə ailə qurduqdan sonra Tuğ kəndinə köçmüşdür. Həmin vaxtdan təqaüdə çıxana qədər Hadrut rayon Təsərrüfatlararası yol istismarı idarəsində fəlilə kimi çalışmışdır. Mirzəli kişi çox mehriban, alicanlı və təəssübkeş bir insan idi. Yaşı çox olmasına baxmayaraq hərəkətləri olduqca çevik idi. Onun evi kəndin ermənilər yaşayan məhəlləsində idi. Həmin səmtdən dəfələrlə azərbaycanlılar yaşayan məhəllələrə hücumlar etmiş erməni quldurlarının qarşısının alınmasında Mirrzəlinin rolu böyük olmuşdur. Ermənilər həmin məhəllələrdən Mirzəli kişini və digər azərbaycanlıları qovmaq üçün onlara təzyiq göstərirdilər.
16 oktyabr 1991-ci ildə erməni quldurlarının növbəti basqını zamanı Mirzəli kişi evinin kandarında qətlə yetirildi. Həmin gecə onun cəsədini oradan götürmək üçünTUĞMILIS Bölməsinin və özünümüdafiə dəstəsinin üzvləri ermənilər yaşayan məhəlləyə hşücuma keçdilər. Böyük çətinliklə meyiti geri alaraq Milanlı kəndinə göndərdilər 2 oğlan və 4 qız atası Mirzəli kişi doğulduğu Milanlı kəndində torpağa tapşırıldı.

 

 

 

 

 

 

İSMAYILOV ATLIXAN MƏHƏMMƏD oğlu
1932-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Onunuşaqlıq və gənclik illəri Qarabağın gözəl və şəfalı yerlərində keçmişdir. 1950-1953-cü illərdə keçmiş SSRİ Silahlı Qüvvələri tərkibində həqiqi hərbi xidmətdə olmuş Atlıxan xidmətdən qayıtdıqdan sonra Kalinin adma kolxozda işləməyə başlayır. Ailəsini halal zəhməti ilə dolandıran bu əməksevər insan işlədiyi vaxtlarda kollek¬tivin hörmətini qazanır. O, duzlu-məzəli söhbətləri ilə iş yoldaşlarının qəlbinə yol tapmışdır. Yeri gələndə gənclər¬dən bir ağsaqqal kimi öz məsləhətlərini və tövsiyələrini əsirgəməzdi.
Ermənilərin XX əsrin əvvəllərindən başladıqları Qarabağ iddiaları 1923-cü ildə keçmiş Sovet hökumətinin Qarabağın dağlıq hissəsində yaşayan bir ovuc erməniyə muxtariyyət verməsi ilə nəticələndi. Lakin bununla kifayətlənməyən bu mənfurlar 1988-ci ildə “DQMV-nin Ermənistana birləşdirilməsi” tələbləri ilə mitinq və nüma- işlərə başladılar. Arzularını reallaşdırmaq məqsədi ilə ən çirkin əməllərdən belə çəkinməyən ermənilər vilayətin azərbaycanlı sakinlərinə qarşı sərt tədbirlər həyata keçirdilər. Bu vaxt ölkə rəhbərliyi hələ də baş verənlərə biganə yanaşır, ermənilərin havadan olan Moskvanın diktəsi ilə oturub dururdu. Bütün bu çatışmazlıqlara baxmayaraq Xocavəndlilər silaha sarılıb torpaqlarımızın müdafiəsinə qalxdılar. Kəndlərdə yaradılar özünümüdafiə dəstələri böyük qətiyyət nümayiş etdirirdilər.
1990-cı il sentyabrın 25-dən 26-na keçən gecə Qarakənd kəndinin üzüm bağlannın yaxınlığında ermənilərə məxsus "UAZ" markalı avtomaşından açılan atəş Atlıxan kişinin həyatına son qoydu. Onu Muğanlı kəndində dəfn edilər.
Atlıxan kişinin 3 qız və 3 oğul övladı var.

 

 

 

 

XOŞDARİ YAQUB ABDULLA oğlu
23 oktyabr 1968-ci ildə Xocavənd rayonunun Mu¬ğanlı kəndində dünyaya göz açmışdır. 1976-cı ildə Mu¬ğanlı kənd səkkiz illik məktəbinin birinci sinfinə getmiş Yaqub, 1986-cı ildə Kuropatkin kənd orta məktəbinin onuncu sinfini bitirmişdir. O, çalışqanlığı, mehribanlığı və səmimi davranışı ilə məktəb yoldaşlarının, müəllimlərinin rəğbətini qazanmışdır. 1986-cı ildə Yaqub Mingəçevir Politexnik Texnikumuna daxil olur (qiyabi şöbəyə). Lakin təhsilini hərbi xidməti başa vurduqdan sonra davam etririr. O,eyni zamanda Ağdam rayon Rabitə qovşağının Muğanlı kəndində yerləşən ATS-də mexanik işləməyə başlayır. 1991-ci ildə '‘Avtomobillərin təmiri və onlara texniki qulluq" ixtisası üzrə Texnikumun tam kursunu bitirir. İşlədiyi müddətdə öz işinin öhtəsindən layiqincə gələn Yaqub dəfələrlə həyatını təhlükəyə ataraq ermənilərin kəsdiyi rabitə xəttini birləşdirmək məqsədi ilə təhlükəli ərazilərə keçmişdir. Çətinliklər Yaqubu qorxutmurdu. Onu qorxudan bir şey var idisə, o da doğma torpağını itirmək idi.
Muğanlı kəndi Gülmətəpə yüksəkliyində yerləşən erməni mövqelərindən tez-tez atəşə məruz qalırdı. Oradan atılan mərmilər kənddə böyük dağıntılar törədirdi. Bir gün Muğanlı özünümüdafiə dəstəsinə briqadadan belə bir əmr gəlir: Gülmətəpə yüksəkliyindəki erməni mövqeyində olan canlı qüvvənin və döyüş texnikasımn sayı dəqiqləşdirilsin! Əmrin icrası isə Hüseynov İbadın rəhbərlik etdiyi kəşfiyyat bölüyünə tapşırılır. Bu əmr lap yerinə düşmüşdü. Gülmətəpədəki erməni mövqelərini məhv etmək Muğanlı igidlərinin çoxdankı arzulan idi.
1992-ci il avqustun 14-də axşam saatlannda İbadın rəhbərlik etdiyi dəstə həmin əraziyə doğru istiqamət alır. Onlar kənddən xeyli aralanmışdılar ki, kiminsə qaçaraq onlara tərəf yaxınlaşdığım görürlər. Bu, Xoşdan Yaqub idi. Yaqub evin tək oğlu olduğundan yoldaşlan onu təhlükəli döyüşlərə girməyə qoymazdılar. Hətta, Eyvaz Hüseynov döyüşlərdə iştirak etməyi ona qadağan etmişdi.
Yaqubu geri qaytarmağın mümkünsüzlüyünü görən kəşfiyyatçılar onu da özlərinə qoşdular. Yaqub həm də özü ilə ratsiya götürmüşdü. Əməliyyat zamanı ratsiyadan istifadə vacib şərtlərdən idi. Kəşfiyyatçılar düşmən postunun 30-40 metrliyinə çatanda onlardan biri minaya toxundu. Bu vaxt baş verən partlayış nəticəsində bir nəfər həlak oldu, Yaqub və daha iki nəfər isə yaralandı. Düşmənlə xeyli atışmadan sonra kəşfiyyatçılar geri çəkildilər. Ağır yaralanan Yaqubu Ağdam rayonunun Qaradağh kəndində yerləşən Hərbi Hospitala götürdülər. Ancaq vəziyyəti daha da ağırlaşdığından onu oradan Bakı şəhərindəki Mərkəzi Hərbi Hospitala köçürdülər. Həkimlər Yaqubun həyatmı xilas edə bilmirlər. O, 16 avqust 1992-ci ildə dünyasını dəyişir. Onu Muğanlı qəbiristanlığında dəfn etdilər. Yaqub ailəli idi. Onun yeganə övladı olan Murad tasının qanı töküldüyü bu torpağı hər şeydən əziz tutur.

 

 

 

 

 

 

HƏSƏNOV İSAİSLAM oğlu

12 sentyabr 1953-cü ildə Xocavənd rayonunun Haxul- lu kəndində dünyaya gözaçmışdır. 1970-ci ildə Haxullu
kənd orta məktəbinin səkkizinci sinfini bitirmişdir. Hərbi xidməti başa. vurandan sonra "Dostluq” sovxozunda işləməyə başlamışdır. 1975-ci ildə Həsənova Ətlaz Bəşir qızı ilə ailə qurmuşdur. Beş övlad atası idi.
Dağlıq Qarabağda münaqişələr başlayan zaman İsa silaha sarılıb torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizəyə atılır. O, döyüşlərdə həmişə öndə getməyə çalışmış, çətin anlarda hər an döyüş yoldaşlarının imdadı¬na yetmişdir.
10 yanvar 1992-ci ildə Haxullu kəndi işğal edildikdən sonra İsa Həsənov könüllü olaraq Milli Ordu sıralarına yazılır. O, 839 saylı hərbi hissənin 1-ci rotasmda vızvod komandiri idi. Xidmət etdiyi hərbi hissədə özünü mərd və cəsur bir döyüşçü, təcrübəli bir komandir kimi göstərmiş¬di. Onun komandiri olduğu vızvod döyüş qabiliyyətinə görə həmişə seçilirdi.
16 may 1992-ci ildə "Güngörməz” əməliyyatı zamanımühasirəyə düşən döyüşçülərimizin mühasirədən azad olunmasında, 8 iyunda Füzuli rayonunun Qacar kəndinə hücuma keçən düşmənlərin geri oturdulmasında, 28 iyulda "Tuğ" əməliyyatı zamanı onlarla yaralının döyüş meydanından çıxarılmasında, 15 avqust ermənilər yaşayan Məlikcan kəndinin alınması və Martuni əməliy¬yatlarında İsanın komandiri olduğu vızvod və o şəxsən özü fərqlənmişdir. 839 saylı hərbi hissənin tarixində ən şərəfli yer tutan "Haça Gədik" postunun alınmasında İsa şəxsi igidlik göstərmiş, düşmənin postuna birinci girmişdir. Həmin gün düşmən xeyli texnika, silah, sürsat və canlı qüvvə itirmişdir. 13 oktyabr 1992-ci il tarixdə İsanın iştirak etdiyi "Peykanlı" əməliyyatı daha uğurlu olmuşdur. Yarım saat ərzində "Peykanlı" postu alınmış və düşmənə böyük ziyan vurulmuşdur. Həmin vaxt düşmən¬lər xeyli hərbi sürsat qoyub qaçmışdılar.
Torpaqlarımız yağı düşmənlərdən tam təmizlən- məyincə silahı yerə qoymayacağma and içmiş tsa Həsənov 17 noyabr 1992-ci ildə Divanalılar postunda, ermənilərlə səngər döyüşü zamanı 4 nəfər döyüş yoldaşı ilə birlikdə qəhrəmancasına həlak oldu. Onu Füzuli şəhərindəki "Şəhidlər Xiyabanı"nda dəfn etdilər.

 

 

 

 

 

HÜSEYNOV OQTAY DƏRGAH oğlu
5 oktyabr 1968-ci ildə Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Orta təhsilini Tuğ kənd orta
məktəbində almışdır. 1987-ci ildə hərbi xidmətə çağrılan Oktay SSRİ Silahlı Qüvvələrinin tərkibində Aşqabad şəhərində xidmətini başa vuraraq 1989-cu ildə vətənə qayıdır və həmin ildə Gəncə şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olur. İnstitutda qiyabi təhsil alan Oqtay Abdullayeva Təzəgüllə ailə qurur.
1990- ci ildə Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərində asayişin qorunması və erməni quldurlarının kəndlərə təcavüzünün qarşısının alınması üçün Respublika Daxili İşlər Nazirliyinin əmrinə əsasən Milis Bölmələri yaradıldı. Həmin ərəfədə Oktay da Tuğ kənd Milis Bölməsi sıralarına yazıldı. O, bir ay hazırlıq kursundan sonra yoldaşları ilə bərabər kəndə döndü. Keçmiş Hadrut rayonunun Zamzur, Banazur, Şaqax və başqa kəndlərinin ermənilərdən təmizlənməsində Tuğ Milis Bölməsi şəxsi heyətinin böyük xidmətləri olmuşdur. Həmin əməliyyatlarda Oqtay fəal iştirak etmiş, göstərdiyi
şəxsi şücaətlərlə yadda qalmışdır. 1991-ci ilin yazında ermənilər yaşayan Azıx kəndinin yaxınlığında Quruçayın sağ sahilində Xankəndindən Hadruta çəkilən yolu asfaltla örtmək üçün Ermənistandan gəlmiş ermənilər "Asfalt zavodu" tikmişdir. Həmin zavod öz qanuni fəaliyyətindən əlavə quldur yuvası rolunu oynayırdı. Hansı ki, Tuğ Milis Bölməsi əməkdaşlarının apardıqları əməliyyat nəticəsində oradan küllü miqdarda silah-sursat, hərbiçilər üçün çadırlar,hərbi geyim əşyaları və s. müsadirə olunmuşdur.
Ermənistandan Dağlıq Qarabağa ərzaq daşınması adı ilə Tuğ kəndinə müxtəlif növ silahlar daşmırdı. Yerli erməni fəallarının bu işdə əli var idi. Tuğ sakinlərinə həmin ermənilərin adı bəlli idi. Milis Bölməsinin üzərinə düşən növbəti tapşırıq həmin erməniləri yaxalamaq idi. Milis əməkdaşları asan olmayan bu işin öhtəsindən gəldilər. Həmin ermənilər tutularaq Füzuli rayonunun Hüquq Mühafizə orqanlarına təhvil verildi. Əfsuslar olsun ki, həmin quldurlar bəlli olmayan səbəblərdən azadlığa buraxıldılar. Azadlığa çıxan bu ermənilər necə olursa olsun milis işçilərindən qisas almağa çalışırdılar. Bunun üçün fürsət axtarırdılar. 23 iyul 1991-ci ildə milis əməkdaşı Oqtay yaxın qonşusu Amillə birlikdə avtomobildə gedərkən yolda pusqu qurmuş ermənilər tərəfindən güllələndi. Onu Tuğ qəbirstanlığında dəfn etdilər.
Ölümündən sonra Oqtaym bir qız övladı dünyaya gəldi. Ondan yadigar qalan bu qızın adını Nişanə qoydular.

 

 

HÜSEYNOV ELŞƏN ƏVƏZ oğlu
12 sentyabr 1973-cü ildə Xocavənd rayonunun Mu¬ğanlı kəndində dünyaya göz açmışdır. 1980-cı ildə Mu¬ğanlı kənd səkkiz illik məktəbinin birinci sinfinə getmiş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Elşən utancaq, sakit həm də çox bacarıqlı bir oğlan idi. Əlindən hər iş gəlirdi. Səkkizinci sinfi bitirəndən sonra bağlarında işləyirdi. Əməyə, zəhmətə olan məhəbbəti onu vətənə, torpağa bağlamışdı.
1988-ci ilin fevralında tarixi torpaqlarımızı mənimsə¬müdafiəsinə qalxdılar.
Elşən döyüşlərə atılanda onun 17 yaşı var idi. O, atası Əvəz, qardaşı Müşviqlə çiyin-çiyinə vuruşurdu. Yaşının az olmasına baxmayaraq təhlükədən qorxmurdu. Ən təhlükəli döyüşlərə belə can atırdı. O, postda dayanmaqdan yorulmazdı. Atası Əvəz kişi döyüşlərdə heç də, böyük qardaşı Müşviqdən geri qalmayan Elşənlə fəxr edərdi.
Nəhayət Elşənin arzusunda olduğu an gəlib çatdı. 18 yaşı tamam olan bu gənc yeni yaranmış Milli Ordu sıralarına yazıldı. O, 161 saylı hərbi hissədə qulluq edirdi. İştirak etdiyi döyüşlərdə püxtələşən, qorxu nə olduğunu bilməyən Elşənin son döyüşü 1994-cü il yanvarın 26-da oldu. "Nərgiztəpə” ətrafında gedən və düşmənin xeyli canlı qüvvəsinin məhvi ilə nəticələnən bu döyüşdə Elşən qəhrəmanlıqla həlak oldu. Onu Ağcəbədi rayonundakı "Şəhidlər Xiyabanı"nda dəfn etdilər.
Elşən subay idi. Ürəyində məhəbbət əvəzində düşmənə qarşı nifrət, kin-küdurət bəsləmiş bu gənc oğlan Azərbaycanın bütövlüyü uğurunda canını fəda etdi.

 

 

 

 


BALAKİŞİYEV RÖVŞƏN MİSİR oğlu
15 dekabr 1967-ci ildə Xocavənd rayonunun Mu¬ğanlı kəndində dünyaya göz açmışdır. 1973-cü ildə Mu¬ğanlı kənd səkkiz illik məktəbinin birinci sinfinə getmiş Rövşəni müəllimləri və məktəb yoldaşları çox sevərdilər. O, yoldaşlarından xüsusi qabiliyyəti və qüvvəsi ilə fərqlənərdi. Uşaqlıqdan idmanla məşğul olması, düzgün ailə tərbiyəsi onun əsl kişi kimi formalaşmasına səbəb olmuşdur.
O, 1985-ci ildə hərbi xidmətə yollanır. Leninqrad (indiki Sankt-Peterburq) şəhərində qulluq edən Rövşənin idmançı olması burada da ona köməklik etdi. O, dəfələrlə hərbi hissə rəhbərliyinin "fəxri fərman"ları ilə təltif olunmuşdur. Xidməti başa vurandan sonra Rövşən Leninqradda qalmalı olur. Burada yaşadığı müddətdə ailə qurur, bir qız övladı dünyaya gəlir. (Hal hazırda ailəsi Leninqraddadır).
1988-ci ildə başlanan Qarabağ münaqişəsi, qara niyyətli düşmənlərimizin özlərini doğma torpaqlarımızın sahibi sanması Rövşəni vətənə qayıtmağa məcbur edir. O, torpaqlarımızın müdafiəsi uğrunda gedən mübarizəyə atılır. Tezliklə onun cəsurluğu, qəhrəmanlığı barədə söhbətlər dolaşmağa başlayır. Çirişli dağında, Şişqayada,Gülmətəpədə yerləşən erməni postunun ələ keçirilməsi uğrunda gedən döyüşlərdə, Martuniyə hücum əməliyyatlarında qəhrəmanlıqla vürüşaraq düşmənin xeyli sanlı qüvvəsini məhv etmiş Rövşəni yoldaşları "Rembo" deyə çağırmağa başlayırlar. Rövşən Xocavənd rayonu ərazisində dəfələrlə uğurlu əməliyyatlar keçirən, düşmənin xeyli texnikasını, canlı qüvvəsini məhv edən Muğanlı kənd özünümüdafiə dəstəsinin ən qəhrəman üzvlərindən biri idi.
1992- ci ildə oktyabr ayının 2-də ermənilər xeyli piyada və güclü texnika ilə Muğanlı, Əmirallar və Kuropatkin kəndlərinə hücuma keçdilər. Rusların da köməklik göstərdiyi bu qüvvənin qarşısında Muğanlı özünümüdafiə dəstəsi heç cür tab gətirə bilməzdi. Bu irimiqyaslı hücum nəticəsində hər üç kənd işğal olundu. Geri çəkilməyə məcbur olan özünümüdafiə dəstəsi (bu dəstə Azərbaycanın Milli Ordusu yaranandan sonra qərargahı Ağcabədidə yerləşən 161 saylı hərbi hissənin batalyonlarından birinə çevrilmişdi) döyüş bölgəsinə yaxın olan Nərgiztəpə adlanan ərazidə özünə mövqe seçmişdi. Onlar dəfələrlə hücum planı hazırlayaraq itirilmiş kəndləri geri qaytarmağa cəhd göstərmişdilər. Ancaq bu mümkün olmamışdır.
1992-ci il dekabr ayının 30-da Rövşənin də içərisində olduğu "UAZ" markalı avtomaşın (bu avtomaşın dəstənin komandiri Əbülfət Hüseynova məxsus idi) Daşlıtəpə adlanan ərazidə minaya düşdü. Güclü partlayış nəticəsində Rövşən və Miryaqub həlak oldular. Əbülfət Hüseynov və Ədalət isə ağır yaralandılar.
Rövşəni Ağcabədi rayonundakı "Şəhidlər Xiya- banı"nda dəfn etdilər.
Allah rəhmət eləsin.

 

 

ATAKİŞİYEV QABİL ATAKİŞİ oğlu

21 noyabr 1964-cü Ağdam rayonunun Cəfərbəyli kəndində anadan olmuşdur. Hələ onun Laçın əcdadlarımızın qədim yaşayış Mağarasının yaxınlığında yerləşən Xocavənd rayonunun Salakətin kəndində məskən salmışdır. (Bu kənd 1991-ci ilə kimi Hadrut rayonunun tərkibinə daxil idi. 1991-ci ilin noyabrında Hadrut rayonu ləğv edildikdən sonra Salakətin kəndi Xocavənd rayonunun tərkibinə daxil edildi)1971-ci ildə Salakətin kənd səkkiz illik məktəbinin birinci sinlinə getmiş Qabil 1979-cu ildə həmin məktəbi bitirərək Tağ üzümçülük sovxozunda fəhlə işləməyə başlayır. İşlədiyi müddətdə iş yoldaşları arasında böyük hörmət qazanır. Həmin sovxozda 2 il işlədikdən sonra Hadrut rayon Hərbi Komissarlığından hərbi xidmətə çağnlır.

1986-cı il Qabil üçün uğurlu bir il olur. Həmin il o, ailə həyatı qurmaqla bərabər, həm də Şuşa Kənd Təsərrüfatı Texnikumunun "Baytarlıq" fakültəsinə daxil olur. 1989-cu ildə texnikumu bitirib Salakətinə qayıdır. Elə həmin gündən əlinə silah alıb torpaqlarımızın müdafiəsi uğrunda gedən mübarizəyə atılır. Qabil 1991-ci ildə Salakətin kəndində yaradılmış Milis Bölməsi sıralarına daxil edilir.
Salakətin kəndi 1991-ci ilin əvvəllərindən başlayaraq tez-tez erməni quldur birləşmələrinin həmlələrinə məruz qalırdı. Bütün çətinliklərə baxmayaraq müdafiəçilər yüksək əzmkarlıq nümayiş etdirərək hücumların qarşısım alırdılar. 1991-ci il oktyabrın 30-da ermənilər böyük qüvvə ilə Salakətin kəndinə növbəti hücuma başlayır. Qeyri-bərabər döyüşdə kənd işğal edilərək yandırılır. Həmin vaxtdan etibarən Qabil düşmənə qarşı mübarizəm Haxullu kəndində davam etdirməyə başlayır.
Bir səhər ermənilər Haxullu kəndinə hücum edib kəndin kənarında yerləşən bir neçə evi yandırdılar. Bu vaxt Qabil "mənim yaxşı planım var. Bu planla əks hücuma keçib düşmənləri geri oturtmaq olar" deyə yoldaşlarına müraciət etdi. Qabilin bu fikri ilə razılaşan yoldaşları plan üzrə hücuma başladılar. Qabil atəş aça-aça yaxınlıqda yanan evə tərəf irəlilədi. Yoldaşları onunla bərabər irəliləyirdilər. Döyüşçülərimizin bu əks hücumu erməniləri qaçmağa məcbur etdi. Qabil bu döyüşdə ağır yaralanmasına baxmayaraq sonadək vuruşdu.
Onu Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırdılar. Lakin yaralını həyata qaytarmaq mümkün olmadı. O, 5 yanvar 1992-ci ildə əbədiyyətə qovuşdu. Onu Füzuli şəhərindəki qəbirstanlıqda dəfn etdilər.
Qabilin həyat yoldaşı və iki qızı onun şərəfli ölümü ilə fəxr edirlər.
Allah rəhmət eləsin!

 

 

ABBASOV CƏSARƏT ADİL oğlu
4 aprel 1974-cü ildə Xoca¬vənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Muğanlı kəndindəki səkkiz illik məktəbi bitirmişdir.
Cəsarət vətəni, torpağı sevən, ona ürəkdən bağlı olan bir gənc idi. Mehriban və diqqətli olması məktəbdə oxuduğu illərdə onu kollektivə sevdirmişdir. O, 1990-cı ildə doğma kəndini müdafiə etmək məqsədi ilə Muğanlı kənd özünümüdafiə dəstəsinin üzvləri sırasına qoşulur. Erməni quldur birləşmələrinə qarşı mübarizə aparan kənd camaatı həmişə işə yarayan bu gənc oğlanı çox sevirdilər. Yaşı kiçik olmasına baxmayaraq dözümlü və qorxmaz bir gənc olan Cəsarət özünümüdafiə dəstəsinin tərkibində Quliyev Adilin rəhbərlik etdiyi bölükdə dəfələrlə fəallıq nümayiş etdirmişdir.
1992-ci il oktyabr ayının 2-də Muğanlı kəndi düşmənlərimiz tərəfindən işğal edildi. Bundan sonra Cəsarətin ermənilərə qarşı nifrəti daha da artdı. O, 1992- ci ildə könüllü olaraq Azərbaycanın Milli Ordusu sıralarına yazılır. 161 saylı hərbi hissədə qulluq edənCəsarət burada özünü bacarıqlı və qabiliyyətli əsgər kimi göstərmiş, komandirlərin əmr və tapşırıqlarını sössüz yerinə yetirmişdir. Dəfələrlə erməni quldurlarına qarşı döyüşlərdə fədakarlıq göstərmişdir. O, 17 mart 1993-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Məzarı Ağcabədi rayonundakı "Şəhidlər Xiyabanı"ndadır.
Cəsarət subay idi. Onun sinəsində torpağını, xalqını sevən bir ürək döyünürdü. Xalqımızın müharibə tarixinə, Qarabağ uğrunda gedən mübarizə səlnaməsinə adını qa- nıyla yazmış Cəsarət həmişə yaddaşlarda yaşayacaqdır.

 

 

 

 

 

 

11.	ŞƏHİD - Vəliyev Füzuli Cavad oğlu 1968-ci il aprel ayının 15-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndin orta məktəbində təhsil almışdır. Füzuli sakit təbiətli, mehriban və sadə bir insan idi. Qısa ancaq şərəfli bir ömür yaşayan, Vətən yolunda, torpa uğrunda canından keçməyə hazır olan oğullardan biri də 1991-ci ildən Qaradağlı Milis Bölməsinin əməkdaşı olan Vəliyev Füzuli idi. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunanda əsir götürülənlərin içərisində Füzuli idi. 1992-ci ilin fevral ayının 19-da səhər saatlarında ermənilərin Vətən, Hafiz, Mikayıl və Əbülfətlə birlikdə Xankəndi həbsxanadan çıxarıb naməlum istiqamətə apardığı beşinci azərbaycanlı Füzuli idi.  Sonrakı taleyi bu günədək dəqiq müəyyən edilməyənlərdən biri olan Füzuli ailəli idi. 1992-ci il yanvar ayının 24-də anadan olmuş qızı Xəyalə hələdə adını eşidib üzünü görmədiyi atasının yolunu gözləyir.ŞƏHİD - Vəliyev Füzuli Cavad oğlu 1968-ci il aprel ayının 15-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndin orta məktəbində təhsil almışdır. Füzuli sakit təbiətli, mehriban və sadə bir insan idi. Qısa ancaq şərəfli bir ömür yaşayan, Vətən yolunda, torpa uğrunda canından keçməyə hazır olan oğullardan biri də 1991-ci ildən Qaradağlı Milis Bölməsinin əməkdaşı olan Vəliyev Füzuli idi. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunanda əsir götürülənlərin içərisində Füzuli idi. 1992-ci ilin fevral ayının 19-da səhər saatlarında ermənilərin Vətən, Hafiz, Mikayıl və Əbülfətlə birlikdə Xankəndi həbsxanadan çıxarıb naməlum istiqamətə apardığı beşinci azərbaycanlı Füzuli idi.Sonrakı taleyi bu günədək dəqiq müəyyən edilməyənlərdən biri olan Füzuli ailəli idi. 1992-ci il yanvar ayının 24-də anadan olmuş qızı Xəyalə hələdə adını eşidib üzünü görmədiyi atasının yolunu gözləyir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Vəliyev Nazım Qiyas oğlu 1961-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbini bitirdikdən sonra Nazım Vəliyev Şuşa Kənd Təsərrüfatı Texnikomuna daxil olmuş və Baytarlıq ixtisası üzrə təhsilini davam etdirmişdir. Qaradağlıda gedən uzunmüddətli döyüşlərdə Nazim özünümüdafiə dəstəsinin tərkibində erməni silahlı birliklərinə qarşı döyüşlərdə iştirak etmişdir. Müharibənin qızğın vaxtlarında Nazimlə bərabər bir neçə kənd sakini ermənilər tərəfindən əsir götürülmüşdür. Yerli sakinlərin səyi nəticəsində 24 saatdan sonra əsir götürülənləri azad etmək mümkün olmuşdur. Lakin sonrakı döyüşlərin birində səngər yaxınlığında mərmi partlayışı zamanı Nazim Vəliyev Psixi və nevroloji travma nəticəsində kəskin beyin qan dövranı pozğunluğu keçirmiş və həlak olmuş, Şəhid olmuşdur

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Xəlilov Zahid Əyyub oğlu 1949-cu il noyabr ayının 12-də Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbinin 8-ci sinfini bitirmiş, orta təhsilini isə Martuni Beynəlmilər məktəbində başa vurmuşdur. Ardınca Şuşa Kənd Təsərrüfatı Texnikomuna daxil olan Zahid Xəlilov burada Baytarlıq ixtisasına yiyələnmişdir. Ermənistanın Azərbaycan torpaqlarına qarşı hərbi təcavüzə başlaması Qaradağlı kolxozunda xəzinədar vəzifəsində çalışan Zahid Xəlilovuda Vətənin müdafiəsinə qaldırmışdı və o, kənd özünümüdafiə dəstəsində öz yerini almışdır. Zahid Xəlilov da 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman əsir götürülənlərdən biri idi. Onun da mindirildiyi yük avtomobili ermənilərin məskunlaşdırıldığı Ningi (Cəmiyyət) kəndində dayandırılmış və o, təcavüzkarlar tərəfindən qətlə yetirilmiş, Şəhid olmuşdur.Ailəli idi, iki övladı yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Zeynalov Nobil Əliş oğlu 05 fevral 1955-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində doğulmuşdur. İlk təhsilini doğma Qaradağlı kənd məktəbində almış, Xankəndi Pedoqoji İnstitutunun Azərvaycan dili və Ədəbiyyat fakultəsini bitirərək Qaradağlı kənd orta məktəbində müəllim kimi çalışmışdır. Özünün yüksək mədəni və insani keyfiyyətləri ilə məktəb kollektivi və kənd sakinlərinin sayğısını qazanan Nobil Zeynalov, 1986-cı ildə məktəb direktoru vəzifəsinə təyin olunmuşdur.16 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən yönləndirilən erməni silahlı birləşmələrinin Qaradağlı kəndinə növbəti hücumu zamanı baş verən döyüşdə Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Şirinova Qaragöz Həbil qızı 1936-cı ildə Xocavənd rayonu Vərəndəli kəndində doğulmuşdur. Zəhmətkeş insan olan Qaragöz Şirinova çox keçmir ki, Əjdər şirinovla ailə həyatı qurur. yeddi uşaq dünyaya fətirir (5 qız, 2 oğlan). Övladlarını böyütmək üçün həyat yoldaşı ilə birlikdə hər zəhmətə qatlaşır. Həmin hadisə zamanı Qaragöz Şirinovanın və oğlu İltifat Şirinovun yanmış cəsədləri bir-birinə bitişik halda idi. Yəqin ana öz doğma balasını son anda qucaqlamağa imkan tapa bilmişdir. Qaragöz şirinova Qaradağlı kəndindəki qəbirstanlıqda oğlu ilə yan-yana dəfin olunmuşdur. Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Süleymanov Elçin Möhübbət oğlu 1965-ci il sentyabr ayının 3-də Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kəndin orta məktəbini bitirdikdən sonra Rusiyanın İrkutsk vilayətinə getmiş, burada Poltexnik İnistutuna daxil olmuşdur. Erməniləri Qarabağda törətdiyi vandalizm aktları barədə eşidən Elçin doğma kəndinə qayıtmış, özünümüdafiədə iştirak etmişdir. O, 15 dekabr 1991-ci ildə münaqişə zəmnində ermənilər tərəfindən qətlə yetirilmiş, Şəhid olmuşdur. Subay idi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Vəliyev Fazil Cavad oğlu 1957-ci il noyabr ayının 14-də Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbini oxumuş, ardınca 125 saylı Texniki Peşə Məktəbində dülgər ixtisasına yiyələnmişdir. İşgüzar, sadə və dürüst bir insan idi. Fazil Vəliyev vətənpərvər bir insan kimi doğma kəndini erməni quldur birləşmələrindən qorumaq üçün kəndin özünümüdafiə dəstəsinə qoşulmuşdur. Ermənilərin hücumlarının qarşısının alınmasında hər zaman fəal olmuşdur. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman Fazi Vəliyev də əsir götürülmüş digər həmkəndliləri kimi Xankəndi şəhərinə gətirilmiş və burada həbsxana şəraitində hər gün gördüyü işgəncə və əzablardan 20 mart 1992-ci ildə dünyasını dəyişmiş, Şəhid olmuşdur. Beş övlad atası idi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Tağıyev Bakir Qaçay oğlu 1948-ci ildə Xocavənd rayonu Vərəndəli kəndində doğulmuşdur. Orta təhsilini Qaradağlı kənd tam orta məktəbində başa vurduqdan sonra bir müddət kalxozda çalışmış, sonra hərbi xidmətə çağırılmış və xidmətin ardınca yenidən kolxozda əmək fəaliyyətini davam etdirmişdir. Çox keçmir ki, Gülçöhrə xanımla ailə həyatı qurur. onların 6 övladı dünyaya gəlir (2 qız, 4 oğlan).Bakir sağlam bədənli, uca boylu, mehriban bir insan idi. Evi həmişə qonaq-qaralı olurdu. Köməyə ehtiyacı olanlara əl uzatmağı özünə borc bilirdi.Ermənilərin günü-gündən artan özbaşınalığı hamı kimi Bakiridə narahat edirdi. Qonşuluq etdiyi "insanların" (söhbət Dağlıq Qarabağ ermənilərindən gedir) nankor çıxması ona çox pis təsir bağışlayırdı. Həmin fermada erməni quldur birləşmələri tərəfindən yandırılaraq Şəhid edilmiş Bakir Tağıyev Qaradağlı kənd qəbirstanlığında, həmin faciyədə həlak olmuş digər beş nəfərlə yan-yana dəfn edilmişdir. Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Tağıyev Faiq Həsrət oğlu 1961-ci il yanvar ayının 2-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbində təhsil almışdır. 4 övlad atası idi. Ermənistan silahlı birləşmələri Qarabağda azərbaycanlı əhaliyə qarşı silahlı basqınlara, terror hadisələrinə başladıqları zamanda Faiq Tağıyevdə Vətənin müdafiəsinə qalxmış və Qaradağlı kəndinin erməni təcavüzkarlarına qarşı qorunmasın-da fəal iştirak etmişdir. Qaradağlının işğal edildiyi gün 17.02.1992-ci il tarixdə Faiq Tağıyevdə ermənilər tərəfindən əsir götürülmüş və Kəndin 2km-dəki "Bəylik Bağı" adlanan ərazidə qətlə yetirilmiş, Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Tağıyev Kamil Sərdar oğlu 1973-cü il avqust ayının 31-də Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbində təhsil almışdır. Tərbiyəli bir gənc kimi hamının sağısını qazanmışdır. Kamil doğma kəndinə erməni həmlələrinin qarşısının alınmasında dəfələrlə iştirak etmişdir.
17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman əsir götürülənlərdən biridə Tağıyev Kamil və onun atası Tağıyev Sərdar idi. Əsirlikdə gördüyü işgəncə və əzabların sonucu olaraq 25 mart 1992-ci ildə Kamil Tağıyev də həyata gözlərini yummuş, Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Tağıyev Telman Tevon oğlu 1953-cü il fevral ayının 20-də Qaradağlı kəndində doğulmuşdur. Keçmiş Martuni beynəlminəl orta məktəbini bitirmişdir. Beş övlad atası olan Telman Tağıyev Qaradağlı kənd orta məktəbində maşınşünaslıqdan dərs deyirdi. O, Qaradağlı kəndinin erməni təcavüzkarlarına qarşı qorunmasında fəal iştirak etmişdir. Bəlli olduğu kimi, Qaradağlının işğal edildiyi gün 17.02.1992-ci il tarixdə kəndin yüzdən artıq sakini əsir götürülmüşdür. Kəndin 2km-dəki "Bəylik Bağı" adlanan ərazidə əsasən cavanların olduğu "əsir daşıyan avtomobil" saxlanılaraq, əsirlərin bir bölümü burada vəhşicəsinə güllülənmişdir. Şahid ifadəsi ilə təsdiq olunub ki, gənc azərbaycanlılar yəni Qaradağlı kəndinin igid oğullları avtomabildən yerə atlanaraq, əli silahlı ermənilərin üzərinə gedərək, "Qarabağ bizimdir", "Bu torpaq heç vaxt sizin olmayacaq!" deyə etiraz səslərini ucaltmışlar... Məhz bu vaxt Telman Tağıyev əlində gizlətdiyi qumbaranı partlatmağa macal taparaq, oğzü ilə yanaşı bir neçə erməni silahlısını həlak etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Tağıyev Zakir Gülüm oğlu 1963-cü il noyabır ayının 20-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbini bitirmişdir. Şuşa Kənd Təsərrüfat Texnikumundan məzun olduqdan sonra Qaradağlı kənd Mədəniyyət Evinin direktoru vəzifəsində çalışırdı. Ermənistanın Azərbaycan torpaqlarına işğalçılıq hərəkətləri başlanandan sonra Tağıyev Zakir də kəndin müdafiəsinə qalxmış və Qaradağlı kəndinin ermənilərdən müdafiəsində yaxından iştirak etmişdir. Xasiyyətcə mülayim və kənd əhalisi içərisində böyük hörmətə sahib olan Tağıyev Zakir Gülüm oğlu Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman ermənilər tərəfindən "Bəylik Bağı"nda qətlə yetirilmiş, Şəhid olmuşdur. Zakir ailəli idi, bir qız övladı yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Şirinov İltifat Əjdər oğlu 1962-ci ildə Qaradağlı kəndində doğulmuşdur. İltifat sadə peşə, halal zəhmət adamı idi. Məlum qətil zamanı İltifatın yanmış meydini onunla eyni vaxta qətil edilmiş anası Qaragöz Həbil qızının meydindən çətinliklə ayıra bilmişdilər. O, mümkün olduğu qədər-son nəfəsini verincəyədək anasını qorumağa çalışmış, lakin bunu bacarmayınca ... onunla birlikdə həlak olmuşdur. İltifat Şirinov 2 uşaq atası idi. İltifat həlak olmuş digər 5 həfərlə yan-yana Qaradağlı kənd qəbirstanlığında dəfn edildi. Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 ŞƏHİD - Səmədova Gülzəndə Bakir qızı 1960-cı ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbini bitirmişdir.Üç övlad anası olan Gülzəndə Hüseynova 1991-ci il sentyabr ayının 8-də Ağdam şəhərindən qayıdarkən məlum qanlı hadisə nəticəsində erməni quldur birləşmələri tərəfindən qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Şirinov Böyükkişi Lələ oğlu 1931-ci ildə Xocavənd rayonu Vərəndəli kəndində doğulmuşdur. Sonradan ailəsi ilə birlikdə Qaradağlı kəndinə köçmüşdür.
Düzgün davranışlı, halal adam olan Böyükkişi Şirinov Qaradağlı kəndinin sayılıb-seçilən ağsaqqallardan idi.17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman əsir götürülənlərdən biridə Şirinov Böyükkişi idi. Əsirlikdə verilən işgəncələrin sonucunda, Şirinov Böyükkişi mart ayının 24-də Xankəndi həbsxanasında dünyasını dəyişmiş, Şəhid olmuşdur. Bir övladı yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Mustafayev Talıb Yaqub oğlu 26 yanvar 1973-cü ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbində təhsil almışdır. Uşaqlıqdan idmanın Karate növü ilə məşğul idi. Bir müddət Rusiyanın İrkutsk vilayətində yaşayan Talıb Mustafayev burada Texniki Peşə Məktəbinə daxil olmuşdur. Erməni təcavüzkarlığı şiddətlənəndə Talıbdoğulub boya-başa çatdığı Qaradağlı kəndinə qayıtmış və kəndin özünümüdafiə dəstəsinə qoşulmuşdur. Cəsur və qorxmaz bir gənc olan Talıb Mustafayev Qaradağlı kəndinin müdafiəsində ön sıralarda gedənlərdən olmuşdur. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduqdan sonra düşmənlər tərəfindən əsir götürülərək "Bəylik Bağı"nda qətlə yetirilmiş, Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Nazarov Şura İbad oğlu 1925-ci ildə Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndində ibtidai təhsil almışdır. Şəkkiz övlad atası idi. Şura kişi işgüzar, torpağa bağlı bir insan idi. Şura Nazarov nisbətən yaşlı olmasına baxmayaraq gümrah idi və Qaradağlının erməni hücumlarından qorumaq üçün Qaradağlı kəndinin özünümüdafiə dəstəsinin fəal üzvlərindən idi.
17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman Şura Nazarov əsir götürülərək Xankəndi şəhərinə gətirilərək, həbsxana divarları arasına atılmışdır. Həbsxanada hər gün mənəvi, fiziki işgəncə və əzablara məruz qalan Şura kişi 1992-ci ilin mart ayının 21-də Novruz bayramı günü Xankəndi həbsxanasında erməni quldurları tərəfindən qəddarlıqla döyülərək qətlə yetirilmiş, Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Nağıyev Aftandil Xanlar oğlu 1977-ci il avqust ayının 22-də Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbinin şagirdi idi. Təbiətcə sakit, olduqca tərbiyəli, dərslərində çalışqan bir şagird olan Aftandili müəllimləri də, şagird yoldaşları da çox sevirdilər. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduqdan sonra qardaşı Seyyur Nağıyevlə birgə əsir götürülmüş Aftandil "Bəylik Bağı"nda ermənilər tərəfindən güllələnərək qətlə yetirildi, Şəhid oldu.Digər əsir daşıyan avtomobildə olan qardaşı Seyyur isə çənə nahiyyəsindən güllə yarası almış və yalnız təsadüf nəticəsində sağ qalmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Quliyev Əlastan Nəriman oğlu 1944-cü ildə Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd məktəbində təhsil almışdır. Quliyev Əlastan sadə, dürüst, işgüzar və pak bir insan idi. Oğlu Quliyev Əloğlan 1991-ci ilin 8 sentyabrında ermənilər tərəfindən qətlə yetirilmiş, Şəhid olmuşdur. Quliyev Əlastan Qaradağlıya erməni hücumlarının qarşısının alınmasında dəfələrlə iştirak etmiş və düşmənlə döyüşdən heç vaxt çəkinməmişdir. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman Quliyev Əlastan da əsir götürülmüş, Xankəndi şəhərinə gətirilmişdir. Həbsxanada hər gün döyülən,işgəncə və əzablara məruz qalan Əlastan Quliyev 1992-ci ilin mart ayının 21-də Azərbacanlılar üçün bayram olan Novruz bayramında Xankəndi həbsxanasında erməni quldurları tərəfindən qəddarlıqla döyülərək qətlə yetirilmiş, Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD Quliyev Ələkbər Məmməd oğlu - 1946-cı ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd əsas məktəbini bitirmiş, sadə peşə adamı idi. 1991-ci ilin mart ayının 8-də erməni silahlı quldur birləşmələri tərəfindən Qaradağlı kəndindən 3 km aralıda "Kardaş" adlanan yerdə qətlə yetirilib. Ailəli idi. Qaradağlıda dəfn olunub!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD- Quliyev Əloğlan Əlaslan oğlu 25.09.1973-cü ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbini bitirdikdən sonra bir müddət Rusiya Federasiyasında yaşamış, daha sonra doğulub boya-başa çatdığı kəndinə qayıtmışdır. Lakin düşmən bu gəncin ömrünü yarı yolda kəsdi: 18 yaşlı Əloğlan, 1991-ci il sentyabr ayının 8-də Ağdam şəhərindən qayıdarkən məlum qanlı hadisə nəticəsində erməni quldur birləşmələri tərəfindən qətlə yetirilmişdir. Əloğlan Quliyevin atası Quliyev Əlaslan Nəriman oğlu da kəndin ermənilər tərəfindən işğalı zamanı əsir götürülərək qətlə yetirilmişdir. Anası Quliyeva Sədaqət İmran qızı isə kəndin ermənilər tərəfindən işğalı zamanı əsir götürülmüş lakin sonralar çox çətinliklədə olsa dövlət xətti ilə əsirlikdən azad olmuşdur. elə həmin gündən Sədaqər anamız aldığı o işgəncə və stresdən, həmdə itirdiklərinin ağrı acısından bu günə kimi əziyyət çəkməkdədir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Quliyev Gündüz Əlqəmə oğlu 27.02.1969-cu ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra təhsilini texniki peşə məktəbində davam etdirmiş, 1986-ci ildə "qaynaqçı" peşəsi üzrə tam kurs bitirərək müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Sadə əmək adamı idi. Quliyev Gündüz 1991-ci il sentyabr ayının 8-də Ağdam şəhərindən qayıdarkən məlum qanlı hadisə nəticəsində erməni quldur birləşmələri tərəfindən qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Quliyev Kamal Bəylər oğlu 1927-ci ildə Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndində ibtidai təhsil almışdır. Uzun illər kənd təsərrüfatınin müxtəlif sahələrində çalışan Kamal Quliyev işgüzar, torpağa bağlı bir insan idi. Kamal kişi də başqa həmkəndliləri kimi Qaradağlının erməni hücumlarından qorumaq üçün Qaradağlı kəndinin özünümüdafiə dəstəsinin üzvlərindən idi.
17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman Kamal Quliyev də əsir götürülərək Xankəndi həbsxanasına gətirilmişdir. Həbsxanada ermənilər tərəfindən hər gün döyülən, mənəvi, fiziki işgəncə və əzablara məruz qalan ixtiyar yaşlı Kamal kişi 1992-ci ilin aprel ayının 2-də Xankəndi həbsxanasında erməni quldurları tərəfindən qəddarlıqla qətlə yetirilmiş, Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Quliyev Mirzəli Nüsrət oğlu 1952-ci il aprel ayının 15-də Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd məktəbində natamam orta təhsil almışdı. Quliyev Mirzəli sadə, zəhmətkeş və xeyirxah bir insan idi. O, Qaradağlıda əmək fəaliyyəti ilə məşğul idi. Erməni təcavüzkarlığı başlayanda Mirzəli də, kəndin özünü- müdafiə dəstəsinə qoşulmuş və dəstənin fəal üzvlərində biri olmuşdur. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman kənd sakinləri ilə yanaşı Mirzəli Quliyevi də erməni quldurları "Bəylik Bağı"nda qətl etmişlər. Şəhid olmuşdur. Ailəli idi, beş övladı yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Quliyev Nəbi Mütalib oğlu 1971-ci il dekabr ayının 22-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbini bitirmişdi. İdmana böyük marağı olan Nəbi sərbəst güləş üzrə keçirilən yarışlarda həmişə yüksək yerlər tuturdu. Doğma kəndinin ağır günlərində müdafiənin ön sıralarında olmuşdur. Özəlliklə 1992-ci il fevralın 15-i, 16-sı, 17-si tarixlərdə kəndin müdafiəsində qəhrəmancasına mübarizə aparmışdır. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal edildiyi gün Quliyev Nəbi "Bəylik Bağı"nda ermənilər tərəfindən güllələnərək qətlə yetirildi, Şəhid oldu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Quliyeva Nazənim Rəşid qızı 04.09.1955-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbini bitirmişdir. Zəhmətkeş, ismətli, övlad qayğısı çəkən Nazənim Quliyeva 7 övlad anası idi. Quliyeva Nazənim 1991-ci il sentyabr ayının 8-də Ağdam şəhərindən qayıdarkən məlum qanlı hadisə nəticəsində erməni quldur birləşmələri tərəfindən qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Rəhimov Məhi Surxay oğlu 1922-ci ildə Xocavənd rayonu Əmirallar kəndində doğulmuş, doğulduğu kənddə ibtidai təhsil almışdır. Sonralar Qaradağlı kəndinə köçən Məhi Rəhimov təsərrüfatda çalışmış, az vaxt ərzində kənd sakinləri ilə qaynayıb-qarışmış, camaatın sayğısını qazanmışdır. Qaradağlı kəndinin qorunmasında digər həmkəndliləri ilə çiyin-çiyinə dayanan Məhi kişi də Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduqdan sonra əsir götürülmüş və "Bəylik Bağı"nda ermənilər tərəfindən güllələnərək qətlə yetirilmiş, Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Rüstəmova Zibər Abdıhüseyn qızı 1918-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Onun bütün ömrü doğma kəndində keçmişdir. Zibər Rüstəmova kənd sakinləri tərəfindən hər zaman hörmətlə qarşılanan mehriban bir ağbirçək idi. 17 fevral 1992-ci ildə ermənilərin Qaradağlı kəndini işğalı zamanı öz həyətində erməni quldur birləşmələri tərəfindən qətlə yetirilmiş, Şəhid edilmişdir!!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD -Mustafayev Qərib Həsrət oğlu 1962-ci ildə Beyləqan rayonu Dünyamalılar kəndində doğulmuş, Dünyamalılar kənd orta məktəbində təhsil almışdır. Qəribin əslan Qaradağlı kəndindən olan atası Həsrət kişi 1981-ci ildə ailəlikcə yenidən doğma kəndinə Qaradağlıya qayıtmışdır. Ermənilərin Qaradağlıya hücumları başlayandan Qərib Mustafayev dəQaradağlı (Milis o zamankı adı ilə) Polis bölməsinin gənc əməkdaşlarından biri kimi kəndin qorunmasında yaxından iştirak edirdi. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman kənd sakinləri ilə yanaşı Qərib Mustafayev də "Bəylik Bağı"nda erməni quldurları tərəfindən qətlə yetirilmiş, Şəhid olmuşdur. Ailəli idi, iki övladı yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Məmmədov Məmməd Əmirxan oğlu 1950-ci il avqust ayının 28-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd əsas məktəbini, sonra isə keçmiş Martuni beynəlmiləl orta məkrəbini bitirmişdir. Ardınca Şuşa Kənd Təsərrüfatı Texnikumunda oxuyan Məmməd Məmmədov uzun müddət ixtisası üzrə çalışmışdır. Ermənilərin torpaq iddialarının baş qaldırdığı vaxtdan başlayaraq, digər həmkəndliləri kimi o da doğma kəndini müdafiə edir, onun keşiyində dururdu.Qaradağlının işğal edildiyi gün 17.02.1992-ci il tarixdə ermənilər tərəfindən "Bəylik Bağı" adlanan ərazidə güllələnərək qətlə yetirilmiş, Şəhid olmuşdur.Ailəli idi, beş övladı yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Məmmədov Tohid Cəlil oğlu 1936-cı ildə Xocavənd rayonu Vərəndəli kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbində ibtidai təhsil almışdır. İşgüzar, əməksevər sadə zəjmət adamı olanTohid Məmmədov ömür-gün yoldaşı Qüdrət xanımla yorulmadan çalışaraq qazandıqları ruzi ilə böyük bir ailəni dolandırıblar. (onların 11 övladı var idi). Həmin fermada yanğın baş verdiyi zaman Qaradağlının qorxmaz oğulları öz həmkəndlilərinə kömək etmək üçün tələsik fermaya yollandılar. Onlar hadisə yerinə çatanda cinayətkarlar oradan uzaqlaşmışdırlar. Tohid kişinin ortancıl oğlu Rüzgar atasının yanmış cəsədini bağrına basaraq "qisasını düşməndən alacağıma and içirəm ata" deyib höhkür-hönkür ağladı.
Rüzgar andına sadiq qaldı. Həmin hadisədən 2 gün sonra avantürist erməni jurnalisti Zori Balayanın anadan olduğu Kəndxord kəndinin yaxınlığında, azərbaycanlılara qarşı cinayətlərdə "ad-san" çıxarmış bir erməni quldurunu qətlə yetirdi. Məmmədov Tohidin məzarı hal-hazırda işğal altında olan Qaradağlı kəndindədir. Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Məmmədov Ərəstun Ağalar oğlu 1969-cu il avqust ayının 29-da Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbində təhsil almışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik olan Ərəstun kəndin sayğılı gənclərindən idi. Doğma kəndinin erməni quldur birləşmələrindən qorunmasında hər zaman ön sırada olan Ərəstun gənc olmağına baxmayaraq ölümdən qorxmaz, doğma kəndinin müdafiəsində tərəddüt etmədən canından eblə keçməyə hazır idi. Lakin sayca və silah sursat baxımında qeyri bərabər olan bu döyüşdə 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal edildi və Ərəstunda ermənilər tərəfindən "Bəylik Bağı"nda güllələnərək qətlə yetirildi, Şəhid oldu. Şahid İfadəsi ilə təsdiq edilmişdir ki, erməni silahlıları əsasən gənclərin olduğu avtomobili dayandırıb, burada 10 nəfəri öldürəcəklərini, əgər on nəfər könüllü düşməsə onda hamını güllələyəcəklərini bildirincə, avtomobildən ilk olaraq Ərəstun yerə atılmış və sinəsini açaraq "Vurun, vurun, əclaflar! Onsuz da Qarabağ bizim olacaq!" deyə hayqırmışdır. Və onun bu dirənişinə qarşılıq olaraq, ermənisilahlı quldurları avtomatın dolu darağını onun açıq sinəsinə boşaltmışlar....

