Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı faciəsinin 28-ci ildönümünə həsr olunmuş məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Xocavənd rayon çempionatı keçirilib.

14 fevral 2020 | 16:00

        13 fevral 2020-ci il tarixdə 146 ailəlik məcburi köçkün qəsəbəsində yerləşən Xocavənd Rayon Qaradağlı kənd tam orta məktəbdə Qaradağlı faciəsinin 28-ci ildönümünə həsr olunmuş məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Xocavənd rayon çempionatı keçirildi.Yarışda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak etmişdir.   Yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli və mənalı təşkili istiqamətində yeni üsullar tətbiq etmək, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə keçirilən bu tədbir “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən təşkil olunmuşdur. Xocavənd rayonunun orta ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandaların iştirak etdiyi intellektual oyunda birinci yeri Salakətin kənd tam orta məktəbin “Albedo” komandası, ikinci yeri yenə də Salakətin kənd tam orta məktəbin “Tanrı qırmancı” komandası, üçüncü yeri isə Tuğ kənd 1 saylı tam orta məktəbin “Never back down” komandası əldə etdi. Qalib komandalar diplomla təltif olundular.

Keçidlər