Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü gənclərimiz işlə təmin olundu

11 dekabr 2019 | 16:00

     Xocavənd Rayon İcra Hakimiyyətində könüllü kimi təcrübə keçən Məhərrəmov Muradxan Qalib oğlu Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub. Məhərrəmov Muradxan 25 sentyabr 1994-cü ildə Xocavənd rayonu Muğanlı kəndində anadan olmuşdur. 2001-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində birinci sinifə getmiş, 2012-ci ildə XI sinifi bitirmişdir. 2012-2014-cu illərdə hərbi xidmətdə olub. 2014-cü ildə Hoca Ahmed Yasevi Kazak Türk Universitetinə İqtisadiyyat ixtisası üzrə daxil olmuş, 2019-cu ildə bitirmişdir. 2019-cu ilin sentyabr-oktyabr aylarında Xocavənd Rayon rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərmişdir.

 

          Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyət keçən Şirinli Sahil barat oğluYAP Xocavənd Rayon Təşkilatında məsləhətçi vəzifəsinə təyin olunub. Şirinli Sahil Barat oğlu 3 fevral 1995-ci ildə Xocavənd rayonu Kuropatkin kəndində anadan olmuşdur. 2001-ci ildə Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbində birinci sinifə getmiş, 2012-ci ildə Xocavənd rayon salakətin kənd tam orta məktəbində XI sinifi bitirmişdir.2013- 2014-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və iqtisadiyyat fakültəsinə Beynəlxalq münasibətlər ixtisası üzrə daxil olmuş, 2019-cu ildə bitirmişdir.

 

Gənc könüllüləri ürəkdən təbrik edir, məsuliyyətli iş həyatında uğurlar arzulayırıq.

Keçidlər