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Məmmədov Ədalət Şahmar oğlu 1958-ci il may ayının 31-də
Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbini bitirmişdir. Rusiya Federasiyasının Novoçerkask Meliorasiya Mühəndisləri İnstitutunu bitirmişdir. Yüksək biliyə malik, işinə vicdanlı münasibət bəsləyən bir insan olan Ədalət Məmmədov el-obanın sayğın insanlarından idi.
Ədalət Məmmədov Qaradağlı kənd könüllü özünümüdafiə dəstəsinin komandiri kimi ermənistan silahlı birləşmələri Qarabağda azərbaycanlı əhaliyə qarşı silahlı basqınlara, terror hadisələrinə başladıqları zamanda Vətənin müdafiəsinə qalxmış və Qaradağlı kəndinin erməni təcavüzkarlarına qarşı qorun-masında fəal iştirak etmişdir. Qaradağlının işğal edildiyi gün 17.02.1992-ci il tarixdə Ədalət Məmmədovda ermənilər tərəfindən əsir götürülmüş və Şəhid olmuşdur.
Ədalət Məmmədov ailəli idi və 2 övladı yadıgar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Kərimov Əliqismət Qara oğlu 1969-cu il fevralın 26-da Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbini bitirmişdir. Vətən torpaqlarının qorunmasında igidliyi ilə daim fərqlənən polis əməkdaşı Əliqismət Kərimov, erməni silahlı quldur birləşmələri ilə mübarizədə həmişə öndə olardı. 17 fevral 1992-ci ildə Qaradağlı kəndinə ermənilərin qəti hücumu zamanı Əliqismət hər iki ayağından ağır yaralanmış. buna baxmayaraq yenədə mübarizəni davam etdirmişdir. Lakin çoxlu qan itirmiş Əliqismət Kərimov saat 16-00 radələrində erməni silahlı qüvvələri Qaradağlını işğal edincə... gözlərini əbədi olaraq həyata yumdu, Şəhid oldu!!!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Kazımov Səlim Kazım oğlu 1958-ci il aprel ayının 15-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndin orta məktəbini bitirdikdən sonra təhsilini Bakı Yüngül Sənaye Texnikomunda davam etdirmişdir. Texnikomu bitirdikdən sonra Səlim ixtisası üzrə işləməyə başlamış və sonuncu iş yeri Şuşa İstehlak Cəmiyyətinin Qaradağlı kəndində fəaliyyət göstərən qarışıq mallar dükanı olmuşdur. Səlim sakit təbiətli, mehriban və sadə bir insan idi. Vətən yolunda, torpa uğrunda canından keçməyə hazır olan oğullardan biri də Səlim idi. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal edilən gün Səlimin qardaşı Nəsimi Kazımov qətlə yetirilir, Şəhid olur. Atası Kazımov Kazım isə əsir götürülmüşdür. Səlim atasının əsirlikdən azad olunması üçün bütün imkanlardan istifadə edir, yollar axtarırdı. Nəhayət Kazım kişi 31 mart 1992-ci ildə dövlət xətti ilə erməni əsirliyindən azad edildi. Lakin Səlim mart ayının 29-da Ağdam rayonu ərazisində həlak olmuş, Şəhid olmuş və atasını görə bilmədi.Ailəli idi, 3 övladı yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Kazımov Nəsimi Kazım oğlu 1968-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbini bitirmişdir. Qısa, ancaq şərəfli bir ömür yaşayan, Vətən yolunda Şəhid olan oğullardan biri də Qaradağlı Milis (Polis) bölməsinin əməkdaşı olan Nəsimi Kazımov idi. Xarakterli, qorxmaz və dərin hörmətə malik olan Nəsimi Kazımov Qaradağlı kəndinin ermənilərdən müdafiəsində yaxından iştirak etmişdir. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman kənd sakinləri ilə yanaşı Nəsimi Kazımov da ermənilər tərəfindən əsir götürülmüş və "Bəylik Bağı"nda qətlə yetirilmiş, Şəhid olmuşdur. Nəsimi Kazımov hələ ailə həyatı qurmamışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Əliyeva Səbiqə Mürsəl qızı 01.07.1936-cı ildə Qaradağlı kəndində doğulmuşdur. İlk təhsilini doğma kəndində almış, hələ gənc yaşlarından başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ailə həyatı qurduqdan sonra Səbiqə iki övlad dünyaya gətirir (1 qız, 1 oğlan). O, övladlarını böyüdüb, boya-başa çatdırmaq üçün hər zəhmətə qatlaşır, bu yolda qarşısına çıxan maneələri dəf edir. Bir sözlə, Səbiqə xanım uşaqlarına əsl ana qayğısı göstərir. Ermənilərin törətdiyi bu dəhşətli teror aktı nəticəsində 6 nəfər Qaradağlı sakini həlak oldu. Kəndin igid oğulları bunun əvəzini ermənilərdən çıxdılar. Səbiqə Əliyeva Qaradağlı kənd qəbirstanlığında, həmin faciyədə həlak olmuş digər beş nəfərlə yan-yana dəfn edilmişdir. Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD- Hüseynova Rahilə Şahmar qızı 1948-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbini bitirmişdi. 7 övlad anası idi. Hüseynova Rahilə 1991-ci il sentyabr ayının 8-də Ağdam şəhərindən qayıdarkən məlum qanlı hadisə nəticəsində erməni quldur birləşmələri tərəfindən qətlə yetirilmişdir. Zorla cəlb olunduğumuz ədalətsiz və elan olunmamış müharibə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü Rahilə xanımın ailəsinə böyük bədbəxtliklər gətirdi. Onun oğlu Hüseynov Xanalı 1992-ci il fevral ayının 16-da erməni silahlı quldur birləşmələrinin Qaradağlı kəndinə hücumu zamanı Şəhid olmuş, bir gün sonra isə məktəb yaşlı digər oğlu Hüseynov İbiş və həyat yoldaşı Hüseynov Həbib ermənilər tərəfindən əsir götürülüb, sonra da vəhşicəsinə qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD- Hüseynova Rəşxəndə Bayram qızı 1902-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Rəşqəndə Hüseynova ismətli, qayğıkeş və mehriban bir insan idi. O, 1991-ci il sentyabr ayının 8-də Ağdam şəhərindən qayıdarkən məlum qanlı hadisə nəticəsində erməni quldur birləşmələri tərəfindən qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Hüseynova Məxmər Məcid qızı 1928-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Məxmər Hüseynova gülərüz, səmimi, işgüzar və qaiğıkeş ana idi. Məxmər xanım həyatın xoş üzü ilə bərabər bəd üzünüdə görmüşdür. Yeganə oğlu Elmazı Vətənə laiqli bir oğul kimi böyüdüb boya-başa çatdırmış,
ona toy etmişdir. Hüseynova Məxmər Qaradağlı kənd qəbirstanlığında, həmin faciyədə həlak olmuş digər beş nəfərlə yan-yana dəfn edilmişdir. Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD- Hüseynova Qənirə Həmid qızı 1939-cu ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbini bitirmişdir. 8 övlad anası idi (onlardan 2-si ermənilər tərəfindən qətlə yetirilib). Hüseynova Qənirə 1991-ci il sentyabr ayının 8-də Ağdam şəhərindənqayıdarkən məlum qanlı hadisə nəticəsində erməni quldur birləşmələri tərəfindən qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Hüseynov Zülfüqar Dəmir oğlu - 1951-ci il noyabr ayının 10-da Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd 8 illik məktəbində, Martuni (indiki Xocavənd) orta məktəbində oxumuşdur. Ardınca Şuşa Kənd Təsərrüfatı Texnikomunu bitirən Zülfüqar uzun müddət ixtisası üzrə Baytar işləmişdir.
1991-ci ilin mart ayının 8-də erməni silahlı quldur birləşmələri tərəfindən Qaradağlı kəndindən 3 km aralıda "Kardaş" adlanan yerdə qətlə yetirilib.
Ailəli idi, beş övladı yadigar qalıb. Qaradağlıda dəfn olunub!- 1951-ci il noyabr ayının 10-da Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd 8 illik məktəbində, Martuni (indiki Xocavənd) orta məktəbində oxumuşdur. Ardınca Şuşa Kənd Təsərrüfatı Texnikomunu bitirən Zülfüqar uzun müddət ixtisası üzrə Baytar işləmişdir. 1991-ci ilin mart ayının 8-də erməni silahlı quldur birləşmələri tərəfindən Qaradağlı kəndindən 3 km aralıda "Kardaş" adlanan yerdə qətlə yetirilib. Ailəli idi, beş övladı yadigar qalıb. Qaradağlıda dəfn olunub!

 

 

 

 

 

 

 

 

 

 

 

Qaradağlı kəndində ölümlə nəticələnən ilk qanlı hadisə 24 noyabr 1990-cı ildə baş verdi. 3 (üç) nəfər dinc sakini (biri Qaradağlı kəndindən, digər ikisi isə qonaq olan azərbaycanlını) Xocavənd-Xankəndi yolunun 6 km-də qətlə yetirən ermənilər onların sinələrinə güllə ilə xaç şəkli çəkmişdilər. Onlardan kənd sakini Xandəmir Bəbir oğlu Hüseynov Qaradağlıda, digər iki nəfər isə öz ellərinə - Füzuli rayonuna aparılaraq orada dəfin olunmuşdur. ŞƏHİD Hüseynov Xandəmir Bəbir oğlu - 1932-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində doğulub. Orta təhsilli, sadə zəhmət adamı idi. Altı övlad atası idi. 24 noyabr 1990-cı ildə ermənilər tərəfindən qətlə yetirilib. Və çox keçmədi ki, kənddə ölümlə nəticələnən növbəti qanlı hadisə baş verdi. 09 yanvar 1991-ci ildə kəndə gələn "UAZ" markalı avtomaşın erməni silahlıları tərəfindən atəşə tutulddu, bir nəfər - Soltan Rəşid oğlu Bayramov şəhid oldu. (Həmin hadisə vaxtı daha 4 nəfər yaralanmışdır. Yaralılardan Nemət Əsgər oğlu Səmədov və Əfqar Musa oğlu Əzizov aldıqları yaralardan bir xeyli sonra dünyalarını dəyişdilər).

