Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində “Bayraq yürüşü” keçirilmişdir

09 noyabr 2017 | 16:00

     9 Noyabr Dövlət Bayrağı Günü  münasibətilə Xocavənd qəsəbəsində “Bayraq yürüşü” keçirilmişdir. Milli musiqimizin sədaları altında rayonun minlərlə sakini qəsəbənin girişindəki İdman Kompleksinin önündən başlayaraq   parkdakı Bayraq Meydanına doğru hərəkət ediblər.  Yürüşdə rayonun idarə, müəssisə, təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri,  N saylı hərbi hissənin general, əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri iştirak etmişdir.  Yürüş iştirakçıları Ulu Öndərin İcra Hakimiyyətinin inzibati binası qarşısındakı  abidəsi önünə tər gül dəstələri düzərək  Ümummilli Liderin əziz xatirəsini yad etmişlər.

Keçidlər