Şriftin ölçüsü :

Saytın rəngi :

QARADAĞLI SOYQIRIMI

      

     Qaradağlı kəndi - Xocavənd rayonunun, eləcədə  Dağlıq Qarabağın ən qədim yaşayış məntəqələrindən biri olan bu kənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun üzərində, dağətəyi ərazidə yerləşir. 1988-ci ildən, Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk gündən Qaradağlı kəndinin də faciəli günləri başladı. Kənd sakinləri tam mühasirə şəraitində olmalarına baxmayaraq erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb, böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə apardılar. Bu illər ərzində onlarla kənd sakini erməni silahlı birləşmələrinə qarşı qeyri-bərabər döyüşlərdə canlarını fəda etmiş, Vətən, doğma torpaq uğrunda Şəhid olmuşdular.
    Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti – Qaradağlı soyqırımını həyata keçirdilər. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə azad edilmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. 146 uşaq yetim qalması ilə nəticələnən Qaradağlı  faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.
    Qaradağlıda baş verən hadisələri geniş ictimaiyyətə çatdırmaq məqsədilə 1993-cü ildən başlayaraq  mütəmadi olaraq Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilmiş, filmlər çəkilmiş, müxtəlif dillərdə bukletlər çap olunmuşdur. Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndinin işğalının  birinci ildönümünü qeyd etmək üçün 20.01.1993-cü il tarixli 04 saylı Sərəncamı ilə Komissiya yaradılmış, komissiyaya  silsilə tədbirlər keçirmək, şəhidlərin xatirəsinə ehsan verilməsi, bütün şəhidlər haqqında məlumatların toplanması,  şəhid ailələrinə maddi köməklik göstərilməsi və hadisələrin geniş ictimaiyyətə çatdırılması üçün mətbuat və televiziyalarda işıqlandırılması ilə bağlı tapşırıqlar verilmişdir.1993- cü ildən etibarən birmənalı olaraq hər il 17 fevral tarixində Şəhid ailələrinin, rayon ictimaiyyətinin, media mənsublarının və digər qonaqların iştirakı ilə geniş anımmərasimləri, Rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq müəssisə və təşkilatlarda müxtəlif səpkili tədbirlər, inşa müsabiqələri, idman yarışları  keçirilmişdir. Hər il ənənəvi olaraq fevral ayının 17-də “Yeni Xocavənd” qəsəbəsində rayon Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə izdihamlı ümumrayon tədbiri keçirilir, şəhidlərin xatirəsi dərin ehtiramla yad edilir. Qaradağlı kəndində törədilmiş soyqırım cinayətinin ölkə ictimaiyyətinə çatdırılması məqsədi ilə ölkənin kütləvi informasiya vasitələrində, aparıcı televiziya kanallarında yayımlanması, o cümlədən Rayon İcra Hakimiyyətinin sosial şəbəkələrdəki rəsmi  səhifələrində,  “ Xocavənd “ qəzetində məlumat xarakterli geniş yazılar dərc olunur və bu işlər davamlı olaraq həyata keçirilir.
    Qaradağlı, o cümlədən bütün Şəhidlərimizin xatirəsinə həsr olunmuş idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi mütəmadi olmuş, hər il sərbəst güləş üzrə rayonlar arası birinciliklər, ənənəvi olaraq hər il Qaradağlı şəhidlərinin xatirəsinə Gənclər və İdman Nazirliyinin  idman oyunları üzrə illik təqviminə uyğun olaraq Karatenin VKC növləri üzrə respublika çempionatı, şahmat yarışları  keçirilmişdir.
     2008- ci il oktyabr ayının 8- də Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında iştirakı zamanı möhtərəm Prezidentimiz İlham Əliyevə Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən törədilmiş soyqrımı cinayəti barədə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən məruzə olunmuş və cənab Prezident “Bunu hamının bilməli olduğunu” qeyd etmişdir. Ali Baş Komandanın bu tapşırığından sonra bu istiqamətdə işlərin aparılması daha intensiv xarakter almış, erməni vandallarının dinc sakinlərə qarşı törətmiş olduqları bu cinayət əməlinin ölkə və dünya ictimaiyyətinə çatdırılması məqsədilə Rayon İcra Hakimiyyətinin sifarişi ilə “Soyqırımı: Qaradağlı” https://youtu.be/YNw_r4d_0Z8?si=TQfeZTsefOFM2vjj sənədli filmi çəkilmişdir. Azərbaycan dili yanaşı filim ingilis https://youtu.be/GfeACJl9nho?si=Mg7KmPQVLSMqEfex və rus https://youtu.be/0zOaMKvGD28?si=aYPQkO4Uvuf-dG6r dillərinə də tərcümə olunmuşdur. Filmin ilk təqdimatı 17 Fevral 2011-ci ildə Dövlət və hökumət nümayəndələri, xarici ölkə səfirlərinin, qeyri hökumət təşkilatlarının rəhbərlərinin, elm adamları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin ofisində keçirilmişdir(http://old.xalqqazeti.com/az/news/social/9687).
    Faciə ilə bağlı Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış ikinci film “Soyqırım Qaradağlı: davam edir” https://youtu.be/TQelLjMNDQo?si=tqdF5TqcWr5XIFyI sənədli filmidir ki, bu filmdə Qaradağlı kəndində ermənilər tərəfindən törədilmiş Soyqrımı aktının, illər sonra faciə qurbanlarının övladlarının həyatlarındakı pozulmuş tamlığın, onların hələ körpəlikdən yaşadıqları iztirab və ağrıların timsalında bir növ davam etməsi əks olunur. Öz növbəsində bu film də geniş ictimaiyyətə çatdırılması üçün ingilis https://youtu.be/MEHskURlaUk?si=Xf9OxJhXfhwQT446 ,rus https://youtu.be/ME_B2WTw9Mk?si=LXC6p9JdYhvIx_z1 və fransız https://youtu.be/nvC2b6XQm6E?si=ygeN0pP42IkGl35s dillərinə tərcümə olunmuşdur.Filminin ilk  təqdimat mərasimi yüksək vəzifəli dövlət adamlarının, Azərbaycan Respublikasının Hərbi Prokrorunun, insan hüquqlarının müdafiə cəmiyyətlərinin, millət vəkillərinin, eyni zamanda xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş bütün səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 2012- ci ilin 17 fevral tarixində Bakı şəhərində, Gənc Tamaşaçılar Teatrının binasında (https://gulustan.info/2012/02/17/soyqirim-qaradagli-davam-edir-video/), ikinci təqdimatı isə  2014-cü ilin 11 fevral tarixində  Xocavənd Rayon İcra Hakimiyyəti və Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının birgə təşkilatçılığı Beynəlxalq Mətbuat Mərkəzində  Milli Məclisin deputatları, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunub(https://azertag.az/xeber/53299).
  Rayon İcra Hakimiyyətinin sifarişi ilə çəkilmiş və kənd sakinlərinin dözüm, iradə və əzmindən bəhs edən növbəti, üçüncü sənədli film “Qaradağlı Mübarizə” https://youtu.be/l4DzNZdTB14?si=EZr3NL8CdjCVPWQz sənədli filmidir ki, bu film gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunması istiqamətində mühüm əhəmiyyət daşıyır. Film 17 fevral 2014-cü il tarixdə Xocavənd qəsəbəsində  keçirilən anım mərasimində təqdim edilmişdir. Tədbirdə həmçinin Qaradağlıda baş vermiş dəhşət və müsibətlərin , amansızlıqların çox kiçik bir hissəsini özündə əks etdirən “Qanlı nərgizlər” (https://www.youtube.com/watch?v=SL4E-L0LegY) adlı bədii kompozisiya nümayiş olunmuş,  üzərində hər bir Xocavəndli şəhidin adı yazılmış  xüsusi hava şarları səmaya buraxılmışdır. Sonda Ermənistan ordusunun   Xocavənd rayonunun Qaradağlı kəndində törətmiş olduğu soyqırımı cinayətinin 22- ci ildönümü ilə əlaqədar keçirilən tədbir iştirakçılarının  beynəlxalq təşkilatlara ünvanlanmış etiraz müraciəti (https://azertag.az/xeber/54241) qəbul olunmuşdur.
    Ölkəmizin və dövlətimizin apardığı informasiya mübarizəsində rolu və əhəmiyyəti nəzərə alınaraq  Qaradağlı soyqırımına həsr olunmuş bütün sənədli filmlərin nümunələri minlərlə nüsxə artırılaraq  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, xarici ölkə səfirliklərinə, Qeyri Hökümət Təşkilatları və İnsan Hüquqları Komitələrinə çatdırılmış, eyni zamanda ölkənin aparıcı televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanmaları təmin olunmuşdur.
Əsirlikdə saxlanılan Qaradağlı kənd sakinlərinə qarşı törədilmiş vəhşi vandalizm hərəkətləri, insanlığa qarşı törədilmiş cinayət hallarının sənədləşdirilməsi eyni zamanda ictimaiyyətə və geniş oxucu kütləsinə çatdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə şahid ifadələri üzərində “Soyqırım Qaradağlı: Şahidlərin dili ilə” kitabı nəşr olunmuşdur.