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD- Hüseynov Xanalı Həbib oğlu 1969-cu il dekabrın 12-də Qaradağlı kəndində doğulmuş, orta təhsilini Qaradağlı məktəbində almışdır. Anası ermənilər tərəfindən qətlə yetirilmişdir. Asayiş keşikçisi olan Xanalı Hüseynov Qaradağlının müdafiəsində sonadək igidliklə iştirak etmiş, 16 fevral 1992-ci ildə ermənilər tərəfindən Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Hüseynov Şura Hüseynalı oğlu 1934-cü ildə Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd yeddi illik məktəbini bitirmişdir. İşguzar, sadə bir insan idi. Beş övlad böyüdüb, boya-başa çatdırmışdır. Qaradağlının erməni hücumlarından qorumaq üçün Qaradağlı kəndinin özünümüdafiə dəstəsinin üzvlərindən biri idi Şura kişi.17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman əsir götürülənlərdən biri də Hüseynov Şura idi. O, da əsir götürülərək Xankəndi həbsxanasına gətirilimişdir. Həbsxanada hər gün döyülən,işgəncə və əzablara məruz qalan Şura kişi 1992-ci ilin mart ayının 31-də Xankəndi həbsxanasında erməni quldurları tərəfindən qəddarlıqla qətlə yetirilmiş, Şəhid olmuşdur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏHİD - Hüseynov Şahmurad Hüseynalı oğlu 1928-ci ildə Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd məktəbində ibtidai təhsil almışdır. Yeddi uşaq atası, olduqca qonaqpərvər və dostcanlı insan olan Hüseynov Şahmurada kənd sakinləri hər zaman sayğı ilə yanaşırdılar. 17 fevral 1992-ci il tarixdə Qaradağlı kəndi işğal olunduqdan sonra digər həmkəndliləri ilə birlikdə əsir götürülmüş və kəndin kənarında "Pir" adlanan yerdə hamının gözü qarşısında vəhşicəsinə qətlə yetirilmişdir.
 
 
 
 
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Hüseynov Niftalı Bakir oğlu 1975-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbinin şagirdi idi. Cəlb olunduğumuz bu ədalətsiz və amansız müharibə balaca Niftalının da qəlbində sağalmaz yaralar qoymuşdu. 1991-ci il sentyabr ayının 8-də ermənilərin törətmiş olduqları terror aktı nəticəsində onun anası Qənirə xanım həlak olmuş, bacısı Gülzəndə isə onurğa sütünundan ağır güllə yarası almışdır. (Gülzəndə bir qədər sonra 23 iyun 1992-ci ildə onurğasındakı sağalmaz güllə yarasından vəfat etmişdir). Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduqdan sonra Niftalı "Bəylik Bağı"nda ermənilər tərəfindən güllələnərək qətlə yetirildi, Şəhid oldu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Hüseynov Nahid Adil oğlu 1971-ci il noyabr ayının 17-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbini bitirmişdir. Nahid idmanın sərbəst güləş növünə maraq göstərir, bu növ üzrə qatıldığı yarışlarda həmişə uğurla çıxış edir və yüksək nəticələr əldə edirdi. Doğma yurdunun qorunması uğrunda igidliklə mübarizə apararaq Şəhid olan oğullarımızdan biri də Nahid Hüseynov idi. Qısa, lakin şərəfli bir ömür yaşayan Nahid də Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman ermənilər tərəfindən "Bəylik Bağı"nda güllələnərək qətlə yetirilmiş, Şəhid olmuşdur. Nahid Şəhid olarkən 21 yaşı vardı, hələ subay idi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hüseynov İmran Əhməd oğlu 1936-cı ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbində təhsil almışdır. Sadə peşə adamı, zəhmətkeş insan idi. İmran Hüseynov 10 övlad böyüdüb, boya-başa çatdırmışdı. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman əsir götürülənlər arasında İmran Hüseynov və onun həyat yoldaşı Həqiqət Hüseynovada vardı. Əsirlikdə verilən işgəncələrin, döyülmə və təhqirlərin sonucu olaraq İmran Hüseynov 1992-ci il fevral ayının 27-də Xankəndi həbsxanasında dünyasını dəyişmiş, Şəhid olmuşdur. Həyat yoldaşı Həqiqət Hüseynova isə çox çətinliklədə olsa dövlət xətti ilə əsirlikdən azad olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Hüseynov Əsgər Səməd oğlu 1922-ci ildə Qaradağlı kəndində doğulmuş, doğulduğu kənddə ibtidai təhsil almışdır. II Dünya Müharibəsinin iştirakçısı olan Əsgər Hüseynov, Berlinə kimi şərəfli döyüş yolu keçmişdir. 16 fevral 1992-ci il tarixdə erməni silahlı quldur birləşmələrinin Qaradağlı kəndinə növbəti hücumu zamanı evinə yaxınlaşan ermənilərə müqavimət göstərərkən Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Hüseynov Fədail Zülfüqar oğlu 1975-ci ildə Qaradağlı kəndində anadan olmuş, Qaradağlı kənd orta məktəbinin şagirdi idi. Şəhid övladı olan Fədail 17 fevral 1992-ci ildə Qaradağlı kəndinin erməni quldur birləşmələri tərəfindən işğalı zamanı digər həmkəndliləri ilə birgə əsir götürülmüş, "Pir"də babası Dəmir Hüseynovla birgə güllələnmiş, Şəhid olçusdur!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Hüseynov Fehruz Mahmud oğlu 1952-ci il may ayının 17-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbində təhsil almışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik sadə zəhmət adamı olan Fehruz Hüseynov fiziki cəhətdən güclü, mərd, qonaqpərvər bir insan idi. Doğma kəndinin erməni quldur birləşmələrindən qorunmasında hər zaman ön sırada iştirak edən könüllülərdən idi. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal edildiyi gün Fehruz Hüseynov da ermənilər tərəfindən "Bəylik Bağı"nda güllələnərək qətlə yetirildi, Şəhid oldu. Fehruz Hüseynov beş övlad atası idi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Hüseynov Həbib Həmzə oğlu 1938-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kəndində Poçt müdiri vəzifəsində işləyirdi. Həbib Hüseynov dürüst, hamı ilə xoş ünsiyyət yaratmağı bacaran insan idi. Cəlb olunduğumuz ədalətsiz və elan olunmamış müharibə onun ailəsinə böyük bədbəxtlik gətirdi. 08.09.1991-ci ildə həyat yoldaşı Rahilə xanım, 16 fevral 1992-ci ildə oğlu Xanalı Hüseynov ermənilər tərəfindən qətlə yetirilmiş, Şəhid olmuşlar.
17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman Həbib Hüseynov və məktəbli oğlu İbiş Hüseynov ermənilər tərəfindən əsir götürülmüşdür. Əsirlər zorla yük maşınlarına mindirilərək ata və oğul bir-birindən ayrı düşmüş, İbiş "Bəylik Bağı"nda vəhşicəsinə qətlə yetirilmiş, Həbib Hüseynov isə Ningi kəndinə gətirilərək, burada nümayişkarcasına başından güllə ilə vurularaq qətlə yetirilmiş, Şəhid olmuşdur.
(Beləliklə, amansız müharibə bu ailədən 4 nəfərin ömrünə son qoydu ki, buda tək bir ailənin yox, bütövlükdə xalqımızın başına gələn olumsuz hadisələrin çox acı bir örnəyidir...

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Abbasov Sərvər İldırım oğlu 1962-ci il noyabr ayının 10-da Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbini bitirmişdir. Ali təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnistitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqranomluq fakultəsində almış və mütəxəsis kimi doğma kəndinə qayıtmışdır. Sərvər Abbasov el-oba içərisində sayğılı insanlardan idi. 1991-ci ilin yanvar ayında o, Polis (milis) leytenantı olaraq Qaradağlı kəndinə sahə müvəkkili vəzifəsinə təyin olunmuşdur. Kəndin erməni sialhlılarından qorunmasında onun və digər həmkərlarının bəlli xidmətləri olmuşdur. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman kənd sakinləri ilə yanaşı Sərvər Abbasov da ermənilər tərəfindən əsir götürülmüş və "Zəki bulağı" deyilən yerdə güllələnərək qətlə yetirilmiş, Şəhid olmuşdur. Sərvər Abbasovun iki övladı yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Hüseynov İbiş Həbib oğlu 1977-ci il iyun ayının 16-da Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbinin şagirdi idi. İbişin anası Rahilə Hüseynova hələ 8 sentyabr 1991-ci ildə ermənilər tərəfindən qətlə yetirilmişdi. 14 fevral 1992-ci ildə erməni silahlı birliklərinin kəndə növbəti hücumu zamanı İbişin qardaşı Xanalı Hüseynova şəhid olmuşdur. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal edildiyi gün İbiş və atası Həbib Hüseynov digər həmkəndliləri ilə birlikdə əsir götürülmüşdür. "Bəylik Bağı"nda İbiş Hüseynov köksündən güllələnərək qətlə yetirildi, Şəhid oldu. İbişin atası Həbib Hüseynov isə ermənilər tərəfindən Cəmiyyət kəndində qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

ŞƏHİD - Tağıyev Elsevər Teyyub oğlu 1976-cı il may ayının 26-da Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndin orta məktəbində təhsil alırdı. Elsevər nümunəvi bir şagird idi. Mənfur ermənilər onun ömrünün ən gözəl çağlarında ona qıydılar. Elsevər 18 oktyabr 1991-ci ildə ermənilər tərəfindən qətlə yetirildi, Şəhid oldu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Axundov Hafiz Elmaz oğlu 1973-cü il yanvar ayının 10-da Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndin orta məktəbində oxumuşdur. Şuşa Kənd Təsərrüfatı Texnikomunda təhsil alırdı. Hafizdə kəndin sayılıb-seçilən gənclərindən idi. Olduqca cəsur olan Hafiz Qaradağlıya düşmən həmlələrinin qarşısının alınmasında yaxından iştirak edirdi. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunanda Hafizdə əsir götürülmüş və Xankəndinə aparılmışdır. 19 yaşı təzəcə tamam olmuş Hafiz 1992-ci ilin fevral ayının 19-da səhər saatlarında digər dörd həmkəndlisi ilə birgə Xankəndi həbsxanasından çıxarılmış və naməlum istiqamətə aparılmışdır. Digərləri kimi onun da sonrakı taleyi bu günə kimi dəqiq müəyyən edilməmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD- Babayeva Validə Həmid qızı 1932-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Olduqca zəhmətkeş insan, altı övlad anası olan Validə Babayeva 1991-ci il sentyabr ayının 8-də Ağdam şəhərindən qayıdarkən məlum qanlı hadisə nəticəsində ağır güllə yarası almış, başqa üç nəfərlə birgə vertolyotla Bakı şəhərinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmamış, bir il ağır yataq xəstəsi olduqdan sonra 12 sentyabr 1992-ci ildə vəfat etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Bayramov Arif İbrahim oğlu 1940-cı il oktyabr ayının 1-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd məktəbini bitirmişdir. Halal zəhməti ilə dolanan və sakit təbiəti ilə hamının hörmətini qazanan Arif Bayramov Qaradağlı kəndinin müdafiəsi zamanı ermənilərin snayperdən açdığı atəşlə qətlə yetirilmiş, Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Bayramov Elmidar Rəşid oğlu 1960-cı il oktyabr ayının 20-də Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbində təhsil almışdır. Ardınca Ağdam Kənd Təsərrüfatı Texnikomuna daxil olmuş və orada tam kursu başa vuraraq Aqranomluq ixtisasına yiyələnmişdir. Qaradağlı kolxozunda üzümçülük briqadiri kimi çalışmağa başlayan Elmidar Bayramov bacarıqli bir insan kimi tez bir zamanda hamının hörmətini qazanmışdır. Elmidar Bayramov xasiyyətcə mülaim, mehriban və vətənpərvər biri idi. Məlum Qarabağ hadisəsi zamanı ermənis-tanın Azərbaycan torpaqlarına hərbi təcavüzkarlığı başlanandan sonra Elmidar Bayramov da vətənin müdafiəsinə atılmışdır.(1991-ci ilin yanvar ayının 9-da onun qardaşı Sultan, elə həmin ilin sentyabr ayında isə bacısı Nazənim ermənilər tərəfindən qətlə yetirilmişdir).Həmkəndlliləri ilə bərabər kəndin müdafiəsində igidliklə duran Elmidar Bayramov da 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman ermənilər tərəfindən "Zəki bulağı" deyilən yerdə güllələnərək qətlə yetirilmiş, Şəhid olmuşdur. Elmidar Bayramovun iki qız övladı yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD Bayramov Soltan Rəşid oğlu - 27.10.1958-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1976-cı ildə Qaradağlı kənd orta məktəbinin 10-cu sinfini bitirərək Şuşa Kənd Təsərrüfatı Texnikumuna (əyani) daxil olmuş və bir il burada oxuduqdan sonra, hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vuraraq vətənə qayıdan Soltan təhsilini həmin texnikomda davam etdirmiş və zootexnik ixtisasına yiyələnmişdir. Daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnistitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) qiyabi şöbəsində təhsilini davam etdirmişdir. Qaradağlı kənd N.Nərimanov adına kolxozun idarə heyətinin sədri olan Soltan Bayramov 09 yanvar 1991-ci ildə erməni silahlı quldur birləşmələri tərəfindən qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Bayramov Rəşid Həşim oğlu 1927-ci ildə Qaradağlı kəndində doğulmuş, doğulduğu kənddə ibtidai təhsil almışdır. Kənd sakinlərinin böyük hörmətini qazanmış Rəşid Bayramov amansız müharibənin gedişində iki övladını (Bayramov Soltan və Quliyeva Nazənim) itirmiş, Şəhid vermişdir. Bayramov Rəşid özü də 17 fevral 1992-ci ildə erməni silahlı birləşmələrinin Qaradağlı kəndinə növbəti hücumu zamanı ermənilər tərəfindən Şəhid olmuşdur. Onun digər oğlu Elmidar Bayramov isə 17 fevral 1992-ci ildə Qaradağlı kəndi işğal olunan zaman əsir götürülərək qətlə yetirilib, Şəhid olub!!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Dadaşov Eldar İsa oğlu 1939-cu il fevral ayının 6-da Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd məktəbini bitirmişdir. El-obanın sayılıb seçilən sakinlərindən olan Dadaşov Eldar 17.02.1992-ci ildə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduqdan sonra digər həmkəndliləri və oğlu Uğur ilə birlikdə ermənilər tərəfindən girov götürülərək kəndin kənarında "Pir" adlanan yerdə vəhşicəsinə qətlə yetirilmişdir. Oğlu Uğur isə kəndin 2 km-dəki "Bəylik Bağı" deyilən yerdə ermənilər tərəfindən amansızlıqla güllələnmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Dadaşov Manaf İslam oğlu 1973-cü ildə Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbində təhsil almışdır. O, 16 fevral 1992-ci ildə erməni silahlı quldur birləşmələrinin Qaradağlı kəndinə qəti hücumu zamanı 1 saylı müdafiə postunda keşik çəkirdi. Qeyri bərabər döyüşdə 1 saylı müdafi postun erməni quldur birləşmələrinə qarşı güclü müqavimət göstərirdilər. Həmin gün həmkəndliləri Nobil Zeynalov, Altay Həsənov və Xanalı Hüseynov qəhrəmancasına vuruşaraq Şəhid oldular. Onlardan bir az aralıda mövqe tutan və döyüşü davam etdirən Manaf isə ayaqlarından ağır yaralanaraq yerimə qabiliyyətini itirdi. Böyük çətinliklə, sürünə-sürünə özünü həmkəndlilərinin olduğu digər müdafiə məntəqəsinə çatdıra bilşədə, o da fevral ayının 17-də gözlərini əbədi olaraq yumdu, Şəhid oldu!!!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Dadaşov Mikayılİslam oğlu 1970-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kəndin orta məktəbinin 8-ci sinfini bitirmiş və təhsilini 125 saylı Texniki Peşə məktəbində davam etdirirdi. Mikayıl doğma kəndinin müdafiə olunmasında çox yaxından iştirak edirdi. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunanda kəndin sağ qalmış sakinləri ilə yanaşı Mikayılda əsir götürülmüş, Xankəndinə aparılaraq həbsxanaya atılmışdır. 1992-ci ilin fevral ayının 19-da səhər saatlarında həbsxanadan çıxarılmış və naməlum istiqamətə aparılmış gənc azərbaycanlılardan biri də Mikayıl idi. Onun da sonrakı taleyi bu günə kimi dəqiq müəyyən edilməmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Dadaşov Uğur Eldar oğlu 1975-ci ildə Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kənd orta məktəbinin şagirdi idi. Xarakterli, qorxmaz və dərin hörmətə malik bir yeniyetmə olan Uğur kəndi erməni təcavüzündən qoruyanların sırasına qoşulmuşdur. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman kənd sakinləri ilə yanaşı uğur və atası Eldar Dadaşov da ermənilər tərəfindən əsir götürülmüşdür. erməni vandalları atanı Eldar Dadaşovu kəndin qırağında - Uğurun gözləri qarşısında qətl etmiş, onun özünü isə "Bəylik Bağı"nda qətl etmişlər. Hər ikisi də Şəhid olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Doluxanov Rəhim Möykəmə oğlu 6 dekabr 1969-cu ildə Qaradağlı kəndində doğulmuşdur. 1986-cı ildə Qaradağlı kənd orta məktəbinin səkkizinci sinfini bitirib. Həmin il Abşeron rayonu 147 saylı Orta Texniki Peşə məktəbinə daxil olur. 1989-cu ildə peşə məktəbini bitirib. 1989-cu ilin noyabırında hərbi xidmətə çağırılan Rəhim SSRİ Silahlı Qüvvələrindən təxris olunduqdan sonra Qaradağlı kəndinə qayıdaraq kənd özünümüdafiə dəstəsinə qoşulub. Qaradağlı kəndinin müdafiəsində ön sıralarda gedənlərdən olmuşdur. Cəsur və qorxmaz bir gənc olan Rəhim Doluxanov da Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduqdan sonra əsir götürülərək "Bəylik Bağı"nda qətlə yetirilib, Şəhid oldu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid - Əhmədova Sürəyya Cavad qızı 08.09.1959-cu il tarixdə Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuşdur. Sonradan Xocalı şəhər sakini ilə ailə həyatı quraraq Xocalı şəhərində yaşamışdır. 26.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı qətlə yetirilmiş, Şəhid olmuşdur.  Ailəli idi, bir övladı var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD- Böyük vətən müharibəsi iştirakçısı, 1910-cu il təvəllüdlü Qasım Hüseyn oğlu Əliyev 08 yanvar 1992-ci ildə Qaradağlı kəndinin yaxınlığında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, onun 100-ə yaxın şəxsi qoyunu ermənilər tərəfindən aparılmışdır.
Artıq Qarabağı Qarabağın əsl sakinlərindən - azərbaycanlılardan təmizləmə siyasəti özünün son həddinə yaxınlaşır, Qaradağlının mühasirə halqası tam daralırdı. 14.02.1992-ci ildə Kənxurd (Azərbaycan torpaqlarının işğal siyasətinin əsas ideoloqlarından olan Zori Balayanın anadan olduğu kənd), Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ningi, Xankəndi və ermənilərin məskunlaşdığı digər yaşayış məntəqələri istiqamətindən erməni silahlı quldur birlikləri xarici muzdluların və Xankəndində yerləşən 366-cı alayın texnikasından, canlı qüvvəsindən istifadə etməklə, əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə qəti və sürətli hücuma keçdi. Yalnız az miqdarda sadə silaha sahib olan kənddə düşmənlə qeyri-bərabər döyüş başladı. Artıq məsələnin sonluğu aydın idi - qarşıda iki yol dururdu: şərəfli ölüm və ya təslim olmaq. Qaradağlı sakinləri birinci yola üstünlük verdilər. Bu yolu seçən Qaradağlının igid və qorxmaz sakinləri 4 gün ərzində son güllələrinə qədər müdafiə olundu. Silah-sursatı tükənən soydaşlarımızı sonda Ermənistan silahlı quldur birləşmələri əsir götürdü və bu insanların növbəti məşəqqəti başlandı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏHİD - Əliyev Vətən Əmirxan oğlu 1972-ci il aprel ayının 13-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndin orta məktəbini bitirmişdir. Olduqca tərbiyəli, səmimi və ürəkli olan Vətən kənd sakinlərinin sevimlisi idi. Ermənilərin torpaq iddiası ilə xalqımıza təcavüzü başlanan gündən Vətən də digər vətənpərvər kənd sakinləri ilə çiyin-çiyinə doğma yurdunun müdafiəsinə qalxmışdı. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunanda o və özündən böyük qardaşı Əliyev Şahruz Əmirxan oğlu da əsir götürülənlər arasında idi. Vətən digər əsir götürülənlərlə yanaşı Xankəndi şəhərinə aparılmış, həbsxanaya atılmışdır. Özünün və vətəninin başına gələnlərlə heç cür razılaşmayan Vətən bunu özünə böyük təhqir hesab edir, bir çıxış yolu axtarırdı. 1992-ci ilin fevral ayının 19-da səhər saatlarında o və digər gənc azərbaycanlı əsir Xankəndi həbsxanasından çıxarılıb naməlum istiqamətə aparıldılar. Onların sonrakı taleləri bu günə kimi bəlli deyil.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏHİD - Əliyev Xaliq Məhərrəm oğlu 1975-ci il avqust ayının 1-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbində təhsil alırdı. Ermənilərin Azərbaycana təcavüzü başlayanda Xaliqin 13 yaşı vardı. Təbiətcə gülərüz və mehriban olan Xaliq kəndə həmyaşıdları arasında böyük hörmətə malik idi. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal edildiyi gün Əliyev Xaliq "Bəylik Bağı"nda ermənilər tərəfindən güllələnərək qətlə yetirildi, Şəhid oldu.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏHİD - Əliyev Zahid Zeynal oğlu 1955-ci il oktyabr ayının 1-də Beyləqan rayonu Əlinəzərli kəndində doğulmuş, ibtidai təhsilini Əlinəzərli kəndində almışdır. Sonra ailəsi Qaradağlı kəndinə köçdüyündən, Zahid Əliyev orta təhsilini Qaradağlıda davam etdirmişdir. Ardınca Bərdə şəhər 47 saylı Texniki Peşə Məktəbinə daxil olmuş Zahid Əliyev, burada tam kursu başa vurduqdan sonra, təhsilini artırmaq üçün Şuşa Kənd Təsərrüfatı Texnikumunun qiyabi şöbəsinə daxil olmuşdur. O, Nəriman Nərimanov adına kolxozda xəzinədar vəzifəsində çalışırdı. Ermənistanın təcavüzkarlığı açıq xarakter alanda, Zahid də doğma yurdun müdafiəsinə qalxmışdı.
17 fevral 1992-ci ildə Qaradağlı kəndinin işğalı günü Zahid Əliyev erməni quldurları tərəfindən "Bəylik Bağı"nda güllələnərək qətlə yetirilmiş, Şəhid olmuşdur. Zahid Əliyevin dörd övladı yadigar qalıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏHİD - Əzizov Alov Əfqar oğlu 1968-ci il sentyabr ayının 1-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbini bitirmişdir.Hərbi xidmətini Sovet Ordusu tərkibində Əfqanıstanda keçmiş, təxris olunduqdan sonra təhsilini davam etdirmək üçün Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnistitutunun (indiki BSU) qiyabi şöbəsinə daxil olmuşdu. Alov Əzizov Qaradağlı kənd orta məktəbində "Rus dili" fənnini tədris edirdi. Dağlıq Qarabağda cərəyan edən hadisələr, Qaradağlı kəndində vəziyyətin günü-gündən gərginləşməsi Alovu da kitab-qələmi silahla əvəz etməyə, doğma yurdun müdafiəsinə qalxmağa vadar etmişdir. 1992-ci ilin yanvar ayının 12-də ermənilərin kəndə növbəti həmləsinin qarşısı alınarkən Alov ayağından yaralanmışdır. Çətinliklə Ağdam xəstəxanasına çatdırılan Alov, üç günlük müalicədən sonra yenidən Qaradağlıya qayıtmışdır. 17 fevral 1992-ci ildə Qaradağlı kəndinin işğalı günü əsir götürülən Alov qardaşı Atəş Əzizov və 30 nəfərə yaxın həmkəndlisi ilə birlikdə "Bəylik Bağı"nda güllələnərək qətlə yetirilmiş, Şəhid olmuşdur. Alov Əzizov subay idi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏHİD - Əzizov Atəş Əfqar oğlu 1971-ci il fevral ayının 13-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Azərbaycan Texnologiya İnistitutuna (indiki Azərbaycan Texnologiya Universiteti) daxil olmuşdur. Qaradağlı kəndinin erməni quldur birləşmələrinə qarşı müdafiəsində dayanan gənclərin sırasında Atəş Əzizovda var idi. Xarakterli, qorxmaz və vətənpərvər bir gənc olan Atəş Əzizov 17 fevral 1992-ci ildə Qaradağlı kəndinin işğalı günü erməni vandalları tərəfindən "Bəylik Bağı"nda güllələnərək qətlə yetirilmiş, Şəhid olmuşdur. AtəşƏzizov subay idi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏHİD -Əzizov İltifat Yelmar oğlu 1964-cü il oktyabr ayının 24-də Qaradağlı kəndində doğulmuşdur. Qaradağlı kəndin orta məktəbini bitirmişdir. Dağlıq Qarabağda erməni təcavüzkarlığı başlanan gündən İltifat Əzizov da digər həmkəndliləri kimi doğma yurdun müdafiəsinə, təcavüzkarlara qarşı mübarizəyə qalxmışdır. İltifat müharibənin gedişində aldığı yaralardan, keçirdiyi mənəvi və psixoloji sarsıntılardan 26 may 1993-cü ildə dünyasını dəyişmiş, Şəhid olmuşdur.
Ailəli idi, 2 övladı yadigar qalıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏHİD - Həsənov Altay Məhəmməd oğlu 1970-ci il may ayının 5-də Qaradağlı kəndində doğulmuş, orta təhsilini Qaradağlı məktəbində almışdır. O, cəsur və qorxmazlığı ilə seçilirdi.Hər zaman müdafiənin ön sırasında olan Altay da, 16 fevral 1992-ci il tarixdəki məlum düşmən hücumunu dəf edərkən, igidliklə döyüşərək Şəhid olmuşdur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏHİD - Hüseynov Dəmir Musa oğlu 1920-ci ildə Qaradağlı kəndində doğulmuş, Qaradağlı kənd məktəbində ibtidai təhsil almışdır. II Dünya Müharibəsinin iştirakçısı olmuş, şərəfli döyüş yolu keçmişdir. Şəkkiz övlad böyüdüb boya-başa çatdırmış Dəmir Hüseynov ailəsini halal zəhmətlə dolandıran zəhmətkeş insan idi. 17 fevral 1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunduqdan sonra nəvəsi 17 yaşlı Fədail Hüseynov və digər həmkəndliləri ilə birlikdə əsir götürülmüşdür. Ermənilər əsir götürdükləri kənd sakinlərindən əsasən gəncləri seçərək başqa maşınlara yığarkən Dəmir Hüseynov nəvəsinə həyan olmaq üçün onunla eyni avtomabilə minir. Ermənilər yük avtomobilini "Pir"də saxlayınca, onu da nəvəsi Fəadillə birgə yerə düşürüb güllələyirlər, Şəhid edirlər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏHİD - Hüseynov Əbülfət Mehman oğlu 1975-ci il iyul ayının 1-də Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndin orta məktəbində təhsil almışdır. Olduqca bacarıqlı, çevik və səmimi olması ilə kənd sakinlərinin sevimlisinə çevrilən Əbülfət, yaşının az olmasına baxmayaraq, doğma kəndinin müdafiə olunmasında yaxından iştirak edirdi. 17.02.1992-ci il tarixdə Qaradağlı kəndi erməni quldur birləşmələri tərəfindən işğal olunanda kəndin sağ qalmış sakinləri ilə bərabər o da əsir götürülərək Xankəndinə aparılaraq həbsxanaya atılmışdır. 1992-ci ilin fevral ayının 19-da səhər saatlarında həbsxanadan çıxarılmış və naməlum istiqamətə aparılmış gənc azərbaycanlılardan biri də Əbülfət idi. Onun da sonrakı taleyi bu günə kimi dəqiq müəyyən edilməmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Axundov Müslüm Hüseyin oğlu 17 may 1954 –cü ildə Xocavənd rayon Əmrallar kəndində anadan olub.1961 –ci ildə Əmrallar kənd orta məktəbinin I sinifinə gedib.1969-cu ildə həmin məktəbin 8-ci  sinfini bitirib.1979-cu ildə ailə quraraq ailəsi ilə birlikdə Kuropatkin kəndinə gəlib və üzümçülük sovxozunda fəhlə kimi işə başlayıb.Məlum Qarabağ hadisələri başlayan gündən Kuropatkin kəndində yaradılmış öznümüdafiə dəstəsinin üzvü olmuşdur.1989-cu ildən Kuropatkin kənd öznümüdafiə dəstəsi tərkibində torpaqlarımızın müdafiə olunması üçün erməni quldur birləşmələrinə qarşı döyüşmüşdür.Erməni quldur birləşmələrinə qarşı döyüşlərdə fəal iştirak etmiş və bir sıra mühüm əməliyyatlarda yaxından iştirak edərək,erməni quldurlarına qarşı amansız  olmuşdur.Axundov Müslüm Hüseyn oğlu 02.11.1992-ci ildə erməni quldurları ilə qeyri-bərabər döyüşdə Kuropatkin kəndinin 3-4 km-də Təyyarə meydanı adlanan yerdə erməni quldurları tərəfindən qətlə yetirilərək şəhid olmuşdur.Şəhidin 5 övladı vardır,hal-hazırda Ağcabədi rayonunun Muğanlı kəndində yaşayırlar.
Şəhid Axundov Müslüm Hüseyn oğlu Beyləqan rayon Dünyamallar kəndində dəfn olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Ağamalıyev Azər Ağamalı  oğlu  25 avqust   1973-cü il tarixdə Xocavənd rayonunun Axullu kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1980-1990-cı illərdə Füzuli rayon Aşağı Veysəlli kənd orta məktəbində təhsil alıb. Azər  Ağamalıyev 1991-92-ci illərdə Axullu kəndinin “Qızıl qaya” yaxınlığında yerləşən heyvandarlıq kompleksində fəaliyyət göstərmişdir. O, “Qızıl qaya” ətrafında gedən döyüşlərdə yaxından iştirak etmişdir.1993-cü ilin yanvar ayının 5-də ermənilər rus ordusunun köməkliyi ilə tank və BTR-lərlə “Qızıl qaya” istiqamətində Aşağı Veysəlli kəndinə eləcədə heyvandarlıq kompleksinə  hücuma keçdilər.Kompleksin müdafiəçiləri onları səngərdə qarşıladılar.Ermənilər gülləni dolu kimi  yağdırırdılar.Azərin qardaşı Dünyamalı ağır yaralanmışdı, onu təcili xəstəxanaya aparmaq lazım idi. Bu tərəfdəndə ermənilər kompleksdən  heyvanları dəstələyib aparırdılar. Vəziyyəti belə görən Azərin dünya başına hərləndi.O,səngərdən çıxaraq  kənarda bağladığı atına yaxınlaşdı. Anası Sona Azərin nə edəcəyini duyub ona yalvarmağa başladı .Lakin Azər heç nə eşitmitdi.O, cəld ata sıçırayıb özünü mal-qara qovub aparan bir dəstə erməniyyə yetirdi. Azər əlindəki  beşatılanla onları gülləyə tutdu. Qəfil hücumdan ermənilər özlərini itirmişdirlər.Azər atdan düşərək atı özünə səngər etdi.Bir azdan, bədəninə dolmuş güllələrin təsirindən  at yıxıld. Bu zaman Azər kənara sıçrayıb axır gülləsinə qədər erməni quldurları ilə döyüşdü.Qeyri bərabər gedən döyüşdə  Azər ağır yaralanmışdı,döyüş meydanında axıra kimi  qəhramanlıqla döyüşüb şəhidlik zirvəsinə yüksəldi.

