Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavəndli məktəblilərin Beyləqan Heydər Əliyev Mərkəzində Qənimətlər Parkına online ekskursiyası təşkil edilib.

02 noyabr 2021 | 16:00

      Xocavəndli məktəblilərin Beyləqan Heydər Əliyev Mərkəzində Qənimətlər Parkına online ekskursiyası təşkil edilib.
     02 noyabr 2021-ci il tarixdə  Xocavəndli məktəblilərin Beyləqan Heydər Əliyev Mərkəzində Qənimətlər Parkına online ekskursiyası təşkil edilib. İlk öncə Mərkəzlə tanış olan şagirdlərə  ulu öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verilib.  Sonra şagirdlər Hərbi Qənimətlər Parkına onlayn ekskursiya ediblər. Məktəblilər 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış olublar. Azərbaycan Silahlı Qüvvələrinin düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də tələbələrin marağına səbəb olub. Tədbirdə başçının müavini Əfsanə Quliyeva bildirib ki, Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayan Hərbi Qənimətlər Parkı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək qazandığımız tarixi Qələbənin əsəri, ordumuzun güc və qüdrətinin əyani təzahürüdür.

 

Keçidlər