Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edilib

20 yanvar 2021 | 16:00

    20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edilib.
   Faciənin 31-ci ildönümü ilə əlaqədar Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında online  anım tədbirləri keçirilib, saat 12:00-da faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla  yad edilib.
   Yanvarın 20-də Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar məsafə gözləməklə Yeni Xocavənd qəsəbəsindəki abidə kompleksi önünə tər çiçəklər düzüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Keçidlər