 

 

 

 

 

 

 

Şəhid Bayramov Tağı Hüseyn oğlu 23 oktyabr 1966-cı ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur.1973-1980-ci illərdə Əmirallar kənd səkkiz illik məktəbində təhsil almışdır.Orta məktəb təhsilini Füzuli rayonunda başa vurub, 1982-ci ildə Bakı Politexnik Texnikumuna daxil olmuşdur. 1983-1984-cü illərdə Sovet Ordusu sıralarında xidmətini başa vurduqdan sonra təhsilini davam etdirərək 1986-cı ildə bitirmişdir.
    Məlum Qarabağ hadisələri ilə əlaqədar kəndə qayıdaraq Əmirallar İcraiyyə komitəsind şöbə müdiri vəzifəsində işləmişdir.
      16 dekabr 1991-ci ildə döyüş tapşırığını yerinə yetirərkən girov götürülərək erməni millətçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, uzun danışıqlardan sonra 8 yanvar 1992-ci ildə onun nəşi ermənilərdən alınaraq Əmirallar kənd qəbirsanlığında dəfn edilmişdir. Ailə qurmamışdı.
Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Balakişiyev Məhəmmədəli Qəhrəman oğlu  10 noyabr 1978-ci ildə Xocavənd rayon Günəşli  kəndində kolxozçu ailəsində göz açmışdır. Böyüyəndə vətənə layiqli bir insan olmağı qarşısına məqsəd qoyan Məhəmmədəli gələcək taleyindən xəbərsiz idi.  O, 20 sentyabr 1988-ci ildə  münaqişələr zəminində həlak oldu. Onu doğulduğu Günəşli kəndində dəfn  etdilər.  Allah rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Bəhrəmov Vaqif Cəlil oğlu 25 fevral 1956-cı ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur.1963-1971-ci illərdə Əmirallar kənd səkkiz illik məktəbində təhsil almışdır.1974-cü ildə Kolxozda sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1974-1976-cı illərdə Sovet Ordusu sıralarında xidmətini başa vurduqdan sonra həmin kolxozda işləmişdir.Əmirallar kəndini erməni hərbi quldur birləşmələrindən müdafiə edərkən yaralanıb erməni quldurlarına girov düşmüşdür.Hal-hazıra qədər aqibəti məlum deyil. Ailəli olub dörd övladı var. Allah rəhmət etsin

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Balakişiyev Cəmil Xanalı oğlu 30 avqust 1954-cü ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur.1961-1972-ci illərdə Əmirallar kənd səkkiz illik məktəbində təhsil almışdır. 1974-1976-cı illərdə Sovet Ordusu sıralarında xidmətini başa vurduqdan sonra sürücülük ixtisasına yiyələnərək sürücü işləmişdir. Əmirallar kəndini erməni hərbi quldur birləşmələrindən müdafiəsi üçün yaradılmış kənd könüllü özünümüdafiə dəstəsinə üzv olmuşdur.21 may 1992-ci ildə erməni quldurlarının atdığı güllə yarası nəticəsində kəndi müdafiə edərkən şəhid olmuşdur. Beyləqan rayon Dünyamalılar kənd qəbirsanlığında dəfn edilmişdir. Ailəli olub dörd övladı var. Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Bədirov Yunis Nərçə oğlu 14 yanvar 1973-cü ildə Xocavənd şəhərində anadan olmuşdur.1980-1988-ci illərdə Əmirallar kənd səkkiz illik məktəbindətəhsil almışdır. 1989-1991-ci illərdə Füzuli rayon Peşə məktəbində təhsilini davam etdirərək sürücü peşəsinə yiyələnmişdir.Məlum Qarabağ hadisələri ilə əlaqədar erməni hərbi quldur birləşmələri tərəfindən Xocavənd şəhərindən zorla çıxarıldıqdan sonra ailə üzvləri ilə birlikdə Füzuli rayonunda məskunlaşmışlar.Yunis də torpaqlarımızın müdafiəsində durmaq üçün Füzuli rayonunun 702 saylı hərbi hissəsinə könüllü olaraq daxil olmuşdur.24 iyul 1993-cü ildə Füzuli rayonunun  müdafiəsi zamanı davam etdirərək 1990-cı ildə Gəncə Yüngül Sənaye Texnikumunun qiyabi şöbəsinə daxil olmuşdur.1992-ci ilin yanvar ayından may ayına kimi Əmirallar kənd könüllü özünümüdafiə dəstəsinin üzvü olmuşdur.12 iyun 1993-cü ildə  erməni quldurlarının atdığı top mərmisinin partlayışı nəticəsində şəhid olmuşdur.Ailə qurmamışdı.Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid  Eyvazov Şirvan Hümbət oğlu 5 yanvar 1972-ci ildə Mardakert rayonunun Seysulan kəndində dünyaya göz açmışdır. 1979-cu ildə  Ağcabədi rayonunun Qaravəlli kənd səkkiz illik məktəbin birinci sinfinə getmiş Şirvan 1987-ci ildə həmin məktəbin  8-ci sinfini bitirmişdir.  Orta təhsinini tam olaraq Hadrut rayonunun Köçbək (indiki Xocavənd rayonunun Günəşli) kəndində başa vurmuşdur.   1991-ci ildə dağlıq qarabağda baş verən hadisələrə biganə qala bilməyən Şirvan  Günəşli kənd özünümüdafiə batalyonuna qoşulur. Döyüşlər gedən zaman Ağdam rayonu silah-sursat sarıdan Günəşli kənd könüllü özünümüdafiə dəstəsinə arabir köməkliklər göstərirdi. Əlləri hər yerdən üzülmüş müdafiəçilər bu köməyi böyük minnətdarlıqla qarşılayırdılar. Sanki onlara dünyanı bəxş edirdilər.
    1992-ci il aprelin 1-də Ağdam rayonundan özünümüdafiə dəstəsi üçün göndərilmiş və “Sorca” adlanan fermada yerləşdirilmiş patron və top mərmilərini kəndə gətirmək üçün komandir bir neçə nəfəri həmin fermaya göndərir. Şirvan Eyvazovda göndərilənlərin cərgəsində idi. Verilən tapşırığı yerinə yetirib geri qayıdarkən kənddə vəziyyət pisləşmişdi. Ermənilər kəndi toplardan, tanklardan  atəşə tutmuşdular. Elə bu zaman düşmənin atdığı top mərminlərinkən biri Şirvanın  yaxınlığına düşərək dəhşətli partlayış yaradır. O, aldığı ağır qəlpə yarasından həlak olur və Günəşli kəndindəki qəbristanlıqda dəfn edilir. Şirvan subay idi. Müharibənin bitməsini gözləyirdi ki, ailə qursun. Ancaq düşmənlər onun bu arzusunu ürəyində qoydu. Allah rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Əliyev Nəriman Qəmbər oğlu 15 yanvar 1936-cı ildə Füzuli rayonunun Yuxarı Güzdək kəndində doğulmuşdur. Orta təhsilini Füzuli rayonunun Qaradağlı kəndində almışdır. 1966-cı ildə Bakı Statistika Texnikumunu bitirdikdən sonra təyinatla Hadrut rayon Texnika Birliyinə göndərilən Nəriman 1988-ci ilə kimi həmin müəssisədə mühasib vəzifəsində işləmişdir. 1988-ci ildə Hadrutda işləyən bütün azərbaycanlılar kimi Nərimanı da işdən çıxarırlar. Bundan sonra o Füzuli rayon Texnika Birliyində mühasib işləməyə başlayır.
    1991-ci ildə Füzuli rayon özünümüdafiə batalyonuna üzv yazılan Nəriman Əliyev torpaqlarımızın müdafiəsi uğrunda gedən  mübarizəyə atılır. 1992-ci il yanvarın 1-dən 2-nə keçən gecə Nərimanın üzv olduğu özünümüdafiə batalyonu Hadrut rayonunun Köçbək kəndinə hücuma keçərək kəndi ermənilərdən geri almaq məqsədi ilə əməliyyata başlayırlar. Həmin əməliyyatda Günəşli kəndinin qeyrətli oğulları da iştirak edirdilər. Nəriman kəndin içərilərinə qədər gəlib çıxan döyüşçülərin sırasında idi. Əlavə köməyin gəlməməsi hücumçuları geri çəkilməyə məcbur etdi. Geri çəkilərkən “Səridür” adlanan ərazidə düşmənlər Nərimanı yaraladılar. Ağır yaralanan Nərimanı döyüş meydanından çıxarmaq mümkün olmadı. Çünki, həmin ərazini ermənilər 3 tərəfdən atəş altında saxlayırdılar. Bununla ürəkləri soyumayan düşmənlər Nərimanı yaralı ayağından yük maşınına bağlayıb Hadruta apardılar.  Onun cəsədi bir həftədən sonra ermənilərdən alındı və Yuxarı Güzdək kəndindəki qəbristanlıqda torpağa tapşırıldı.
Allah rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

 

1941-ci ildə Qaryagin kəndində  ( Füzuli rayonu) anadan olmuşdur. Fərzəli hələ həddi buluğa çatmamış atası Böyük Vətən Müharibəsinə getmiş və bir daha geri qayıtmamışdır. 1955-ci ildə Fərzəli Xocavənd rayonun Xocavənd kəndinə gəlir. O. təhsilini burada davam etdirərək Xocavənd kənd yeddi illik məktəbini bititrir və Martuni Ət Tədarükü Məntəqəsinə çoban işləməyə başlayır. Hərbi xidməti başa vurub Xocavənd kəndinə qayıdan bir müddət kənddə qaldıqdan sonra Bakı şəhərinə yollanır. Burada metro tikintisində fəhlə işləməyə başlayır. Uzun bir vaxtdan sonra o yenidən kəndə qayıdır və Kolxozlararası tikinti idarəsində işə düzəlir. Elə bu ərəfədə Nüşabə xanıçla ailə qurur. Onların 7 övladı dünyaya gəlir.1988-ci ilin əvvələrindən başlanan münaqişələr get –gedə dərinləşirdi. Nankor qonşularımızın günü-gündən azğınalaşması , tez-tez Xocavənd kəndinə hücumlar etməsi kənd sakinlərini doğma torpaqlarının müdafiəsinə qalxmağa vadar etdi. Ermənilərə qarşı mübarizə aparan vətənpərvərlərin cərgəsinə Fərzəli kişi də qoşulmuşdu.O. 16 noyabr 1991-ci ildə ermənilərin Xocavənd kəndinə növbəti həmləsi zamanı düşmən gülləsinə tuş gələrək şəhid oldu. Onu Ağcabədi rayonunun Xocavənd kəndindəki qəbirstanlıqda dəfn etdilər. Allah rəhmət eləsin

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Gülüşov Aydın İldırım oğlu 1 aprel 1970-ci ildə fizuli rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1977-ci ildə Qaradağlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə həmin məktəbdə orta təhsilini başa vurmuşdur. Aydın 1988-ci ildə hərbi xidmətə çağrılır. 1990-cı ildə qulluğu başa vuraraq Sovet ordusu sıralarından tərxis olunan Aydın Günəşli kəndindəki H.Abbasov adına kolxozda işləməyə başlayır. Dağlıq Qarabağda 1988-ci ilin fevralından başlanan münaqişələr Aydını çox narahat edirdi. O, Günəşli kənd könüllü özünümüdafiə dəstəsinin tərkibinə daxil olur. 15 iyul 1992-ci ildə keçmiş Hadrut rayonunun ermənilər yaşayan Məlikcan kəndinə hücum əməliyyatının fəal iştirakçıları sırasında Aydın Gülüşov da var idi. Bu əməliyyat nəticəsində erməniləri Məlikcan kəndindən müvəffəq olan igidlərimizin əlavə köməyə ehtiyacı var idi. Lakin köməyin gəlməməsi, ermənilərin hərbi texnika və canlı qüvvə cəhətdən qat-qat üstünlüyü döyüşçülərimizi Məlikcan kəndindən çıxmaq məcburiyyətində qoydu. Əks hücuma keçən ermənilərlə qanlı döyüş başladı. Aydın elə həmin döyüşdə qəhrəmancasına həlak oldu. Onu Fizuli rayonunun Qaradağlı kəndində dəfn edildi. Allah rəhmət eləsin, yeri cənnət olsun.

