Şriftin ölçüsü :

Saytın rəngi :

Tağlar mağarası

Tağlar mağarası

Tağlar mağarası Azerbaycanın Xocavənd rayonu ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir. Tağlar mağarası Azıx mağarasından 3 km qərbdə yerləşir. Мağarada arxeoloqlar Мəmmədəli Hüseynov və Əsədulla Cəfərov tərəfindən öyrənilibdir. 1963-1986-ci illərdə aparılan arxeoloji qazıntılar göstərdi ki, Tağlar mağarasının sakinləri, əsasən şist, çaxmaqdaşı və obsidiandan istifadə ediblər. Aparılan arxeoloji qazıntılar zamanı 8 mindən artıq daş məmulatı və 600 mindən çox ovlanmış heyvan sümükləri tapıldı. Tağlar düşərgəsində aparılan arxeoloji tədqiqatlar respublikamızın ərazisində mustye mədəniyyətinin özünə məxsus xüsusiyyətləri olduğunu göstərdi.Tağlar Mustye düşərgəsi özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİ və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. 1-ci təbəqədən Orta əsrlər dövrü, Tunc dövrü və Eneolit dövrünə aid gil qab qırıqları tapılıb. 2-6-ci təbəqələrdən isə Mustye mədəniyyəti dövrünə aid maddi-mədəniyət nümunələri aşkarlanıb. Daş əmək alətləri içərisində əsas yeri levallua, Mustye itiucluları və qaşov tipli alətlər tutur. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub. Tağlar Mustye düşərgəsinin daş məmulatının texniki və tipoloji tədqiqi zamanı Paleolit dövrü üçün yeni əmək alətləri qeydə alınıb ki, onları da Tağlar tipli alətlər adlandırıblar. Həmin alətlər zərif hazırlanıb və bir neçə işlək ağıza malikdir. Tağlar mağarası çöküntülərində çoxlu ocaq qalıqları da tapılıb. Mağarada kompleks tədqiqat işləri aparılıb, arxeoloqlarla yanaşı paleontoloqlar, paleogeoloqlar, paleocoğrafiyaçılar, paleobotaniklər də çalışıblar. Tədqiqatlar nəticəsində Tağlarda Mustye mədəniyyəti dövründə 90 milyon il bundan əvvəldən 35 milyon il əvvələ qədər yaşayış olduğu aydınlaşıb.
Abidənin inventar sayı:23
Abidənin növü: Arxeoloji abidələr
Əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli
Üslubu: Təbii mağara
Kateqoriya: İbtidai insan məskəni
Abidənin dövrü: Orta paleolit dövrü
Abidənin arxeoloji dövrü:Orta paleolit dövrü
Abidənin vəziyyəti:Yaxşı vəziyyətdə
dir

Keçidlər