Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ümumtəhsil məktəblərində “Son zəng” keçirilmişdir.

16 iyun 2016 | 16:00

14 iyun 2016-cı  il tarixdə  Xocavənd rayon ümumtəhsil müəssisələrində  “Son zəng” mərasimi keçirilmişdir. “Son zəng” mərasimində iştirak edən  Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdi ki,  əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət təhsil siyasətinin prioritet istiqamətlərindən birini məhz gənclərin hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması təşkil edir. Bu baxımdan gənclərə yaradılmış şəraitdən,  ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından və təhsil müəssisələrində qazanılan uğurlardan danışan başçı məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı. Bu gün Xocavənd rayonunun  yüksək ixtisaslı kadrlara olan ehtiyacından söz açan başçı bütün məzunları uğurla ali məktəbləri bitirərək rayonumuzun gələcək həyatında fəal rol oynamağa səslədi. Bu günün məzunlarının bir gün öz doğma məktəblərini ali təhsilli, vətənə, millətə yararlı şəxsiyyətlər kimi ziyarət edəcəklərinə ümidvar olduğunu bildirdi.
Tədbir məzunların ürək sözlərini söyləməsi və “Son zəng”in  səsləndirilməsi ilə başa çatdı.

 

Keçidlər