    Qaradağlı kəndində törədilən faciə ilə bağlı barələrində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən soyqırım maddəsi ilə cinayət işi açılmış xeyli sayda erməni millətindən olan cinayətkarların adları da qeyd olunan kitabda əsirlikdə olmuş insanlar onlara edilmiş zülmlərə, qeyri insani hərəkətlərə və bütövlükdə erməni vəhşiliyinə şahidlik edirlər. Kitabın təqdimat mərasimi Hökumət nümayəndələri, Millət Məclisin deputatları, tarixçi alimlər, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 17 fevral 2013- cü il tarixdə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin binasında geniş şəkildə keçirilmişdir(https://azertag.az/xeber/Qaradagli_soyqirimi_sahidlerin_dili_ile_kitabinin_teqdimati_kechirilmisdir-202531). Kitab eyni zamanda 18 fevral 2013-cü il tarixdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində  təqdim olunmuşdur (https://azertag.az/xeber/20113).  Qaradağlı kəndində baş vermiş faciənin 20- ci il dönümü 2012- ci ilin fevral ayında, geniş ictiimaiyyət nümayəndələrinin, Şəhid ailələri və rayon  sakinlərinin iştirakı ilə  paytaxt Bakı şəhərində, müqəddəs  Şəhidlər Xiyabanın ziyarət olunmuşdur.

