Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin göstərdiyi dövlət xidmətləri

25 sentyabr 2025 | 15:25
1. Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi
2. Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması
3.Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması
4.Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi
5.Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi
6.Uşağın mənşəyinin müəyyən edilməsi
7.Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi
8.Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə müqavilə bağlanması
9.Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi
10.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi
11.On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi
12.Fiziki şəxsin üzərində patronaj təyin edilməsi
13.Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması
Keçidlər