Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

24 noyabr 2021 | 16:00

     Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
   Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Xocavənd rayon Mədəniyyət evində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalqın ruhuyla həmahəng əsərləri Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edib. Böyük sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin təhlükəsizliyini, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Keçidlər