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Həşimov Mirzə Müzəffər oğlu 10 sentyabr 1972-ci ildə Füzuli rayonunun Gorazıllı kəndində anadan olmuşdur. Orta təhsilini 1979-1989-cu illərdə Füzuli rayonunun Qarakollu kənd orta məktəbində almışdır. 1990-cı ildə Mirzəgilin  ailəsi Xocavənd rayonunun Günəşli kəndinə köçür.  Elə həmin tarixdə  erməni quldurlarından qorunmaq məqsədiylə yaradılmış Günəşli kənd özünü müdafiə  dəstəsinə qoşulur. Uğurla həyata keçirilən bir neçə əməliyyatda o,öz  sözünü deyir.Döyüşlərdə həmişə öndə getməyi üstün tutardı. 2 iyul 1993-cü ildə erməni quldurları ruslardan əldə etdikləri silahlardan Günəşli kəndini atəşə tutdular. Hər tərəfdən kəndin üzərinə dolu kimi yağan güllələr və top mərmiləri vahimə doğururdu. Mirzə vəziyyətdən necə çıxmaq lazım olduğunu döyüş yoldaşları ilə müzakirə etmək üçün onların yanına telesirdi. Elə bu vaxt atılan top mərmisinin biri onun yaxınlığına düşərək  partladı. Nəticədə başından ağır güllə yarası alan Mirzə həlak oldu. Onu doğulduğu Gorazıllı kəndində dəfn etdilər. Allah rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10 yanvar 1955-ci ildə Xocavənd rayonun Xocavənd kəndində anadan olmuşdur. 1962-ci ildə Xocavənd kənd orta məktəbinin  birinci sinfinə qədəm qoymuş Qəndab dərslərinə səliqə və sahmanına diqqətlə yanaşardı. O, bədii kitabları oxumağı çox sevərdi. Şer söyləmə qabiliyyəti o qədər gözəl idi ki, müxtəlif tədbirlərdə, bayram şənliklərində vətənə, gözəlliyə, təbiətə aid şerlər söyləmək üçün birinci ona söz verilərdi. Orta məktəbi “4” və “5” qiymətlərlə bitirən Qəndab Azərbaycan Dövlət İnstitunun ( indiki Bakı Dövlət Universiteti) “ Kitabxanaçılıq” fakultəsinə daxil olur və 1978-ci ildə Universiteti bitirir.Ömrünün sonuna qədər Xocavənd kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışan Qəndab xanım təkcə ziyalı və təşkilatçı bir qadın kimi deyil. Həm də kişi paltarı geyib çiyninə tüfəng alaraq səhərədək oyaq qalan,postlara tez-tez baş çəkərək müdafiəçilərə ürək-dirək verən, torpağı, vətəni üçün canını belə fəda etməyə hazır olan Tomris qeyrətli bir qadın idi. Qəndab Hüseynova dəfələrlə aidiyyatı qurum və təşkilatlarda olaraq Xocavənd kəndində vəziyyətin günü-gündən pisləşməsi, müdafiəçilərin silah və sursata ehtiyaclarının olması barədə onları məlumatlandırmış və kəndi erməni quldur birləşmələrindən qorumaq üçün onlardan kömək diləmişdir.Həyat yoldaşını erkən itirmiş Qəndab xanım 3 övlad böyüdürdü. Tək valideyn üçün hərtərəfli övlad böyütmək, təlim-tərbiyəsi ilə məşğul olmaq nə qədər çətin olsa da o, bu işin öhdəsindən gəlirdi.Əfsuslar olsun ki, bu xanım bizləri çox tez trərk etdi. 19 yanvar 1989-cu ildə həlak olanlardan biri də Qəndab Hüseynova idi. Onun məzarı hazırda işğal altında olan Xocavənd kəndindədir. Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

Şəhid Hüseynov Əlövsət Məyiş  oğlu 1956-cı ildə Xocavənd  rayonunun  Axullu kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1962-ci ildə Xocavənd rayonunun Edilli kənd orta məktəbinin birinci sinifinə daxil olmuş və 1972-ci ildə həmin məktəbin onuncu  sinfini  bitirmişdir. 1974-1976-ci  illərdə SSRİ-nin Silahlı qüvvələrində xidmət  etmişdir.1976-78-ci illərdə  Politexnik Texnikumunuda təhsil alaraq  “Elektrik mexaniki” ixtisasına yiyələnmişdir.1978-ci ildən Axullu kənd  “Drujba “ sovxozunda  elektrik  mexaniki vəzifəsində çalışmışdır. 1978-ci ildə Axullu kənd sakini Hüseynova Nəzakət Əli qızı ilə ailə qurmuşdur, üç oğul atası idi.
      Qarabağ münaqşəsi başlayanda Əlövsət Hüseynov da əlinə silah alıb kəndin müdafiəsi  uğrunda  “Özünümüdafiə” dəstəsi tərkibində döyüşlərə atıldı. Əlövsətin evi Ermənilərin Ağbulaq kəndi yaxınlığında idi. Onun ailəsi hər an təhlükə ilə üzləşə bilərdi
      19 noyabr 1991-ci il tarixdə Ağbulaq kəndinə hücumda Əlövsət də yaxından iştirak edirdi. O, hücum zamanı Sarıbulaq yaxınlığında ayağından yaralandı. Bundan sonra Əlövsət yenədə bir neçə döyüşdə  iştirak etdi. Bir gün ermənlərin atdığı mərmi Əlövsətin evinə düşərək ona ağır beyin xəsarəti yetirdi. Əlövsət şok  vəziyyətində Bakı şəhərinə aparıldı. Lakin müalicələrin ona heç bir xeyri olmadı. Əlövsət Məyiş oğlu Hüseynov 05 iyun 1992-ci ildə şəhid oldu. Əlövsət ailəsi Qaradağ rayonu Müşfiq qəsəbəsində məskunlaşıb.

 

 

 

 

 

 

 

 

 

Şəhid Hüseynov Seyidəli Qiyas oğlu 1964-cü ildə anadan olmuşdur.(Keçmiş Hadrut rayonunun Quşçular kəndi) 1971-ci ildə Cəbrayıl rayonunun Xəlfəli kənd orta məktəbinin birinci sinfinə getmiş Seyidəli 1979-cu ildə həmin məktəbin səkkizinci sinfini bitirir və sənədlərini Xırdalandakı Plan-Uçot Texnikumuna verərək "Yer quruluşçusu" fakültəsinə daxil olur. 1982-ci ildə həmin texnikumu bitirərək hərbi xidmətə yollanır.
Keçmiş SSRİ Silahlı Qüvvələri tərkibində Murmansk vilayətindəki hərbi dəniz donammasında xidmət edən Seyidəli 1985-ci ildə hərbi xidmət dövrünü başa vuraraq vətənə qayıdır. 1987-ci ilə qədər Cəbrayıl rayon Aqrar Sənaye birliyində çalışır. 1987-ci ildə Bakı şəhərinə köçərək Bakı Hərbi Dəniz Donammasında fəaliyyətini davam etdirir. Azərbaycan Milli Ordusu yaranandan sonra könüllü olaraq ordu sıralarına yazılır. O, Kəlbəcər, Ağdərə bölgələrində gedən döyüşlərdə yaxından iştirak edir. Döyüşlərdə göstərdiyi şəxsi igidliklərə görə Seyidəli komandir və rəislərin hörmətini qazanmışdır.
06 iyul 1992-ci ildə Kəlbəcər rayonunun Umudlu kəndi uğrunda gedən döyüşlərdə Seyidəli bir neçə döyüş yoldaşı ilə birlikdə erməni quldurlarının mühasirəsinə düşür. Onlar mühasirəni yarmağa çalışarkən Seyidəli düşmən gülləsinə tuş gələrək şəhid olur. Onu doğulduğu kənddə dəfn etdilər.
Allah rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Həsənov Asif Ağamirzə oğlu 03 iyun 1960-cı ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur.1967-1977-ci illərdə Əmirallar kənd səkkiz illik məktəbində təhsil almışdır.1977-ci ildə Kolxozda sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1978-1980-ci illərdə Sovet Ordusu sıralarında xidmətini başa vurduqdan sonra həmin kolxozda işləmişdir.1990-cı ildə yaradılmış polis şöbəsinə polis nəfəri kimi qəbul olunmuşdur. Əmirallar kəndini erməni hərbi quldur birləşmələrindən müdafiə edərkən yaralanıb erməni quldurlarına girov düşmüşdür.Hal-hazıra qədər aqibəti məlum deyil. Ailəli olub iki övladı var. Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Qarayev İntiqam Yaqub  oğlu 24.04.1976-cı ildə Xocavənd  rayonunun  Axullu kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1983-cü Xocavənd rayonunun Edilli kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, Axullu kəndi işğal olunanda O, 9-cu sinifdə təhsil alırdı. 9.01.1992-ci ildə Axullu kəndi işğal olunandan sonra onun ailəsi Füzuli rayonunun Kürdmahmudlu kəndində məskunlaşmışdır.23 avqust 1993-cü il tarixdə ermənlərin kəndə atdıqları mərmidən yüksək gərginlikli elektirik xətti qırılaraq İntiqamın üstünə düşmüşdür

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Qəhrəmanov Xəlil Ədil oğlu 1927-ci ildə Cəbrayıl rayonunun Xələfli kəndində zəhmətkeş ailədə göz açmışdır.  Xələfli kənd orta məktəbində ibtidai təhsil almışdır. 1946-1949-cu illərdə keçmiş SSRİ silahlı Qüvvələrində hərbi xidmətdə olmuş,xidməti başa vurandan sonra vətənə qayıtmışdır.Elə həmin ildə Hadruta köçmüş Xəlil burada çoban işləməyə başlayır və Təhməzova Sona Behbud qızı ilə ailə qurur.Qarabağ münaqişəsi başlayan zaman başqa soydaşlarımız kimi Xəlil kişi də öz ailəsi ilə birgə məcburiyyət qarşısında qalıb Hadrutu tərk edir və Günəşli kəndində məskunlaşır. 1993-cü il avqustun 22-də axşam saatlarında öz mal-qarasını otlağa apararkən yolda rastlaşdığı erməni quldurları Xəlil kişini güllələyirlər. Meyitini isə özləri ilə bərabər Hadruta aparırlar. 7 övlad atası Xəlil Qəhrəmanov erməni vəhşiliyinin qurbanı oldu. Allah rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Qəhrəmanov Şəmil Ədil oğlu 1931-ci ildə Cəbrayıl rayonunun Xəlfəli kəndində anadan olmuşdur. 1938-ci ildə Cəbrayıl rayonunun Xəlfəli kənd orta məktəbinin birinci sinfinə getmiş, 1948-ci ildə həmin orta məktəbi bitirmişdir. 1950-ci ildən Hadrut rayonundakı Lenin adına sovxozda işləməyə başlamışdır. Dağlıq Qarabağda münaqişələr başlayan zaman ermənilər Hadrut rayonunun mərkəzində yaşayan azərbaycanlıları məcburi qovmağa başladılar. Digər azərbaycanlılar kimi işindən qovulan Şəmil kişi Günəşli kəndində məskunlaşır. (Xocavənd rayonunun azərbaycanlılar yaşayan 10 kəndindən biri olan Günəşli kəndi 1991-ci ildə keçmiş Hadrut rayonunun Noraşın, Köçbək və Quşçular kəndlərinin bazaları əsasında yaradılmışdır və hal- hazırda erməni tapdağı altındadır) 23 avqust 1993-cü ildə saat 5:00-da müasir silahlarla silahlanmış erməni quldur birləşmələri Günəşli kəndində geniş miqyaslı hücum əməliyyatına başladılar. həmin vaxt Şəmil kişi avqustun 22-də axşam saatlarında evdən çıxan və geri qayıtmayan qardaşı Xəlili axdarırdı. Elə bu zaman kəndə soxulan erməni quldurları ilə qarşılaşır. Düşmənlər yaşı 60-ı keçmiş qocanı yerindəcə güllələyirlər. Məzarları bəlli olmayan yüzlərlə azərbaycan şəhidləri kimi, Xəlil və Şəmil qardaşlarının da incik ruhları Qarabağ torpaqlarında dolanırlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

 

 

Quliyev Cavanşir Teymur  oğlu 1948-cı ildə Xocavənd  rayonunun  Axullu kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1955-ci ildə Xocavənd rayonunun Edilli kənd orta məktəbinin birinci sinifinə daxil olmuş və 1965-ci ildə həmin məktəbin onuncu  sinfini  bitirmişdir. 1966-70-ci illərdə Azərbaycan Pedoqoji Universitetinin  filalogiya  fakultəsinidə təhsil alıb. 1971-1972-ci  illərdə SSRİ-nin Silahlı qüvvələrinin tərkibində Ermənistan ərazisində hərbi xidmətdə  olub. 1973-cü ildən Edilli kənd orta məktəbində  təsərrüfat müdiri  vəzifəsində  işləyib və  ibtidai siniflərdə əmək  təlmi dərsləri tədris edib.09 yanvar 1990-cı ildə ermənilər kəndə  soxulduğu vaxt ermənilər kəndin kənarında yaşayan Cavanşir  Quliyevin evinə girərək onu döymüş və ağır bədən xəsarəti yetirmişdirlər. Bu təzyiqdən  sonra  Cavanşir Quliyevin vəziyyəti  daha da ağırlaşmış uzun müddət müalicə olunmasına baxmayaraq, 16 avqust 1990-cı ildə şəhid olmuşdur. Cavanşir Quliyev  1977-ci ildə Füzuli rayonunun Qarğabazar kənd sakini  Abışova Roza İmancan qızı ilə ailə qurmuşdur. Bir oğul  iki  qız atası idi.Hazırda ailəsi Füzuli rayonunun Əhmədbəyli kəndində məskunlaşıb.

 

 

 

 

 

 

 

 

 

 

12.02.1965-ci ildə Xocavənd rayonu Kuropatkin kəndində anadan olub.1972-ci ildə Kuropatkin kənd orta məktəbinin I sinfinə gedib.1980-cı ildə həmin məktəbin 8-ci sinfini bitirib.Məktəbi bitirdikdən sonra Kuropatkin üzümçülük sovxozunda fəhlə işləyib.1983-cü ilin fevral ayının 1-dən Azərbaycan SSR  D.Q.M.V Martuni rayon  175 N-li  kənd texniki peşə məktəbinə daxil olmuş və 13 dekabr 1983-cü ildə üzümçülük ustası peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir.1984-86 –cı illərdə hərbi xidmətə olmuşdur.Hərbi xidmətdənqayıtdıqdan sonra 01 oktyabr 1987-ci ildə Azərbaycan  SSR  D.Q.M.V Martuni rayon 125 N-li  texniki  peşə məktəbinə daxil olmuş və 30 sentyabr 1988-ci ildə Traktorçu-maşirust peşəsi üzrə texniki peşə məktəbinin tam kursunu bitirmişdir.
Qarabağ hadisələri başlayan gündən,yəni,1989-cu ildən Kuropatkin kəndində yaradılmış özünümüdafiə dəstəsinin üzvi olmuşdur.1991-ci ilin dekabr ayına kimi həmin dəstənin tərkibində torpaqlarımızın müdafiə olunmasında erməni quldurlarına qarşı döyüşmüşdür.
1992-ci ilin yanvar ayından Milli ordu yarandıqdan sonra Beyləqan rayon 724 saylı hərbi hissədə qulluq etmişdir.Erməni quldur birləşmələrinin 1992-ci il may ayının 5-də kəndlərimizi top atəşinə tutduğu zaman təzə məktəb binasının yaxınlığında başından qəlpə yarası alaraq şəhid oluşdur.
Şəhidin iki qızı vardır.Hazırda ailəsi Ağcabədi rayon Hacıbədəlli kəndində məskunlaşıb.
Şəhid Quliyev Adil Qaytaran oğlu,Ağdam rayon Quzanlı kəndində dəfn olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

1953-cü ildə Xocavənd rayonun Xocavənd kəndində dünyaya göz açmışdır. İbtidai təhsilini Xocavənd kəndində almışdır. Həddi buluğa çatmamış valideynlərini itirən Vaqifin üzərinə ağır yük düşür. İki qardaş və bir bacısı onun himayəsində qalmışdır. Onları böyütmək, qayğısına qalmaq böyük dəyanət tələb edirdi. Martuni rayon Ət tədarükü məntəqəsində çoban işləyən Vaqif öz zəhmətsevərliyi sayəsində bacı və qardaşlarını böyütmüş, onları həyatda müəyyən mövqe tutmaqda kömək göstərmişdir.
      Çox keçmir ki, Vaqif Quliyev ailə qurur və 5 övlad atası olur. Uşaqlıqdan zəhmətə alışmış bu insan ailəsinin bütün qayğısını özü çəkməyə başlayır.
       Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasında münasibətlər pozulduqdan sonra Vaqif Martunidə işləyən digər azərbaycanlılar kimi təzyiqlərə məruz qaldığından işdən çıxır və Xocavənd kəndində yeni yaradılmış “ Nizami Gəncəvi “adına kolxozda çalışmağa başlayır. (Bu kolxoz 1990-cı ildə yaradılmışdır). Eyni zamanda Xocavənd kənd özünümüdafiə dəstəsinin üzvləri ilə birgə torpaqlarımızın müdafiəsi uğrunda gedən mübarizəyə atılır.
       Vaqif Quliyev  14 noyabr 1991-ci ildə Xocavənd kəndinə hücum edən erməni quldurları ilə döyüşdə şəhid oldu. Onu Xocavənd kəndində torpağa tapşırdılar.Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

1942-ci ildə Xocavənd şəhərində anadan olmuşdur. İbtidai təhsilini Xocavənd kəndində alan İsmayıl orta təhsilini Xocavənd şəhərində başa vurmuşdur. Uşaqlıqdan idmana, xüsusilə də “ Sərbəst güləş “ növünə böyük həvəs göstərən İsmayıl Məmmədovun arzusu idman müəllimi olmaq idi. Ona görə də o, orta məktəbi bitirəndən sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna daxil olur. Oxuduğu illərdə onun adı həmişə fəalların sırasında çəkilirdi. Gözəl təşkilatçılıq qabiliyyətinə və yüksək intelektə malik bu gənc oğlan institutun müəllim və tələbələri arasında dərin hörmət qazanmışdır. Ali məktəbi 1964-cü ildə bitirən İsmayıl 1967-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olur. Hərbi xidməti başa vuraraq vətənə qayıdan İsmayıl pedoqoji fəaliyyətlə məşğul olmağa başlayır. O. Xocavənd kənd orta məktəbində bədən tərbiyəsi fənnini tədris edirdi. ( Bir müddət Əmirallar kəndindəki səkkiz illik məktəbdə də bu fənn üzrə dərs demişdir.)Dağlıq Qarabağ hadisələri başlayan zaman İsmayıl müəllim erməni şovinistlərinin törətdikləri əməllərə qarşıetiraz səsinio ilk qaldıranlardan biri oldu. O, Xocavənd kənd könüllü özünümüdafiə dəstəsinin yaradılmasının təşəbbüskarlarından idi.19 yanvar 1989-cu ildə İsmayıl Məmmədov münaqişələr zəminində həlak oldu. Onu Xocavənd kəndində torpağa tapşırdılar.İsmayılın 2 oğul və 2 qız övladı yadigar qalıb. Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

18 sentyabr 1966-cı ildə Xocavənd rayonun Xocavənd kəndində anadan olmuşdur. Orta təhsilini doğulub böyüdüyü kənddəalmışdır. Arif idmana böyük maraq göstəridi, ona görə də Sovet Ordusu sıralarından tərxis olunandan sonra Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olur. Texnikumu başa vurub Frunze şəhərindəki polis məktəbinə daxil olan Arif ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşilkilər barədə eşidərək təhsilini yarımçıq qoyub vətəninə qayıdır və torpaqlarımızın müdafiəsi uğrunda gedən mübarizəyə atılır. O. Eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda qiyabi təhsil alırdı.1990-cı ildə Arif Məmmədov Milis Bölməsi sıralarına yazılır. Əyninə forma geyib, əlinə silah alandan sonra Arif daha da ruhlanır. Çünki, ona asayişi qorumaq kimi mühüm bir vəzifə tapşırılmışdır. O bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. Neçə-neçə erməni quldurlarının tutulmasında xüsusi fəallıq nümayiş etdirmişdi.Milis əməkdaşlarının 16 may 1991-ci ildə Karvin sovxozu ərazisində keçirdikləri xüsusi əməliyyatda Arif şəxsi şücaət göstərərək bir neçə erməni cinayətkarlarını tutmuşdur. Əməliyyat bitəndən sonra yoldaşları ilə bərabər avtobusla geriyə qayıdarkən (avtobusu Arif idarə edirdi.) düşmən snayperindən açılan güllə Arifi ağır yaralayır. Həkimlərin ciddi səy göstərmələrinə baxmayaraq o dünyasını dəyişir.Arif Xocavənd qəbirstanlığında  torpağa tapşırıldı.Arif subay idi.Allah rəhmət eləsin

 

 

 

 

 

 

 

 

Mirzəliyev Vahidcan İbrahim oğlu 01 oktyabr 1949-cu ildə Xocavənd rayon Kuropatkin kəndində anadan olub.1956-cı ildə həmin kəddə I sinifə gedib.1966-cı ildə orta məktəbi Xocavənd rayonunda bitirib və Kuropatkin kənd kitabxanasının müdiri vəzifəsində işləyib.1968-70-ci illərdə hərbi xidmətdə olub.Hərbi xidmətdən qayitdiqdan sonra 1970-ci ildə ailə qurub.1971-ci ildə Kuropatkin kənd yeməkxanasının müdiri olub.1975-ci ildə həmin işdən çıxaraq ,Kuropatkin kənd üzümçülük savxozunda fəhlə işləyib.Qarabağ hadisələri başlayan kimi Kuropatkin kəndində yaradılmış özünümüdafiə dəstəsinin üzvü olmuşdur.1989-cu ildən həmin dəstənin üzvü olmuş və1992-ci ilin yanvar ayından Milli ordu yarandıqdan sonra Beyləqan rayon 724 saylı hərbi hissədə qulluq etmişdir.Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və erməni quldur birləşmələrinə qarşı döyüşərək 02 oktyabr 1992-ci ildə Kuropatkin kəndinin 3-4 km-də  “Təyyarə meydanı”deyilən yerdə şəhid olmuşdur.Hal-hazırda şəhidin 12 övladı var və şəhidin ailəsi Yeni Xocavənd qəsəbəsində yaşayır.Şəhid Mirzəliyev Vahidcan İbrahim oğlu Beyləqan rayon Dünyamallar kəndində dəfn olunmuşdur.

