Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir.

05 dekabr 2019 | 16:00

       Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir. Növbəti qəbul 05 dekabr 2019-cu il tarixdə Beyləqan rayon ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsində oldu. Səyyar qəbulda çıxış edən Eyvaz Hüseynov bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi davam etdirildiyini bildirib. Başçı Cənab Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır.
         Görüşdə başçı vətəndaşlar tərəfindən qaldırılmış problemləri dinləmiş və qeyd edilən məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər