Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir.

11 dekabr 2018 | 16:00

              Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir.
              11 dekabr 2018-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəbliləri üçün Beyləqan Rayonu Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya müddətində şagirdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat almış, Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olmuşlar. Ümummilli liderin dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, milli-mənəvi dəyərlərin dirçəlişində, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində göstərdiyi böyük xidmətlər barədə şagirdlərə məlumat verilmişdir.

Keçidlər