 

 

 

 

 

 

 

 

İbrahimov Şahmar Yelmar oğlu 16 may 1962-ci ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur.1969-1977-ci illərdə Əmirallar kənd səkkiz illik məktəbində,1977-1979-cü illərdə Xocavənd rayon Xocavənd kənd orta məltəbində təhsil almışdır.1979-cü ildə orta məktəbi bitirib,həmin ili Azərbaycan Dövlət Neft və Kimya İnistitutuna daxil olmuşdur.1984-cü ildə həmin İnistitutu bitirərək Avtomatika və mexanika ixtisasına yiyələnib, təyinatla Tatarıstan Respublikasına gedərək mühəndis və digər yüksək vəzifələrdə işləmişdir.03 iyun 1991-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar kəndə qayıdandan sonra Əmirallar Ərazi Komitəsinin sədr müavini təyin edilib.724 saylı hərbi hissənin taqım komandiri İbrahimov Şahmar Yelmar oğlu 20 yanvar 1992-ci ildə erməni quldurlarının kəndə hücumu zamanı Şəhid olmuşdur. Xocavənd rayon Əmirallar kənd qəbirsanlığında dəfn edilmişdir.Ailəli olub iki övladı var. Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

1960-cı ildə Xocavənd şəhərində anadan olmuşdur.1967-ci ildə Xocavənd kənd orta məktəbinin birinci sinfinə qədəm qoymuş Roza 1975-ci ildə həmin məkətbin səkkizinci sinfini başa vuraraq Gəncə məkətbəqədər  texnikumuna daxil olur. Texnikumu qırmızı diplomla bitirdikdən sonra qonşu Əmirallar kəndindəki məktəbdə ibtidai sinif müəlliməsi işləməyə başlayır. 1980-ci ildə Roza Xocavənd kəndində yeni açılan uşaq bağçasına müdir təyin olunur.
   1986-cı ildə Azərbaycan Dövlət İnstitunun ( indiki Bakı Dövlət Universitetinin ) “ Dil , ədəbiyyat “fakultəsinə daxil olur. İnstitutda qiyabi təhsil alan Roza öz işini  davam etdirirdi. O. Bacarıqlı, məsuliyyətli, səmimi və mehriban bir xanım olduğu üçün hamı tərəfindən sevilirdi. Kitab oxumaq, biliklərə yiyələnmək Rozanın hobbisi idi.
      1988-ci ildə DQMV-da başlanan münaqişələr vətənini sevən, ona bağlı olan Roza xanımı çox naraharb edirdi. Dəfələrlə Bakı şəhərinə gedərək ermənilərin törətdikləri vəhşiliklər, sakinlərin vəziyyətinin günü-gündən ağırlaşması və digər problemlər barədə müvafiq qurumlara məlumat verən, gələcəkdə atılacaq vacib addımlarla bağlı onlarla müzakirələr aparan Roza xanım vətəni qarşısında olan borcunu layiqincə yerinə yetirməyə çalışırdı.
          3 övlad anası Roza xanım 19 yanvar 1989-cu ildə münaqişələr zəminində həlak oldu. Onu Xocavən kəndində dəfn etdilər.Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

Aslanov Elçin Gəray oğlu 01.07.1967-ci ildə Xocavənd rayonunun Axullu kəndində       anadan olmuşdur.1975-ci ildə Xocavənd rayonunun Edilli kənd orta məktəbinin birinci sinifinə daxil olmuş və 1985-ci ildə həmin məktəbin onuncu  sinfini  bitirmişdir.1986-1988-ci illərdə  SSRİ -nin Silahlı qüvvələrində  xidmət etmişdir. Mənfur erməni millətçilərinin başladıqları Qarabağ hadisələri Elçinin gənc qəlbini yaraladı Ona görədə O, 1989-cu ildən Axullu kənd “Özünümüdafiə” dəstəsi tərkibində erməni quldur birləşmələrinə qarşı  döyüşlərdə iştirak etdi.1991-ci ildə Axullu milis bölməsində işə girmiş  və  polis nəfəri kimi torpaqlarmızın müdafiəsində fəallıq göstərmişdir.Elçin Xocavənd rayonunun Zəmzur,Banazur, Hərəkül Dolanlar,Ağcakənd,Mülküdərə və başqa kəndlərin ermənilərdən azad edilib Ermənistandan qovulmuş soydaşlarmızın orada məskunlaşmasında yaxından iştirak etmişdir. Elçin həmişə döyüşlərin qaynar nöqtəsində olurdu. Son vaxtlar yəni 1991-ci ilin noyabr ayında vəziyyətin ağır olduğundan Elçin Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları ilə birgə Zəmzur kəndinin müdafiəsində dururdu.Ermənilər kəndə bir neçə dəfə hücum etmiş və ağır itkilər verərək geri çəkilmişdir. 14 noyabr 1991-ci il tarixdə kəndə xəbər  çatdı ki, ermənilər bu gecə kəndə hücum edəcəklər. Gecə saat ikidə 200-dən artıq erməni yaraqlısı və rus ordusunun birləşmələri dörd tərəfdən kəndə hücum etdilər. Vəziyyətin ağır olduğunu görən  Elçin gil kəndin ortasındakı böyük bir binaya toplaşdılar. Ermənilər kəndə Azərbaycanlıların olmadığını güman edərək  sərbəst hərəkət edirdilər. Elçin gil ermənilərə təslim olmayacaqlarını deyərək döyüşlərə başladılar, qəfil açılan güllələrdən ermənilər xeyli canlı qüvvə itirdilər. Səhərə yaxın ermənilər toplaşaraq binanın üzərinə hücuma keçdilər.Lakin Elçin gil sərbəst atəşlərlə onları yaxına buraxmırdılar. Ermənilər Elçin gilin təslim olmayacaqlarını görüb binanı yandırmaq qərarına gəlirlər. Belə qeyri bərabər gedən döyüşdə ermənilər 40-dan artıq canlı qüvvə itirdi. Həmin döyüş vaxtı girov düşmüş sakinlərdən birinin dediyinə görə Elçin həmin döyüşdə 10-artıq erməni yaraqlısını məhv etmişdir. O, Xocavənd rayonunun Zamzur kəndinin müdafiyəsində son damla qanına və axırıncı  gülləsinə qədər erməni quldur birləşmələrinə qarşı vurruşmuşdur. 15 noyabr 1991-ci il tarixində erməni quldur birləşmələri ilə gedən döyüşdə  şəhid olmuşdur.Noyabr ayının 21-də Elçinin yaxınları Rus hərbiçilərinin köməyi ilə Zəmzur kəndinə gedərək həmin yandırılmış binadan Elçinin və onun silahdaşlarının yanıb külə dönmüş cəsədlərini onlara aid olan silahın nömrəsi ilə təyin edə bilmişdirlər.

 

 

 

 

 

1937-ci ildə Xocavənd rayonXocavənd kəndində dünyaya  ğöz açmışdır.uşaqlıq və gənclik illərini doğuıduğu  kənddə keçirmişdir.həyatın hər üzünü görmüş, çətin maneələr adlamış Teymur babayev 6 övladını halal zəhməti ilə böyütmüşdür. O, Martuni İstehlak Cəmiyyətində sürücü işləyirdi. Dürüstlüyü, əməksevərliyi sayəsində düşdüyü hər kollektivdə hörmətə layiq görülmüşdür.1988-ci ilin əvvələrindən Xocavənd sakinlərinin narahat günləri başlandı. Yollar təhlükəli vəziyyətdə idi. Gediş-gəliş çətinləşmişdi. Moskvanın buyuruqçusu rolunu oynayan rəhbərlərimiz isə bütün bu baş verənlərə göz yumurdular. Kənd sakinləri özləri öz talelərini həll etmək qərarına gələrək özünümüdafiə dəstəsi təşkil etmişdilər. Bu sadə insanların yalnız bir amalı var idi. Doğma torpaqlarını düşmənlərdən müdafiə etmək. Teymur kişi  kəndin müdafiəsində yaxından iştirak edirdi. Yaşı 50-ni keçməsinə baxmayaraq o, cavanlardan heç də geri qalmırdı.1991-ci il noyabrın 18-dən 19-na keçən gecə azğınlaşmış erməni quldurları 4 istiqamətdən  Xocavənd kəndinə hücum etdilər. Kəndin içərilərinə soxulan ermənilər evləri , həyətləri yandırırdılar. Bu vaxt Teymur kişi nəvəsi və qızı ilə bir evdə idi. Düşmənlər onun evinin kənarına yaxınlaşan zaman  o, ov tüfəngini götürərək həyətə çıxdı və söyə-söyə onlara atəş açmağa başladı. Lakin düşmənlərin atdığı güllələr onu susdurdu. Həmin vaxt Temur kişinin qızı Nazilə də (Ağdam rayon sakini) qətlə yetirildi, nəvəsi isə yaralandı.Teymur Babayev Ağdam rayonun Bağmanlar kəndində torpağa tapşırıldı.Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

Səbuhi 21 may 1978-ci ildə Xocavənd rayonun Xocavənd knədində ziyalı ailəsində dünyaya göz açmışdır. 1985-ci ildə Xocavənd kənd orta məktəbinin birinci sinfinə gedən Səbuhinin adı həmişə nümunəvi və əlaçı oxuyan şagirdlərin arasında çəkilirdi.Dağlıq Qarabağda münaqişələr başlayanda Səbuhinin on yaşı var idi. Yaşının az olmasına baxmayaraq o, atası Sahib müəllimlə birlikdə kəndin kənarında qurulmuş postlarda durar, kəndin keşiyini çəkən müdafiəçilərə silahla, döyüşlə bağlı suallar verər, onların danışıqlarına maraqla qulaq asardı. Bəkə də bu suallar adi uşaq marağından deyil, tez- tez kəndi atəşə tutan,sakinlərin dincliyini, rahat yaşayış tərzini pozan, neçə-neçə ananın sinəsinə oğuı dağı çəkən erməni qulldurlarına qarşı olan nifrətdən doğurdu.1991-ci ilin sentaybrından etibarən ermənilər daha da aktivləşməyə başladılar. Xocavənd kəndinə olunan həmlələrin sayı günü –gündən artırdı. Get-gedə quduzlaşan düşmənlər kəndi müxtəlif növ silahlarla daima atəş altında saxlayırdılar. 28 oktyabr 1991-ci ildə erməni quldur birləşmələri Xocavənd kəndini növbəti dəfə atəşə tutan zaman Səbuhi babası Məmmədov Fərruxun evində idi. Bu zaman  atılan top mərmilərindən biri Fərrux kişinin həyətinə düşür. Nəticədə Fərrux kişi və Səbuhinin kiçik qardaşı yaralanır. Səbuhi isə aldığı qəlpə yarasından həlak olur. On üç yaşlı bu məktəbli doğulduğu Xocavənd kəndindəki qəbirstanlıqda dəfn olunur.Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

Əvəz 2 fevral 1986-cı ildə Xocavənd rayonun Oaradağlı kəndində anadan olmuşdur. Münaqişələr başlayanda Əvəzin 3 yaşı var idi. O, vaxt Xocavənd sakinləri təşviş içərisində idi. Mərkəzə ünvanladıqları kömək çağırışları heç bir nəticə vermirdi. Sanki, burada baş verənlər yuxarıları maraqlandırmırdı. Hadisələrə biganə yanaşmaq, silah-sursat və texnika sarıdan kəndlərə heç bir köməyin göstərilməməsi hər şeydən yorulan sakinlərin inamını qırmağa başlayırdı. Elə bu səbəbdən qadınlar, uşaqlar və qocalar knədlərdən çıxarılaraq təhlükəsiz yerlərə köçürülürdülər.Əvəzin atası Yaşasın da öz ailəsini Xocavənddən çıxararaq Ağcabədi rayonun Ovşar knədinə gətirdi. Elə həmin vaxtdan onlar burada yaşamağa başladılar. Əvəz orta təhsilini Ağcabədi rayonun Ovşar knədində alırdı.Yaşasın öz şəxsi mal-qarasını “Haramı” ərazisində saxlayırdı. Əvəz tez-tez buraya gələr təsərrüfat işlərində atasına kömək göstərərdi. Bu ərazi aktiv müharibə zamanı minalanmışdır. Burada dəfələrlə minatəmizləmə əməliyyatı aparılmasına baxmayaraq bəzi yerlərdə zərərsizləşdirilməmiş minalar hələ də qalmaqda idi. Ömrünün 18-ci payızını yaşayan Əvəz 9 sentyabr 2003-cü ildə “ Haramı” ərazisində minaya düşərək həlak oldu. O, Ağcabədi rayonun Ovşar kəndindəki qəbirstanlıqda torpağa tapşırıldı. Əvəz subay idi. Onun anası Nübar xanım ürəyinin odunu, gözünün nurunu  verib boya başa çatdırdığı oğlunun toyun da xonça tutub, yallı oynamaq istəyirdi. Əfsuslar olsun ki, oğlu Əvəzin vaxtsız ölümü ananın bu arzusunu ürəyində qoydu.Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

1960-cı ildə Xocavənd rayonun Xocavənd kəndində anadan olmuşdur. 1967-ci ildə Xocavənd kənd orta məktəbin in birinci sinfinə getmişdir.1975-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra Martuni rayon 125 saylı Texniki Peşə Məktəbinə daxil olmuş və traktorçu-maşinist peşəsinə yiyəlkənmişdir. Ramiz bir neçə müəssisədə traktor sürücüsü işləmiş, işlədiyi hər yerdə kollektivin hörmətini qazanmışdır.Münaqişələr başlanan zaman Xocavənd kənd sakinlərinin kəndi erməni quldurlarının hücumlarından müdafiə etmək məqsədi ilə qurduqları keşikçi postlarında duran mətn müdafiəçilərdən  biri də Ramiz İsmayılov idi. Xocavənd kənd özünümüdafiə dəstəsinin qorxmaz üzvlərindən biri olan Ramiz kəndə hücum edən erməni quldurlarının qarşısının alınmasında yüksək fədakarlıq nümayiş etdirmişdir.O, 19 yanvar 1989-cu ildə münaqişələr zəminində həlak oldu. 3 övlad atası Ramiz İsmayılov doğulduğu Xocavənd kəndində torpağa tapşırıldı.Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

6 iyun 1983-cü ildə Xocavənd rayonun Xocavənd kəndində dünyaya göz açmışdır. 1989-cu ildə Xocavənd kənd orta məktəbinin birinci sinfinə getmişdir. Hafiz ağlı kəsəndən güllə səsi eşitmişdir. Atasının həlak olması, ermənilərin Xocavənd kəndini tez-tez atəşə tutaraq sakinlərin dincliyini pozması onin körpə qəlbində düşmənə qarşı nifrət oyatmışdır. 1991-ci ildə xocavəndlilər kəndi tərk etmək məcburiyyətində qaldılar. Bu vaxt Hafizgilin ailəsi də kəndi tərk edərək Ağcabədi rayonunda məskunlaşdılar Onlar tezliklə vəziyyətin yaxşılaşacağını və öz doğma yurd yuvalarına qayıdacaqları günü gözləyirdilər. Lakin 19 noyabr 1991-ci ildə erməni hərbi birləşmələri Xocavənd kəndini işğal etdilər.2000-ci ildə Hafiz artıq Xocavənddə deyil Ağcabədidə yerləşən Xocavənd  1 sdaylı orta məktəbini bitirir və 2002-ci ildə hərbi xidmətə yollanır. 157 saylı hərbi hissədə qulluq edən Hafiz ürəkli qorxmaz əsəgər olduğu üçün düşmənlə üzbəüz olan təhlükəli posta göndərilir. Postda həmişə ayıq sayıq –dayanan, ona tapşırılan işi vaxtında yerinə yetirən zaman düşmən gülləsinə tuş gələrək şəhid oldu. Onu Bakı şəhərində dəfn etdilər.Hafiz subay idi.Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid İmanov Şükür Şafa oğlu 16 mart 1971-ci ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur.1978-1986-ci illərdə Əmirallar kənd səkkiz illik məktəbindətəhsil almışdır. 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında xidmətini başa vurduqdan sonra təhsilini davam etdirərək 1990-cı ildə Gəncə Yüngül Sənaye Texnikumunun qiyabi şöbəsinə daxil olmuşdur.1992-ci ilin yanvar ayından may ayına kimi Əmirallar kənd könüllü özünümüdafiə dəstəsinin üzvü olmuşdur.12 iyun 1993-cü ildə  döyüş tapşırığını yerinə yetirərkən Şəhid olmuşdur. Ailə qurmamışdı.Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1932-ci ildə Xocavənd rayonun Muğanlı kəndində anadan olmuşdur. Muğanlı kənd yeddi illik məkətbini əla qiymətlərlə bitirdikdən sonra təhsilini davam etdirmək məqsədi ilə Ağdam rayonundakı aqronomluq texnikumuna daxil olur. Oranı nümunəvi bir tələbə kimi bitirən Şövkət Muğanlı kəndindəki kitabxanada işləməyə başlayır. Ailənin böyük övladı olduğu üçün onun üzərinə ağır yük düşürdü. Ağıllı və çalışqan bir qız olan Şövkət çətinliklərdən qorxmayaraq maneələri asanlıqla dəf edirdi. Çox keçmir ki, o, hamı tərəfindən sevilməyə başlayır və hörmətə layiq görülür.
        Şövkət Xocavənd rayonun Xocavənd kənd sakini Ənvər müəllimlə ailə qurandan sonra Xocavənd kəndindəki kitabxanada çalışmağa başlayır. Ziyalı bir insan olan Ənvər müəllimin köməkliyi ilə Şövkət xanımın savadı və mədəni səviyyəsi daha da yüksəlir. Ənvər müəllimi erkən itirən Şövkət xanım ailənin bütün qayğılarını özü çəkməyə başlayır. Tək başına 9 övladı saxlamaq, onların təlim tərbiyəsi ilə məşğul olmaq böyük cəsarət tələb edirdi.
     Ermənilər yaşayan Martuni şəhərinə bitişik  olan Xocavvənd kəndini hər an təhlükə gözləyirdi. Bu kənd tez-tez atəşə tutulurdu. Kəndin başbilənləri olanlar barədə ölkə rəhbərliyini dəfələrlə məlumatlandırsalar da heç bir tədbir görülmürdü.
     1989-cu ilin soyuq günlərindən biri idi. Uzun sürən müzakirələrdən sonra Xocavənd sakinləri belə bir qərara gəldilər ki, özünümüdafiə dəstələrinə silah, sursat gətirmək üçün Ağdam rayonuna nümayəndə heyəti göndərsinlər. Beləliklə 1989-cu il yanvarın 19-da Şövkət xanım  və daha beş nəfər nümayəndə Ağdam şəhərinə yola düşdülər və elə həmin gündə də həlak oldular.
     Şövkət xanım Xocavənd kəndində torpağa tapşırıldı. Allah rəhmət eləsin