   Hər il olduğu kimi 2020- ci il 17 fevral tarixdə də Qaradağlı kəndində baş vermiş faciə qurbanlarının xatirəsinin anım günü qeyd olunmuş, Yeni Qaradağlı qəsəbəsində kənd sakinləri tərəfindən ucaldılmış  abidə önündə keçirilən izdihamlı tədbirdə rayon rəhbərliyi ilə yanaşı, hər zaman olduğu kimi  Qarabağ müharibəsi veteranları, Qarabağla bağlı ictimai birliklərin nümayəndələri, 2- ci Ordu Komandanlığı, Millət vəkilləri və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri iştirak etmişdilər (https://www.youtube.com/watch?v=9tHdxMdkSv0).

     Xocavənd rayonunun Qaradağlı kəndində erməni caniləri tərəfindən törədilmiş soyqrımı cinayətinin ölkə və dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda faciə qurbanlarının xatirəsinin yaşadılması üçün görülmüş çoxsaylı tədbirlər baradə məlumatları internet resurslarında “Soyqrım Qaradağlı” başlığını axtarışa verməklə geniş şəkilıdə əldə etmək olar. Torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş Şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Rayon İcra Hakimiyyəti tərəfindən “Yeni Xocavənd”  qəsəbəsində “Şəhidlər xiyabanı” xatirə kompleksi

   Rayonun düşmən işğalından azad olunmuş, qədim yaşayış məskəni  “Nərgiztəpə” ərazisində  rayon Şəhidlərinin, eyni zamanda bu ərazilər uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş Şəhid olmuş Vətən övladlarının əziz xatirəsinə “Şəhidlər” abidə kompleksi

  

    2012-ci ildə Qaradağlı kənd sakinlərinin şəxsi vəsaiti hesabına “Yeni Qaradağlı” qəsəbəsində Qaradağlı kənd şəhidlərinin və faciə qurbanlarının xatirəsinə abidə ucaldılmışdır. Hər il 17 fevral tarixində həmin abidənin önündə Şəhid ailələrinin, rayon ictimaiyyətinin, media mənsublarının və digər qonaqların iştirakı ilə geniş anım mərasimləri keçirilir.

  2017- ci il fevral ayının 25-dən 26 – na keçən gecə ermənistan silahlı qüvvələrinin Xocavənd istiqamətində həyata keçirmək istədikləri təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidolmuş igid hərbiçilərimizin  xatirəsinə Xocavənd qəsəbəsində “Xatirə” parkı yaradılmışdır.

    Xocavənd Rayon İcra Hakimiyyəti  Qaradağlı faciəsi də daxil olmaqla bütövlükdə Qarabağ mövzusunu, torpaqlarımızın müdafiəsi zamanı canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin yaşadılması və təbliğini, Şəhid ailələrinə diqqət və qayğını öz işinin əsas istiqamətlərindən biri olaraq müəyyən edir. Bu istiqamət vəzifə və vətəndaşlıq borcu olmaqla yanaşı eyni zamanda ölkə başçısı cənab İlham Əliyevin hər bir vəzifəli şəxs qarşısında qoyduğu tələb və tapşırıqların icrasını özündə etiva edir. Şəhid ailələrinə  göstərilən davamlı diqqət, onların həyat və sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər Cənab Ali Baş Komandanın  ölkə vətəndaşına, xüsusilə bu kateqoriyadan olan insanlara böyük hörmət və qayğısının nəticəsidir. Bu qəbildən olan nəcib, ölçüyəgəlməz işlər, o cümlədən Şəhid ailələri və Anaları ilə mütəmadi görüşlərin keçirilməsi, onların istək və arzularını dinləmək, dərdlərinə şərik olmaq  ölkəmizin birinci vitse- prezidenti  Mehriban xanım Əliyevanın gündəlik iş fəaliyyətin bir hissəsini təşkil edir ki, bu da  bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbət hissi ilə qarşılanır.

   Allah bütün Şəhidlərimizə rəhmət eləsin!


      İctimai-siyasi və humanitar
      məsələlər şöbəsi

 

Keçidlər