Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD Qara Balakişiyevin xatirəsi yad edilib.

11 iyul 2021 | 16:00

     11 iyul  2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Balakişiyev Qara Əmirxan oğlunun doğum günü münasibətilə  Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır.
   Eyvaz Hüseynov Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. Başçı, Balakişiyev Qara kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
   Tədbir Xocavənd 4 saylı  tam orta məktəbinin şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə davam edib.
   Allah rəhmət eləsin.

Keçidlər