 

 

 

 

 

 

Torpaqlarımızn müdafiəsi uğrunda gedən mübarizədə həlak olaraq şəhidlik zirvəsini fəth etmiş qeyrətli vətən oğullarından biri də Nəsirov Əfqan Rəfi oğludur. O. 8 mart 1962-ci ildə Azərbaycanın dilbər güşələrindən olan Kəlbəcər rayonun Məmmədsəfi kəndində kolxozçu ailəsində dünyaya göz açmışdır. Elə həmin ərəfədə Əfqanın atası Rəfi ailəsi ilə birlikdə Xocavənd kəndinə köçür.Əfqan 1979-cu ildə Martuni rayon 125 saylı Texniki Peşə Məktəbinə daxil olur. 1982-ci ildə geniş profilli traktorçu –maşinist peşəsi üzrə məktəbin tam kursunu bitirərək ümumi orta təhsil alır. Məktəbi bitirəndən sonra Kalinin adına kolxozda, daha sonra isə kolxozlararası tikinti idarəsində usta işləmiş Əfqan çalışqanlığı, təvazökarlığı, qabiliyyəti ilə seçilərək kənd camaatının sevimlisinə çevrilir. Çox keçmir ki, sevib seçdiyi bir qızla ailə qurur.Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasında münaqişələr başlanandan sonra Əfqan Xocavənd kəndində yaradılmış könüllü özünümüdafiə dəstəsinə qoşulur. Kəndin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edir. 19 noyabr 1991-ci ildə Xocavənd kəndi ermənilər tərəfindən zəbt olundu. Ev –eşiyini itirmiş kənd sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdılar. Əfqan da öz ailəsini kənddən çıxarmışdı. Onlar müvəqqəti olaraq Ağdam rayonun Qərvənd kəndində məskunlaşdılar. Əfqan 1992-ci ildə könüllü olaraq Ağdam rayonundakı E.Bağırov  adına könüllü özünümüdafiə batalyonuna üzv yazılır. Yüksək intizamı, cəsurluğu onu döyüş yoldaşları arasında böyük hörmət sahibi edir. Əfqanın son döyüşü 24 noyabr 1992-ci ildə Ağdam rayonun Mərzili kəndi uğrunda gedən döyüş oldu. Bu qeyri bərabər döyüşdə ağır yaralanan Əfqan Ağdam rayonun Qaradağlı kəndində yerləşən hərbi hospitala götürüldü. Üç gündən sonra, noyabrın 27-də əbədiyyətə qovuşdu. 6 övlad atası şəhid Əfqan Nəsirov doğulduğu Kəlbəcər rayonun Məmmədsəfi kəndində  torpağa tapşırıldı.Allah rəhmət eləsin!

 

 

 

 

 

 

10 may 1932-ci ildə Xocavənd rayonun Xocavənd kəndində dünyaya göz açmışdır. 1940-cı ildə Xocavənd kənd yeddi illik məktəbinin birinci sinfinə getmiş Fənar ailə vəziyyətinin çətinləşməsi ilə əlaqədar olaraq məktəbi yarımçıq tərk etmiş və anası ilə bərabər kolxozda işləməyə başlamışdır. Kiçik yaşlarından atasını itirərək anasının himayəsində böyümüş Fənarın gənclik illəri əzab-əziyyət içərisində keçmişdir. Çəkdiyi zəhmətin sayəsində o, bu çətinliklərə sinə gəlmiş, həyatın amansız burulğanlarından çıxa bilmişdir. Bu minvalla ömür sürən Fənar xanım Məhəmməd Yaqub oğlu Nəzərovla ailə qurur və 8 uşaq dünyaya gətirir. Həyatın ağrılı acılı günlərini yaşamış bu qadın övladlarının tərbiyəsinə, səliqə sahmanına diqqət yetirir, onları vətənə layiqli övladlar kimi böyüdürdü.28 yanvar 1991-ci ioldə erməni quldurları Xocavənd kəndini müxtəlif növ silahlardan atəşə tuturlar. Bu vaxt kəndin üzərinə yağış kimi yağan güllələrdən  biri də təndir başında çörək bişirən Fənar Nəzərovaya dəyir. O, aldığı güllə yarasından dünyasını dəyişir.Fənar Nəzərova doğulub boya-başa çatdığı Xocavənd kəndində torpağa tapşırılır.Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Nəcəfov Səbuhi Qəhraman oğlu 10.02.1972-ci ildə  Xocavənd rayonunun Axullu kəndində  anadan olmuşdur. 1979-ci ildə Xocavənd rayonunun Edilli kənd orta məktəbinin birinci sinifinə daxil olmuş və 1989-ci ildə həmin məktəbin onuncu  sinfini  bitirmişdir.1990-1991-ci illərdə Axullu kənd  özünümüdafiə dəstəsinin fəal üzvlərindən biri olub.  Atası: Nəcəfov Qəhrəman Şadman oğlu 10 yanvar 1992-ci ildə şəhid olub.Anası:Nəcəfova Səyyarə Səməd qızı evdar qadındır.Bir bacısı iki qardaşı var.Atasının ölümü gənc Səbuhini sarsıtdı. O, atasının qisasını almaq üçün Milli ordu sıralarına yollandı.Ağdərə ətrafında gedən döyüşlərdə iştirak edirdi.Bundan anası Səyyarənin xəbəri yox idi çünkü Səbuhi həmin vaxtlar Bakı şəhər polis məktəbində təhsil alırdı.Oradan anasından xəbərsiz Milli ordu sıralarına getmişdir.Bir gün Səbuhi anasına belə bir məktub yazır. Ana mən Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edirəm. Demək olar ki,gündəlik atamın qisasını alıram.Sağlıq olsun yaxın müddətə görüşərik. Ana məktubu alan kimi bir başa cəbhə xəttinə yollanır. Həmin gün Səbuhi Ağdərə ətrafında gedən döyüşlərdə ağır yaralanır.Yaralını təcili  Bakı şəhərinə yollayırlar.Anası isə cəbhə boyunca oğlunu axtarır. O, oğlunun yaralanaraq Bakı şəhərinə yollandığını eşidir. Ana hərbi xəstəxanada oğlunu tapır. Səbuhi anasına deyir, Ana ağlama mən atamın qisasını almışam, saqğalım yenədə alacağam.Lakin ağır bədən xəsarəti almış Səbuhi ni həyata qaytarmaq mümkün olmur. O, 30 avqust 1992-ci il tarixdə  gözlərini əbədi  həyata yumaraq Şəhidlik zirvəsinə çatır.Səbuhi Qəhrəman oğlu Nəcəfov  Bakı şəhəri  “Şəhidlər Xiyabanı”nda  dəfin edilib.Onun ailəsi hal-hazırada Bakı şəhəri  Nizami rayonu 8-ci köndələn küçəsində məskunlaşıb yaşayır.

 

 

 

 

 

 

 

 

 

Şəhid Nəcəfov Qəhraman Şadman oğlu  20 mart 1949-cu ildə Xocavənd  rayonunun  Axullu kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Xocavənd rayonunun Edilli kənd orta məktəbinin birinci sinifinə daxil olmuş və 1966-cı ildə həmin məktəbin onuncu  sinfini  bitirmişdir. 1971-1973-cü illərdə SSRİ-nin Silahlı qüvvələrində xidmət  etmişdir. 1974-76-cı  illərdə Şuşa şəhər kənd təsərrüfatı texnikumunun  zoomühəndis  fakultəsində təhsil almışdır. 1971-ci ildə  Axullu kənd sakini Nəcəfova Səyyarə Səməd qızı ilə ailə qurmuşdur. Üç oğul bir qız atası idi. Nəcəfov  Qəhraman  1973-1986-cı illərdə Xocavənd rayonunun “Drujba” sovxozunda  mal-qara  fermasında ferma müdiri, 1986-1991-ci illərdə həmin sovxozun qoyunçuluq fermasında ferma müdiri vəzifəsində  çalışmışdır.   1988-ci ildə ermənlərin başladıqları  Qarabağ münaqişəsi  Qəhrəmanıda sarsıtdı.O, illərlə birgə çalışdığı və birgə yaşadığı mənfur qonşularının bu hərəkətinə heç cür dözə bilmədi.O da  əlinə silah alıb torpaqlarmızın azadlığı uğurunda  mübarizəyə başladı.O, Axullu kənd “Özünü müdafiyə “ dəstəsinin komandiri idi. Bütün dəstə üzvləri ondan ondan göstəriş alırdı. Qəhrəman Nəcəfov  Ermənlərə qənim kəsilmişdir. Ona görə də  ermənilər 1990-cı ilin yanvar ayının üçündə  rus ordusunun əsgərlərinin köməyi ilə  Qəhrəmanı və daha beş nəfər Axullu kənd sakinini girov götürərək 5 gün girov saxladılar.    1990-cı ilin yanvar ayının 9-da 10-a keçən gecə rus ordusunun 2 zabiti Axullu kənd “Özünü müdafiyə “ dəstəsinin dayaq nöqtəsi olan vaqona soxularaq avtomat silahdan atəş açırlar. Kənd sakinlərindən 3-nəfər yaralanır. Sağ ayağından yaralanan Qəhrəman özünü bir anda rus zabitinin üzərinə atı, silahı rus zabitinin əlindən  alıb  kənara tullayır. İkinci rus zabiti Qəhrəmana  tərəf atəş açır. Atəş açan rus zabitini  kənd sakinləri ağacla  vururb yıxırlar.Qəhrəmanın göstərdiyi igidlik sayəsində qana yeriyən rus zabiti beləcə zərərsizləşdirilir. 1991-ci ilin  noyabr  ayının 7-si idi ermənilər axullu kəndini aramsız atəşə tuturdular.Kəndin  ermənilərlə bitişik hissəsində Axullu kənd sakini Quliyeva Nurxanım Ədil qızı ağır yaralanmışdır. Heçkəs yaralıya yaxınlaşa bilmirdi, güllə dolu kimi yağırdı. Qəhrəman sürünərək yaralını xilas etdi.1992-ci il yanvar ayının 9-dan 10-na keçən gecə Qəhrəman məktəb binasında yerləşən postda idi, Ermənilər dörd tərəfdən kəndə qəti hücuma keçmişdirlər. Bu vaxt kəndin gözlənilməyən tərəfindən  Qəhrəmanın evini yandırılırdı.Qəhrəman evinin yandırıldığını görüb postdan çıxaraq  atəş aça-aça erməni quldurları tərəfə getməyə başladı.Yoldaşlarından onu heçkəs saxlaya bilmədi.Qəhrəman  Sürünə -sürünə evinə yaxınlaşdı.O, həyətində bir neçə erməni  quldurunu gürüb onlara atəş açdı.Bu vaxt ermənilər gülləni dolu kimi Qəhrəmanın üstünə yağdırdılar.Qəhrəman öz doğma ocağını müdafiə edərkən  Qəhramancasına şəhid oldu. Qəhrəman Nəcəfov    Füzuli  şəhər şəhidlər xiyabanında  dəfin edildi. Qəhrəmanın ailəsi Bakı şəhəri  Nizami rayonu 8-ci köndələn küçəsində məskunlaşıb yaşayır.

 

 

 

Şəhid Nəsibov Müseyib Qaraca oğlu 01 aprel 1948-ci ildə Füzuli rayon Dövlətyarlı kəndində anadan olmuşdur.1955-1965-ci illərdə Füzuli rayon Gövşadlı kənd səkkiz illik məktəbində təhsil almışdır. 1988-ci ildən Əmirallar V.İ.Lenin adına kolxozda işləmişdir. Əmirallar kəndini erməni hərbi quldur birləşmələrindən müdafiəsi üçün yaradılmış kənd özünümüdafiə dəstəsinə üzv olmuşdur.09 may 1992-ci ildə erməni quldurlarının atdığı top mərmisinin partlayışı nəticəsində kəndi müdafiə edərkən şəhid olmuşdur. Ailəli olub bir övladı var. Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Rəhmanov Yasin Şahmar oğlu 17 oktyabr 1954-cü ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur.1961-1972-ci illərdə Əmirallar kənd səkkiz illik məktəbində təhsil almışdır. 1972-1974-cü illərdə Sovet Ordusu sıralarında xidmətini başa vurduqdan sonra sürücülük ixtisasına yiyələnərək sürücü işləmişdir. Əmirallar kəndini erməni hərbi quldur birləşmələrindən müdafiəsi üçün yaradılmış kənd özünümüdafiə dəstəsinə üzv olmuşdur.09 may 1992-ci ildə erməni quldurlarının atdığı top mərmisinin partlayışı nəticəsində kəndi müdafiə edərkən şəhid olmuşdur. Ailəli olub dörd övladı var. Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhid Rüstəmov Nəsib Qərib oğlu 07 avqust 1957-ci ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur.1964-1974-ci illərdə Əmirallar kənd səkkiz illik məktəbində təhsil almışdır.1974-cü ildə Kolxozda sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmətini başa vurduqdan sonra həmin kolxozda işləmişdir.1986-cı ildə isə sürücülük ixtisasına yiyələnərək sürücü işləmişdir. Əmirallar kəndini erməni hərbi quldur birləşmələrindən müdafiəsi üçün yaradılmış kənd özünümüdafiə dəstəsinə üzv olmuşdur.09 may 1992-ci ildə erməni quldurlarının atdığı top mərmisinin partlayışı nəticəsində kəndi müdafiə edərkən şəhid olmuşdur. Beyləqan rayon Dünyamalılar kənd qəbirsanlığında dəfn edilmişdir.Ailəli olub üç övladı var. Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏHİD - Vəliyev Mobil Mürsəl oğlu 1952-ci ildə Ağdam şəhərində doğulmuş, həmin şəhərdə orta təhsil almışdır. Sonralar Qaradağlıya köçən Mobil, sadə, zəhmətkeş və xeyirxah bir insan idi. Erməni təcavüzkarlığa başlayandan Qaradağlının özünümüdafiəsində o da iştirak edirdi. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman kənd sakinləri ilə yanaşı Mobil Vəliyevidə erməni quldurları "Bəylik Bağı"nda qətl etmişlər. Şəhid olmuşdur. Ailəli idi, altı övladı yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yusifov İslam Əli oğlu 20 iyul 1970-ci ildə Xocavənd rayon Kuropatkin kəndində anadan olmuşdur.1977-ci ildə Kuropatkin kənd orta məktəbinin I sinifinə gedib.Məktəbdə fəallığı və vətənpərvərliyi ilə öz yaşıdlarından fərqlənirdi.1987-ci ildə Kuropatkin kənd orta məktəbinin məzunu olmuşdur.Hərbi xidməti borcunu başa vurduqdan sonra öz doğulduğu kəndinə qayıdaraq,Kuropatkin kənd mədəniyyət evində metodist vəzifəsinə təyin olunmuşdur .  Uşaqlıqdan arzusu aktyor olmaq idi.Ona görədə 1991-ci ildə o,Sabirabad rayon incəsənət texnikumuna daxil oldu.Ancaq o,eşidəndə ki,erməni quldurları hər gün kəndlərimizə hücum edir,məktəbi yarımçıq qoyaraq könüllü torpaqlarımızı müdafiə etmək üçün kəndə gəldi və əvvəl Kuropatkin kənd özünümüdafiə dəstəsində,sonra isə 04 may 1993-ci ildən 161 saylı  hərbi hissədə erməni quldurlarına qarşı döyüşmüşdür.O,əsasən Əmrallar,Muğanlı və Kuropatkin istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Dəfələrlə qanlı döyüşlərdə iştirak etdi və torpaqlarımızın erməni quldurlarından təmizlənməsi üçün var gücü ilə döyüşdü.Demək olar ki,cəbhədə gedən bütün əməliyyatlarda öndə gedən əsgərlərimizdən birincisi məhz Yusifov İslam Əli oğlu olmuşdur.Döyüş yoldaşları onun göstərdiyi qəhrəmanlıqlardan danışırlar.
1994-cü ilin fevral ayının 2-də hərbi xidməti borcunu yerinə yetirərkən,erməni quldurlarının snayperlə atdığı güllə bu igidin  bizim və yoldaşlarının arasından getməsinə səbəb oldu.O,bizdən və döyüş yoldaşlarından cismən ayrıldı və çəhidlik zirvəsinə ucaldı.
Şəhid,Yusifov İslam Əli oğlu subay idi.Hal-hazırda 4 qardaşı var.Anası Ağcabədi rayon Aşağı Avşar kəndində yaşayır.
Şəhid,Ağcabədi rayonunun Şəhidlər xiyabanında dəfn olunmuşdur. Uşaqlıq və döyüş yoldaşı Hüseynov Valeh Saday oğlunun şəhid Yusifov İslam Əli oğlu haqqında dedikləri.Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş oğlanlarımızdan biri də Yusifov İslam Əli oğludur.Onun keçdiyi döyüş yolundan müəyyən məqamlar haqqında məlumat verməyi özümə bir yoldaş kimi borc bilirəm.Yusif İslam Əli oğlunun qısa,lakin bol şərəfli bir ömrü oldu.
Mən Yusifov İslamla orta məktəbdə bir sinifdə,bir parta arxasında əyləşmişəm. İslamın incəsənət sahəsinə uşaqlıqdan çox marağı var idi.O,həm də gözəl səsə malik idi.Elə,ona görə də 1991-ci ildə o, Sabrabad incəsənət texnikumuna daxil oldu.
1990-cı ilin yanvar hadisəsi ona çox pis təsir etmişdi.O,1991-ci il yanvar ayının 20-də Kuropatkin kənd mədəniyyət evinin işçilərini və orta məktəb müəllimi Vasif Quluyevlə birlikdə “20 Yanvar”şəhidlərinin ildönümü münasibəti ilə tədbirin keçirilməsində yaxından iştirak etdi.
Sabrabad incəsənət texnikumunu oxumasına baxmayaraq,o,könüllü olaraq döyüş bölgəsinə,yəni,kəndimizin müdafiyəsinə gəldi.161 saylı hərbi hissənin tərkibində erməni quldurlarına qarşı döyüşdü.O,həm də yaxşı idmançı idi.Elə,ona görə də həmişə öndə gedər və düşmənə aman verməzdi.Dəfələrlə qanlı döyüşlərdə iştirak etmişdir.
Lakin,1994-cü ilin fevral ayının 2-də döyüşdə snayper gülləsinə tuş gəldi və şəhid oldu.

 

 

1919-cu ildə Xocavənd rayonun Xocavən kəndində dünyaya göz açmışdır. Doğulduğu kənddə böyüyüb boya-başa çatan Haqverdi  Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonrakı illərdə Kalinin adına kolxozda çalışmış, partiya təşkilatının ( Kommunist partiyası) üzvü olmuşdur. Sonralar sıravi kolxozçu kimi qocalığa görə təqaüdə çıxmış, ömrünün sonuna qədər bağban işləmişdir.

       Böyük Vətən Müharibəsi od-alovundan sağ-salamat qayıtmış, amansız döyüşlərdə təcrübə qazanmış Haqverdi kişi erməni quldurları ilə mübarizə aparan gənclərə dəyərli məsləhətlər verir, öz döyüş təcrübəsini onlara öyrədirdi. Haqverdi kişi hyəm də yaxşı ailə başçısı idi. O, ömür  gün yoldaşı Rəfiyeva Sücarət  Kərim qızı ilə birlikdə 7 övlad böyüdüb boya-başa çatdırmış, onları oxutmuş, həyatda mövqe tutmaqda övladlarına dayaq olmuşdur.
        Haqverdi kişi 2 mart 1991-ci ildə ermənilərin Xocavənd kəndinə növbəti həmləsi zamanı həlak oldu. Onu Xocavənd kəndindəki qəbirstanlıqda dəfn etdilər.

 

 

 

 

 

 

 

 

 

Şəhid Zeynalov Aydın Xandəmir oğlu 04 fevral 1947-ci ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur.1953-1957-ci illərdə Əmirallar kənd ibtidai məktəbində, 1957-1964-cü illərdə Xocavənd rayon internasional məltəbində təhsil almışdır.1964-cü ildə orta məktəbi bitirib,həmin ili Azərbaycan Dövlət Neft və Kimya İnistitutuna daxil olmuşdur.1968-ci ildə həmin İnistitutu bitirərək hərbi xidmətə getmişdir.1971-ci ildə hərbi xidməti bitirərək Şirvan şəhər Elektrik stansiyasında mühəndis işləmişdir.1974-cü ildə Xocavənd rayon Elektrik şəbəkəsində işləmişdir.
    29.08.1988-ci il tarixdə məlum Qarabağ hadisələri ilə əlaqədar erməni millətçiləri tərəfindən iş yerində qətlə yetirmişlər. Xocavənd rayon Əmirallar kənd qəbirsanlığında dəfn edilmişdir.
Ailəli olub üç övladı var. Allah rəhmət etsin.

Keçidlər