Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyi tərəfindən Salakətin kənd, Tuğ kənd və Xocavənd 4 saylı tam orta məktəblərində silsilə tədbirlər təşkil olunmuşdur

15 fevral 2018 | 16:00

       Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyi tərəfindən Salakətin kənd, Tuğ kənd və Xocavənd 4 saylı tam orta məktəblərində silsilə tədbirlər təşkil olunmuşdur
       2018-ci ilin fevral ayında Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyi tərəfindən Salakətin kənd, Tuğ kənd və Xocavənd 4 saylı tam orta məktəblərində silsilə tədbirlər təşkil olunmuşdur. Tədbirin keçirilməsində məqsəd gənclərə vətənpərvərlik və vətənə sədaqət hissinin aşılanmasından ibarət olmuşdur. Tədbirlərdə çıxış edən Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyinin sədri Müşviq Hüseynov Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən söz açmış və münaqişədə Xocavənd özünümüdafiə dəstələrinin göstərdiyi şücaətdən bəhs etmişdir. Qarabağ qazisi bildirmişdir ki, 1992-1993-cü illərdə cəbhənin müxtəlif istiqamətlərində gedən döyüş əməliyyatlarında Xocavəndlilər əsl qəhrəmanlıqlar göstərmiş və bu yolda canlarını fəda etməkdən çəkinməmişlər. Tədbirdə çıxış edən müharibə iştirakçıları, veteranlar və Qarabağ qaziləri məktəblərdə təşkil olunmuş bu görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulamışlar. Eyni zamanda aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara diqqət çəkən qazilər Azərbaycan Ordusunun ermənistan ordusuna verdiyi layiqli cavabdan, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsindən, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin azad olunmasından, hərbçilərimizin döyüş meydanında göstərdiyi xüsusi şücaətdən fəxarətlə danışmışlar. Bildirmişlər ki, Ordumuzun bu uğuru xalqımızda tezliklə Qarabağın azad olunacağına böyük inam yaradıb. Tədbirlərdə məktəb şagirdlərinin vətənpərvərliklə bağlı hazırladıqları şeir parçaları səsləndirilmişdir.

Keçidlər